Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Məşhurlar haqqinda lətifələr

Deyirlər birinci iqtisadçı Kolumb olub. O Amerikanı kəşf etməyə gedəndə hara getdiyini bilmirdi. Ora çatanda harda olduğunu bilmirdi. Bütün bunları isə dövlət vəsaiti hesabına edirdi.

- Hindistanda olmamısansa, bu ölkə barədə necə kitab yaza bilərsən?
- Dante «İlahi ko-mediyanı» yazmamış cəhənnəmdə olmuşdu ki?

Moskvada Fidel Kastro üçün qəbul təşkil edilir. Xruşovla təkbətək qalan Kastro parikin, saqqalın qoparıb deyir:
- Artıq bacarmıram...
- Lazımdır Fedya, lazımdır!!!

Pikasso qonaqları sərgidə gəzdirir.
- Bu mənim avtoportretimdir. Bu isə arvadımın avtoportretidir.
- Güman edirik ki, sizin uşaqlarınız yoxdur.

Brejnev Qararini çağırır yanına:
- Hazırlaş Yura. Günə uçacaqsan.
Qaqarin:
- Leonid İlyiç, axı biz hamımızı orda yanarıq?
Brejnev:
- Sən elə bilirsən mən axmağam? Gecə uçacaqsan.

Roman Abramoviçin şəxsi həkimi ona zəng edib deyir:
- Üzr istəyirəm, ancaq sizə deyəndə ki, idmanla, məsələn futbolla məşğul olmalısız, məni səhv başa düşmüsünüz.

Ana, sabah mənim yoxlama işim var!
- Narahat olma oğlum, indi təkrarlayarıq. Almaniyanı paytaxdı?
- Berlin.
- Fransanın paytaxtı?
- Berlin. Ana, bir qədər çətin suallar ver.
- Polşanın paytaxtı?
- Berlin.
- Adolf, sən necə də ağıllısan.

Teymurləng İldırım Bayazidin üstünə gedəndə Azərbaycanda düşərgə salmışdı. Səhər durub ətrafı seyr edirmiş. Qarşıdakı dağı göstərib bələdçidən soruşur: "O dağın adı nədir?" Bələdçi deyir: "Ağrı dağı". "Bəs o çayın adı nədi?" "Əyriçay" "Bəs o kəndin adı nədi?" Bələdçi deyir: "Oğruca kəndi". Teymur deyir: "Çadırları sökün, köçürük. Bunların ağrısı, əyrisi, oğrusu öz içindədi. Burda bizə ehtiyac yoxdu".

Bu yaxınlarda Amerika kinematoqrafçıları biliblər ki, Bethoven musiqi yazırmış.
-Necə ağıllı itdir!- deyərək buna heyran olublar.

Konservatoriyada imtahan verərkən gürcü tələbədən soruşurlar:
-Bethoven neçə simfoniya yazıb?
-Qədərini bilmirəm, amma keyfiyyətinə zəmanət verərəm.

-Pianonun üstünə kimin büstünü qoysam yaxşıdı?
-Bethoveni qoy, o kar olub.

«İllyüstreyson» fransız jurnalında belə elan çap olunub: «Musiqi müəllimi ailə həyatı qurmaqçün özünə yoldaş axtarır. Bethoven musiqisini sevənlərə üstünlük verilir. Qunonun pərəstişkarları heç narahat olmasınlar».

Bethoven Drezdendə olarkən Paeranın «Leonora» adlanan zəif operasını dinləyir. Tamaşadan sonra müəllif Bethovendən rəy öyrənmək istəyəndə o, belə cavab verir:
-Sizin operanı o qədər bəyəndim ki, ona musiqi bəstələmək fikrinə düşmüşəm.
Bethoven həqiqətən sözünün üstündə durub həmin süjetə «Fidelio» operasını bəstələyir.

Doktor Freydin kabinetində:
- Doktor, mənim oğlum sadistdir: heyvanları təpikləyir, yaşlıları yıxırdır, kəpənəklərin qanadlarını qoparır və qaqqıldayıb gülür!
- Onun neçə yaşı var?
- 4 yaşı
Onda qorxusu yoxdur, tezliklə hər şey yoluna düşəcək. O, nəzakətli və xeyirxah insan olacaq.
- Doktor, siz məni sakitləşdirdiz, sağ olun!
- Dəyməz, frau Hitler...

Bəstəkarlar İttifaqının banketində içməyi sevən musiqiçi kolleqasını deyir:
- Qardaşım, sən niyə içmirsən?
- Bilirsən, sənin hüzurunda içmək Paqanini qarşısında skripka çalmaq kimi bir şeydir!

Bilirsinizmi, Asiyada hər iki nəfərdən biri Paqaninidir. Axı orda alətlər bir simli olur.

Milyonerlərdən biri Paqanininin skripkasına 1,1 milyon verərək skripkada çalmağı öyrənmək istəyir. Hamıya da elan edir ki, onun konsertində zal dolu olacaq.
- Doğrudanmı fikirləşirsən ki, səni dinləməyə kimsə gələcək?
- Yox, onlar Paqanininin skripkasına baxmağa gələcəklər.

Avstriya kralı sarayda ifa etmək dəvətinə Paqaniniyə istədiyi məbləğin yarısını təklif etdikdə o,
- Bu boyda israfçılıq qəyə lazımdır? Əlahəzrət mənim çalğımı istəyirsə həmin məbləğdən çox ucuz qiymətə bilet alıb ifamı teatrda da dinləyə bilər - demişdi

Konsertə gecikən Paqanini kareta tutub sürətlə getməyi xahiş edir.
- Nə qədər verməli olacam?
- 10 frank
- Zarafat edirsiz?
- Siz bu gün konsertə gəlib sizin bir simdə çalğınızı dinləyənlərin hər birindən 10 frank almayacaqsız?
- Yaxşı, əgər siz məni teatra bir təkərdə çatdırsanız mən sizə 10 frank verərəm.

Bir dəfə Vaqner «Tanqeyzer» operasının premyerasına dostu, həm də rəqibi bəstəkar Meyerberi dəvət eləyir.
Pərdə axıra kimi enməmiş Vaqner soruşdu:
- Moesiro, mənim yeni əsərim necədi?
Cavab əvəzinə Meyerber zalda yuxulayan tamaşaçını göstərir. Cələn dəfə Meyerber öz operasının tamaşasına Vaqneri dəvət edəndə o da öz növbəsində onun firkriylə maraqlandı.
-Görürəm, sizin musiqi tamaşaçını yaxşı yatızdırır – deyən Vaqner zalda uşaq kimi yatan tamaşaçını göstərərək əvəz çıxmağa çalışdı.
- Hanı, yatanmı var? Siz göstərdiyiniz sizin dünənki tamaşanızdan sonra hələ də ayılmayıb- deyərək Meyerber cavab verir.

«Trubadur» operası üzərində işi tamamlayandan sonra Verdi həmişə onun musiqisini bəyənməyən musiqi tənqidçisini dəvət eləyir ki, bəzi fraqmentləri ona göstərsin. Royal arxasından qalxan kimi
- Hə, necədir, yeni operanı bəyənirsiz?
- Düzün desəm, cənab Verdi hər şey mənə çox bəsit və maraqsız göründü.
- Ah, siz bilsəz ki, mən sizə necə də minnətdaram! – deyərək onun əlini aramsız sıxmağa başlayır.
- Niyə, axı operanı bəyənmədim…
- İndi mən yeni operamın uğurunda əminəm. Əgər onu siz bəyənməmisizsə dinləyici mütləq bəyənəcək!

Verdinin «Riqoletto» operasının tamaşası zamanı Cildanın partiyasını istedadsız müğənni ifa edirdi. Tamaşaçılar ifanı bəyənməyərək fitə basırlar.
- Nəzakətsizliyə bir bax, - deyə vokalçı hiddətini bildirir – dahi Verdini də fitə basarlar?

Çexoslavakiyanın ilk prezidenti öz xatirələrində Yaznaya Polyanaya getməsini, Tolstoyu görməsini öz xatirələrində təsvir edib. İşıqlı və isti bir gündə stansiyaya at göndərilmədiyindən piyada getməli olan prezident kəndli komalarının birinə girib su içmək istəyir. Milçəklərlə dolu komada müxtəlif orqanları çürüyən kəndli ailəsindən iyrənəndən sonra mülkədar malikanəsinə yaxınlaşıb Tolstoyu pinəçilik eləyənkən iş başında görür: «Siz burda ayaqqabı tikirsiz, amma kəndlilər sifilisdən çürüyür, onları müalicə eləmək lazımdır» - deyir. «Əyyaşın nəyini müalicə ediək, onsuz da yenə əxlaqsızlıq eləyərək xəstələnəcək. Onu əxlaqsızlıqdan müalicə eləmək lazımdı» deyən Tolstoyu prezident sosial həyat problemlərini anlaya bilməyən insan kimi qiymətləndirmişdi.

Qorki Mopassanın əsərlərini oxuyur:
- Yaxşıdı, amma ədəbsizlikdir.
Ardını oxuyur.
- Yaxşıdı, amma həyasızlıqdı.
Yenə də oxuyur.
- Yaxşıdı, amma biabırçılıqdı.
Oxuyub qurtardı.
- Əxlaqsızlıqdı, (pauza)………, amma əladır!

Pikassonu qatarda gedərkən qarət eləyirlər. Bir rəssam kimi ondan oğrunun portretini çəkmək xahiş edilir. Onun eskizlərinə əsasən iki qoca, iki qarı, 3 tramvay və 4 yuyucu maşını həbs eləmək olardı.

Dahi Pikassodan xəbər alırlar:
- Sizin əsərlərinizin dahiliyi nədədir?
- Mən daltonikliyim, çəpgözlüyüm, Parkinson xəstəliyim, müqəddəs Vittanın rəqsi və keflilik sindromum ilə…

Pikassonun studiyasına milyoner xanım gəlir. Kubizm üslubunda çəkilmiş rəsmlə maraqlanıb soruşur:
- Burda nə təsvir edilib?
- 200 min dollar – deyə rəssam cavab verir.

- Mən sizin portretinizi tamamlayıram – deyə Pikasso rəsmini çəkdiyi adama müraciət edir. - İndi isə ona oxşamağa çalışın.

Çaykovskinin «Yevgeni Oneqin» operası gedir. Oneginin Lenskini öldürməsi səhnəsində zalda oturmuş bir uşaq anasından soruşur:
- Ana, onu pis oxuduğu üçün öldürürlər?

Məşhur rəssam Volkovdan karyerasını necə başlamasını soruşurlar. Volkov əsəbi formada cavab verir ki, çörək pulu qazanmaqçün o, departamentdə qulluq eləməli olub, özü də iki nəfərin yerinə işləməliymiş. Çünki onunla birgə işləyən cavanın bütün günü əli cibində gəzib fit çalmaqdan başqa heç bir iş görmürmüş.
- Yəqin onun axırı çox pis oldu?
- Əlbəttə, bizi ikimizi də bir yerdə işdən qovdular. O, konservatoriyaya daxil oldu, mən rəssam oldum. Onun adı Çaykovski idi.

Çaykovskinin qohumları onun Ədliyyə Nazirliyini tərk edib Konservatoriyaya daxil olmasından çox narazı qalıb qulluqçu olmaq istəmədiyindən pərt olmuşdular. Gələcək bəstəkarın dayısı «zırrama» Petyanı danlamaqdan yorulmurdu:
- Ah, Petya, biabırçılığa bax! Hüquqşünaslığı tütəyə dəyişərlərmi?

Çaykovskinin nigahı uğursuz olmuşdu. «Necə oldu ki, evləndiniz?» sualına o, belə cavab verirdi:

- Mən arvadımı Tatyana ilə səhv salmışam. («Yevgeni Onegin » operasındakı Tatyana obrazı nəzərdə tutulur).

1855-ci ildə Vaqneri Londona bir neçə konsert verməyə dəvət edirlər. Londona ayaq basmamış burda şaiyə yayılır ki, Vaşqner dahi klassiklər- Mosart, Kerubini, Bethovenə qarşı hörmətsizlik edir. Vaqnerin nota baxmadan dirijorluq etməsi londonluları lap əsəbləşdirirdi. Vaqnerə anlatmağa çalışırlar ki, nota baxmadan Bethovenin əsərini ifa eləmək əbədsizlikdir. Növbəti konsertdə Vaqnerin qarşısındaeı püpiterdə həqiqətən də not qoyulmuşdu. Çox böyük uğurla keçən konsertdən sonra musiqi biliciləri Vaqneri əhatə edib «Biz deməklə haqlıydıq. Gördünüzmü, tamam başqa, əsil Betxovenə layiq səslənmə idi. Temp necə də mükəmməl seçilmiş, altlar necə də dahiyanə ifa edirdi» sözləriylə təbrik edirdilər. Musiqi bilicilərindən biri əlinə notları alanda məlum olur ki, bu Mosartın «Siviliya bərbəri» operasının notlarıdır. Notlar hələ bir başayaq vəziyyətdə püpitrə qoyulmuşdu.

Londoqda olarkən Vaqneri Pitkin adlı birisiylə tanış edirlər. Özünü hər yerdə vaqnersevər adlandıran aristokrat vaxtını soraqlaşıb konsertə gəlmək istəyini bildirdi. Konsertdən sonrakı ziyafətdə Pitkin bəstəkarı böyük uğur munasibətilə təbrik eləməyə başladı:
-Düzün desəm, ömrümdə bu qədər gülməmişdim. Sizi inandırım, hündür parikdə, üzünüzü qara boyayla boyamış şəkildə sizi tanımaqçün düz yarım saat gözümü ora zilləmişdim.
Sən demə «meloman» konsert zallarını çaşdırıb zənci orkestrinin konsertinə düşübmüş.

İki ingilis Drezden teatrında Vaqner operasını dinləməkçün ora gedirlər. İşıq sönəndən sonra arxalarında oturan bir kişi tamaşa boyu özünü son dərəcə qəribə apararaq «Ah, bu necə də yaxşıdı!.... İlahi, necə də pisdi!» kimi ifadələrlə çığırırmış. Üstəlik musiqiyə uyğun olmayan ritmdə ayaqlarını döyəcləyir, hətta yersiz əl də çalırmış. Antrakda ingilislər qanacaqsız dinləyicini zaldan çıxarmaq xahişiylə kipildinerə müraciət edirlər. «Mən bacarmaram, o, çox böyük adamdı» deyən kapildiner çiynini çəkir.
- Hər kimdisə, biz tələb edirik! O bizə dahi Vaqneri dinləməyə mane olur.
- İş ondadır ki, sizin arxanızdakı elə Vaqnerin özüdü- deyərək kapeldiner pıçıldayır.

Fon Rinq adlı Avstriya diplomatı xatırlayır ki, «Valkiriya» operasının Vyanadakı premyerası əz qala baş tutmayacaqdı. Səhnəyə əsl, zil qara atlar çıxmalıymış. Saray tövləsindəki əhilləşmiş atların hamısı boz atlar idi. «Siz məni biabır eləmək istəyirsiz» deyən Vaqner ayaqlarını yerə çırpırdı: «Mən belə təhqirə dözə bilmərəm. Qoy mənim operam heç Vyanada göstərilməsin».
-Bəs operaya pul xərclənib, hazırlıq görülüb. Necə olsun?..
- Mənə dəxli yoxdu!
Həmin diplomat fon Rinq «diplomatik» təklifiylə vəziyyəti xilas edir: boz atları qara rəngə boyayıb səhnəyə çıxarırlar. «Siz mənim həyatımı xilas elədiz» sözlərilə Vaqner minnətdarlığını bildirir.

Dünya şöhrətli olmasına baxmayaraq Vaqneri uzun müddət öz vətəni Almaniyada qəbul eləmirdilər. Bir dəfə Vyanada tamaşa zamanı zalda oturmuş Vaqnerin çiyninə toxunaraq birisi ona çox ucadan, hətta qışqırıqla deyir:
- Cənab Vaqner, mən sizi tanıdım. Sizə elə gəlmirmi ki, musiqiniz həddən artıq gurultuludur?
Əlini ağzına dirəyib dərindən əsnəyən Vaqner:
- Cənab, bu onunçündür ki, məni Almaniyada eşidə bilsinlər.

Londonda məşqlər zamanı dahi olsa da özünü ələ ala bilməyən Vaqner musiqiçilərdən çox narazıydı. Truba çalanlar həmişə çaşır, barabançı gecikir, skripkaları eşitmək olmurdu. Hirsindən boğulan Vaqner tərcüməçidən tələb edir ki, «Bu axmaqlara de, əgər adam kimi çala bilmirlərsə onların hamısının dalından bir təpik vurub qovacam» ifadəsini musiqiçilərə çatdırsın. Tərcüməçi belə tərcümə etdi:
- Centlimenlər, moestro onun musiqisinin sizə verdiyi çətinliyə görə sizdən üzr diləyir. O, sizdən əlinizdən gələni eləməyi və heç bir halda həyəcanlanmamağı xahiş edir.

Parisdə Vaqner naşirin yanına gəlib deyir:
- Müsyö, mən dahi bəstəkaram və gələcək üçün musiqi yazıram. Sizi bu notlara baxıb onları çap eləmək şərəfinə layiq bilmək istəyirəm!
- Gələcəyin musiqisi? Siz təsadüfən Vaqner deyilsiz?
- Bəli!
- Mən musiqinin gələcəyiylə məşğul olmuram. Müsye Vaqner, mənim nəvəmə müraciət etsəniz yaxşıdı.

«Loenqrin» operasının baş solisti Yozef Tiçaçek onu tarixə salmış bir ifadəsiylə məşhurlaşıb. O, pərdə arxasında çıxışını gözləyirdi. Qəhrəmanı səhnəyə qu quşuna qoşulmuş qayıqda çıxmalıydı. Amma fəhlələr qayığı səhnəyə tez buraxdığından qayıq səhnədə ifaçısız qalıbmış. Təmkinini pozmayan Tiçaçek fəhlədən soruşur:
- Bilmirsiz, növbəti qu quşu nə vaxt çıxır?
Bu zarafat «Loenqrin»in qoyulduğu bütün teatrları dolaşıb.

Zülmkar krallara qarşı mübarizəyə çoxsaylı nümunə gətirə bilən tarix Vaqner qədər musiqidə zülmkarlıq edən ikinci bəstəkar tanımır. Bahalı operalarıyla Vaqner onsuz da kasıb olan Bavariyanı müflisləşdirirdi. Ateist, inqilabçı, hələ bir yadelli prussakın ucbatından əhalinin vergiləri artırılmışdı. Axı onun qəhrəmani operalarına pul çatdırmaq lazım idi. Ona nifrət edən xalq, düşmənləri, bezmiş musiqiçilər və opera müğənniləri Vaqnerə qarşı ümumi mübarizədə birləşmişdilər.Axırda kral Lüdviq də etiraf eləməli olur ki, «Sevimli xalqın sevgisi və etibarı onunçün laha vacibdir». Vaqner ölkəni tərk eləməli olur.
Nankor ölkəylə vidalaşarkən «Bilirəm, bütün ölkə mənimçün çox darıxacaq. Bavariyanın bütün gunahları boynuna yıxmağa Vaqneri daha olmayacaq» deyir.

1938-ci ildə faşist Almaniyası Avstiriyanı zəbt eləyir. 1942-ci ildə Vyananın komendantı şəhərin ideoloji təmizləmə işlərinə başlayır. Vyana operasını bəzəyən büstlərin içinə yəhudi Mendelsonun büstü qanunsuz yerləşdirilmişdi. Bir neçə əsgərin müşayiətiylə dama dırmaşan kommendantın mədəniyyət haqqında bilikləri çox az idi. Mendelsonu üzdən tanımasa da o, ariya nəzəriyyəsini, fizionomistikanı bilirdi. Onunçun üzdən yəhudini ayırmaq su içim kimi bir şeydi. Komendant qarmaqşəkilli burnu və əsl almana layiq olmayan üz cizgiləri olan bir büt tapıb onu teatrın qabağında sındırır. Az keçmiş məlum olur ki, o, yəhudi Mendelsonu yox, alman Vaqneri, hələ bir fürerin sevimlisini yerə çırpıb. Bu səhvinə görə onu ruslarla cəbhənin ən önünə göndərirlər.

Bir dəfə təzəcə musiqiyə başlamış bir cavan təkid edirdi ki, Verdi onun çalğısını dinləyib fikrini desin. Təyin olunmuş saatda o Verdinin evinə gəldi. Görkəmcə çox iri, hündür və fiziki cəhətdən güclü olan bu cavan çox pis çalırdı. Çalğısını bitirəndən sonra həyəcandan əllərini yumruqda sıxıb ovxalayaraq
– Amma mənə yalnız həqiqəti deyin, moestro – dedi.
- Bacarmaram, - deyə Verdi cavab verdi.
- Axı niyə?
- Qorxuram…

-Nənə, Lenin yaxşı adam idi?
-Yaxşı idi.
-Stalin pis idi, nənə?
-Pis idi.
-Nənə, bəs Xruşşov?
-Ölsün, sonra bilərik!

Lenin ölkəni necə idarə etmək lazım olduğunu, Stalin necə idarə etmək lazım olmadığını göstərdi. Xruşşov sübut etdi ki, istənilən axmaq bu ölkəni idarə edə bilər, Brejnev göstərdi ki, hər axmaq bu ölkəni idarə edə bilməz.
Makedoniyalı İsgəndər, Sezar və Napoleon fəxri qonaq qismində Qızıl Meydanda hərbi paradı seyr edirlər. Makedoniyalı İsgəndər deyir:
-Sovet tankları məndə olsaydı, məğlubedilməz olardım.
Sezar deyir:
-Sovet təyyarələri məndə olsaydı, bütün dünyanı tutardım.
Napoleon deyir:
_Əgər “Pravda” qəzeti mənim olsaydı, dünya bu günə kimi Vaterloo barədə xəbərsiz olardı.
Məruzədən sonra Brejnev referentə irad tutur:
- Mən 15 dəqiqəlik nitq demişdim, bir saat çəkdi!
- Leonid İliç, axı dörd nüsxə idi...

Brejnev 1980-ci ildə Moskva Olimpiadasının iştirakçılarını salamlayır:
-O! O! O! O! O!
Referent ona pıçıldayır:
- Onlar “o” deyil, olimpiya dairələridir! Mətn aşağıdadır!

Brejnev Orta Asiyada:
- Salam əleyküm! – zəhmətkeşlər deyir.
- Əleyküm salam – deyə cavab verir rəhbər.
Zəhmətkeşlər yenə:
- Salam əleyküm!
- Əleyküm salam! .
Bu vaxt bir dissident qışqırır:
- Arxipelaq Qulaq!
Leonid İliç:
- Qulaq arxipelaq!

-Stalin dirilsə, nə olardı?
-Xruşşov Amerikanı ötərdi.

Putin və Lukaşenko təyyarədə uçur. Lukaşenko soruşur:
- Aviaqəza olsa, harda daha çox ağlayarlar – Rusiyada, yoxsa Belarusda?
- Məncə, Ukraynada.
- Niyə?
- Çünki Kuçma bizimlə deyil!