|
|
Lenin
haqqında lətifələr
Kənddən
Leninin yanına adamlar gəlir:
- Vladimir İliç, ərzaq sapalağını ləğv edin. Aclıqdan
otların hamısını yedik. Belə getsə, mal kimi böyürəcəyik.
- Düz demirsiniz. Biz Feliks Edmundoviçlə bir çəllək bal
yedik, amma arı kimi vızıldamırıq.
-Vladimir İliç, Sizin yanınıza kənddən nümayəndələr gəlib.
- Nə gətiriblər?
- Təzə balıq.
- Neçə gün yol gəliblər?
- İki həftə.
- Balığın hamısını uşaqlara verin.
Tatar, yəhudi və çukça Leninin hansı millətdən olması
barədə mübahisə edirlər.
Yəhudi deyir:
- Şübhə yoxdur ki, o, yəhudidir. “r” səsini deyə bilmir,
əlini jiletinin cibinə qoyur. Bu, yəhudi ədasıdır.
- Yox – deyir tatar - Lenin tatar idi, Kazanda oxuyub,
Kazanda yaşayıb..
Çukça:
- Amma Lenin çukçadır.
- Niyə?
- Çox ağıllı idi...
-Vladimir
İliç, qiyamçılar həbs edilib. Nə edək?
- Güllələyin. Amma əvvəlcə çay içirdin. İsti çay haaa.
Teleqram:
”Moskva. Kreml. Leninə. Yoldaş Lenin, kasıb yəhudiyə kömək
edin”. Səhəri gün Rabinoviçi lazım olan yerə çağırırlar:
- Ağlın başındadı? Lenin neçə ildir ölüb?
- Əşşi, nə vaxt sizə lazımdır, Lenin daim diridir, kasıb
yəhudiyə lazım olanda deyirsiniz çoxdan ölüb.
25 oktyabr 1917. Smolnı. Sosialist inqilabının qələbəsini
elan edən Lenin deyir:
- Bundan sonra bütün Rusiya ərazisində 8 saatlıq iş günü
elan edirəm və bazar günü istirahət ediləcək.
Sürəkli alqışlar.
- Əgər biz işlərimizi yaxşı qursaq, həftədə iki gün istirahət
edə bilərik.
Adamlar qışqırırı: “Ura!
- Əgər biz Fordun texnologiyasını zavodlarda tətbiq edə
bilsək, hər həftə üç gün dincələcəyik.
Hamı əl çalır, papaqlarını göyə atırlar.
Bir az gözləyəndən sonra Lenin məzəmmətlə deyir:
- Sizə baxıram, yoldaşlar, deyəsən, işləməyə heç həvəsiniz
yoxdu!
-Vladimir
İliç, Siz niyə “Oxumaq, oxumaq, yenə də oxumaq” şüarını
verirdiniz?
- Mən elə şüar deməmişəm. Qələm yaxşı yazmırdı. Onu düzəldirdim.
-
Feliks Edmundiviç, ayağınız tüklüdür?
- Hə. Niyə soruşursunuz?
- Belə də yazırıq. Qışda valenka verilməsin.
Doktor mavzoleydən çıxır:
- Yaşayacaq!
Həkimlər Leninin dirildirlər. Biri o birindən soruşur:
-Əməliyyat necə keçdi?
-Uğurla.
-Pasiyentin ilk sözü nə oldu?
-Lenin yaşadı, Lenin yaşayır, Lenin yaşayacaq.
Lenin
çox pərişan idi ki, anası inqilabdan bir il əvvəl ölmüşdü.
“Ah, kaş sənin əvəzinə mən öləydim” dedi anasının yasında.
Hamı onunla razılaşdı.
Leninin
silahdaşları çox zarafatcıl idilər. Onlar divarlara elanlar
yazmağı sevirdilər: “Sağılan inək satılır”, ”Yaxşı samoqon
var” və s. Bu elanları divara yapışdırır, ünvanda isə
Leninin Kremldəki adresini yazırdılar. Beləliklə, Leninin
yanına insan axını gəlirdi...
Krupskaya pionerlər qarşısında çıxış edir:
- Əziz uşaqlar! Leninin yaxşı insan olduğu hamıya bəllidir.
Bir hadisə danışım. Bir dəfə o, Razlivdə olanda üzünü
qırxırdı. Ordan bir uşaq keçirdi. Lenin ülgücü itiləyir
və uşağa baxırdı. O, üzünü qırxdı, ülgücü itiləyə-itiləyə
uşağa baxdı, baxdı, sonra ülgücü silib qabına qoydu. Amma
o, ülgücü yuya da bilərdi....
Krupskaya Brejnevin qəbuluna gəlir.
- Məni tanıyırsınız, şübhəsiz...
Suslov Brejnevin qulağına pıçıldayır:
- Bu, Nadejda Konstantinovnadır!
- Aaa. Nadejda Konstantinovna!
- Familiyamı da xatırlayırsınız?
Suslov pıçıldayır:
- Krupskaya!
- Əlbəttə, bilirəm, Krupskaya! Sizin əriniz Krupskini
də tanıyıram. Bu xeyirxah qocanı kim tanımır?
Kommunizmə gedən qatar dayanır. Yol qurtarıb. Lenin:
– Hamı iməciliyə çıxsın. Yolu düzəldək. Relsləri kapitalistlərdən
alaq. Biz olmasaq da, balalarımız kommunizmdə yaşayacaq.
Stalin:
-Qatarın briqadasını və stansiya işçilərini güllələyin.
Qalanlar şpal döşəsin.
Xruşşov:
– Hamıya bəraət verilsin. Qatarın arxasında olan relsləri
söküb qabağa düzün. Otuz ildən sonra kommunizmə çatacağıq.
Brejnev:
– Pəncərələrdəki pərdələri bağlayıb vaqonları yelləyin.
Hər bir normal sovet adamı başa düşəcək ki, gedirik.
Andropov – pəncərədən baxmaq istədi və öldü. Çernenko
cəhd eləməmiş öldü. Qorbaçov platformaya çıxdı, baxdı:
-Nə irəliyə yol var, nə geriyə. Ona görə qatarı yenidən
qurmalıyıq.
Balaca qız gecə yata bilmirdi. Ana uşağı sakitləşdirmək
istəyib soruşur ki, niyə yatmır? Qız deyir: "Qorxuram"
-Nədən?
- Tərbiyəçi məktəbdə dedi ki, Lenin diridir və o balaca
uşaqları çox sevir...
Dzerjinski
Leninə zəng edir:
- Vladimir İliç, nə vaxt güllələyək – nahardan əvvəl,
yoxsa sonra?
- Mütləq nahardan əvvəl. Naharı isə fəhlələrin uşaqlarına
verin.
-
Lenin axmaq deyildi. Onun ilk işi torpaq haqda dekret
oldu. Amma kəndlilər torpaq üzü görmədilər!
- Əvəzində kəndlilər də Leninə borclu qalmadılar – o da
torpaq görmədi!..
|
|
|