Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Kovboylar haqda lətifələr

Kovboy əlində tapança gedir.
- İki kərə iki neçə edir?
- Bilmirəm.
- Part! Axmaqları sevmirəm!
- İki kərə iki neçə edir?
- Nəyinə gərək?
- Part! Kobudları sevmirəm!
- İki kərə iki neçə edir?
- Neçə lazımdır?
- Part! Yaltaqları sevmirəm!
- İki kərə iki neçə edir?
- Part! Hər şeylə maraqlananları sevmirəm!

Texasda opera premyerası.
- Ata, müğənni oxuyanda niyə yellənir?
- Hərəkət edən hədəfi vurmaq çətindi, oğlum!

Kovboylar yeməkxanada viski içir. Birdən oraya yaralı kovboy girir:
- Özünüzü qoruyun – deyir və ölür.
Heç kəs ona fikir vermir. Bu vaxt ikinci yaralı kovboy daxil olur:
- Özünüzü qoruyun, Ağ Bill gəlir – deyib ölür.
Yenə heç kəs fikir vermir. Bu vaxt üçüncü yaralı kovboy daxil olur:
- Özünüzü qoruyun, Ağ Bill gəlir. Hamını öldürür və qarət edir. Kovboylar ayağa qalxmaq istəyəndə kandarda ağ paltarlı, silahlı bir kovboy görürlər:
- Puularınız çıxarın, əllərinizi boynunuzun dalına qoyun – deyir o.
Nə etməli? Pulları qoyurlar. Ağ geyimli kovboy pulları kisəyə yığıb deyir:
- İndi özünüzü qoruyun, Ağ Bill gəlir.
Co və Bill dağlarda gəzirlər. Billi ilan vurur. Co radiotelefonla həkimə zəng edir. Həkim deyir ki, zəhəri yaradan sormaq lazımdı. Bill soruşur:
- Həkim nə dedi?
- Dedi ki, öləcəksən!
Texaslı öz rançosunun böyüklüyündən danışır:
- Maşınla iki gün vaxt lazımdı ki, rançomun bu başından o başına gedəm.
- Əvvəllər mənim maşınım da ələngə idi – deyir dostu.

Bir Texas şəhərində yeni sakin kovboydan soruşur:
- Sizdə əla iqlim var. Yəqin, sağlamlığınız da əla olar?
- Bəli. Məsələn, təzə qəbiristanlıq açmışıq, ora kimisə basdırmaq üçün bir neçə adamı güllələməli olduq.
Qoca kovboy ölür. Ətrafında qohumları, varisləri və həkim var.
- Oğrular, yirtıcılar, qaniçənlər... – deyə o zarıldayır.
Həkim deyir:
- Hər şey qaydasındadır. O, hələ özününküləri yaxşı tanıyır...

İki kovboy rastlaşır.
- İşlər necədi?
- Pis. Arvadım ayağını sındırıb.
- Axırı necə olacaq?
- Güllələməli oldum....

-Təəccüblənirəm, Luiza. Neçə ildi, Billə yaşayırsan, bir dəfə də dalaşmayıbsınız.
- Toydan sonra Bill ilə rançodan qayıdırdıq. Birdən atın ayağı sürüşdü. Bill dedi: "Bir". At ikinci dəfə sürüşəndə Bill dedi: "İki". At üçüncü dəfə sürüşdü və Bill “üç” deyə qışqırdı və tapançanı çıxarıb atı öldürdü. Mən dedim: “Bill, sən nə etdin? Bizim ən yaxşı atımızı öldürdün!”. Bill dedi: "Bir".

Kovboy səhrada at çapır. Daxili səs ona deyir:
- Atdan düş, beli götürüb qaz. Beş metr dərində xəzinə var. Kovboy beli götürüb qazır və qızılla dolu sandıq tapır. Daxili səs deyir:
- Bilsəydim ki, burda dəfinə var, sənə deməzdim
Qoca kovboy gənc kovboyu həkimə göstərir:
- Doktor, kürəkənimə kömək et. Dünən onun qıçından güllə ilə vurmuşam.
- Bu, yaxşı deyil. Adam öz kürəkənini vurar?
- Mən onu vuranda hələ kürəkənim olmağa razı deyildi.
Kovboy bara girib 15 butulka pivə sifariş verir:
- Atım içmək istəyir!
At içir, kovboy pulu ödəyir. Təəccüblənmiş barmen soruşur:
- Bəs özünüz içmirsiniz?
- Nə danışırsız? Mən sükan arxasındayam!

Kovboy Amazonkanın sahilində soyunur ki, çimsin. Hindi ona deyir:
- Ser, burda çimməyin, çoxlu timsah var.
- Harda timsah yoxdu? Axı çimmək istəyirəm!
- Okean tərəfdə yoxdu.
- Dəqiq?
- Yüz faiz. Timsahlar akulalardan qorxur...

Kovboy bara gəlir, bir viski içir, yatmağa gedəndə barmenə deyir ki, saat beşdə onu oyatsın. Səhər onu oyadırlar. Atına minib başqa şəhərə gedir. Bara girib viski istəyir.
Ona deyirlər: "Qaralara qulluq etmirik!"
Kovboy güzgüyə baxıb deyir:
- Lənət şeytana! Qaranlıqda başqa adamı oyadıblar!
Vəhşi Qərbdə.
- Ay yetim, al bu konfeti.
- Mən yetim-zad deyiləm, o dee atam dayanıb..
Kovboy tapançanı çıxarıb kişini vurur.
- Ay yetim, al bu konfeti .
Kovboyun atı ölür. O, düzün ortasında üç sutka piyada gedir. Bir də görür ki, bir bitulka var. Ordan bir cin çıxıb deyir:
- Nə arzun varsa de, yerinə yetirim.
- Evə getmək istəyirəm.
Cin onun əlindən tutub dartır:
-Getdik!
Kovboy acıqlanır:
- Mən evə tez çatmaq istəyirəm!
- Onda qaçdıq...
İki kovboy səhrada çapır. Birdən biri qurşağından bıçaq çıxarır və o birindən qəzəblə soruşur:
- Pulun var?
- Nəyinə lazımdı? – deyə o biri qurşağından balta çıxarır.
- Heç. Xırdalamaq istədim.