Edinburq
qəzetinin redaksiyasına məktub gəlir:
- Əgər siz şotlandların xəsis olması barədə lətifələrin
çapını təcili olaraq dayandırmasanız, mən günü sabahdan
qəzetinizi qonşuma borc verməyəcəm.
Centlmen
qonşu xanıma deyir:
- Madam, mən dünən Sizin mahnı oxumağınıza qulaq asdım.
Qadın qızarır:
- Nə danışırsınız! Mən sadəcə, vaxt öldürürdüm.
- Siz çox dəhşətli silah seçmişdiniz, madam...
Körpünün
üstündə iki ingilis dayanıb çayda boğulanın harayına qulaq
asır:
- Kömək edin, üzə bilmirəm!!!
Biri o birinə:
- Conson...
- Bəli..
- Siz üzə bilirsiniz?
- Təəssüf ki, yox.
- Mən də. Amma biz qışqırıb bütün şəhəri başımıza götürmürük...
Yazıçı
xanım keşişlə Müqəddəs Kitabla bağlı mübahisə edir.
- Razılaşın ki, Allah taala əvvəlcə kişini, sonra qadını
yaradıb – deyir keşiş.
- Sizinlə tamamilə razıyam. Mən də əvvəlcə qaralama yazıram.
Londonda
restoran sahibi ofisiantdan soruşur:
- Bax o rus qırx dəqiqədir stolun arxasında yatıb. Niyə
onu bayıra atmırsan?
- Niyə atım ki? On dəqiqədə bir dəfə onu oyadıram və o
hər dəfə hesabı yenidən ödəyir.
Lord malikanəsində oturub. Qulluqçu gəlib deyir:
- Evdə oğru var, ser.
- Əla. Mənim tüfəngimi və ov paltarımı hazırla – dama-dama
paltarımı.
Ev
qulluqçusu:
- Madam, bir halda ki, Siz mənə etibar etmirsiniz, yaxşısı
budu mən işləməyim.
- Necə yəni etibar etmirəm? Mən hətta qiymətli daşlar
saxlanan mücrünün açarını sənə vermişəm.
- O açarlar mücrüyə düşmür...
İki
məhkum ingilis türməsində söhbət edir:
- Bağışlayın cənab, Sizə çox iş veriblər?
- 15 il. Bəs Sizə nə qədər?
- Mənə on il.
- Onda Siz qapıya yaxın çarpayıda yatın. Axı məndən tez
çıxacaqsınız!
Missis
Smit psixiatrın yanına qaçır:
- Ser, mənim ərim ağlını itirib! Tezliklə onu dəlixanaya
salın.
- Nə olub?
- Dünən o mətbəxə girib taxta çəkiclə bifşteksi əzdi,
sonra aşpaz qadının yanağından öpdü.
- Burda müdaxilə üçün əsas görmürəm. Əgər o aşpaz qadını
çəkiclə vurub, bifşteksi öpsəydi, başqa məsələ.
-
Sabahınız xeyir, madam. Baş ağrınız necədir?
- Kart oynamağa getdi.
İngilis
lordu insan yaşamayan adaya düşür və üç ev tikir. Nəhayət,
onu tapıb soruşurlar:
- Ser, üç ev nəyinizə lazım idi?
- Biri yaşamaq üçün, o biri getdiyim klub, üçüncüsü isə
rədd etdiyim klub!
Protokolda
göstərilib ki, miss Braun, Siz son üç həftədə maşınla
dörd nəfəri vurmusunuz.
- Üş nəfəri...
- Burda yazılıb ki, dördünü...!
- Məsələ burasındadır ki, bu sarsaqların birini iki dəfə
vurmuşam.
Evin
damında bir nəfər dayanıb. O, intihar etmək istəyir. Ağşağıda
camaat toplaşıb baxır. Birdən bir qadın səsi eşidilir:
- İlahi, əgər o indi özünü atmasa, mən işə gecikəcəm!
Polis
bir qadına zəng edib deyir:
- Madam, biz Sizin ərinizi zibil konteynerində tapdıq.
- Bu, qulluqçunun işidir. Mən ona tapşırdım ki, evdə lazımsız
nə varsa, zibilliyə atsın.
-
Ser, mən Sizin biçənəkdən keçə bilərəm? Saat ikidə gedən
qatara çatmaq istəyirəm.
- Əlbəttə, əgər mənim ala öküzüm Sizi görsə, saat birdə
gedən qatara da çatarsınız.
Qənnadı
sexinə zəng olunur:
- Alo, mən mister Smitəm. Arvadımın ad günü üçün tort
hazırlayın.
- Neçə şam qoyaq?
- İyirmi doqquz. Həmişə olduğu kimi.
Varlı
lord Nyu-Yorkdan Londona evinə zəng edir. Dəstəyi qulluqçu
götürür.
-Arvadım nə edir?
-Sizinlə yatır, ser.
-Cim, kabinetimə gir, vinçesteri götür, ikisini də vur.
Telefonda gözləyirəm.
Beş dəqiqə sonra Cim məruzə edir:
-Ser, arvadınızı yataqda güllələdim, Siz bağa qaçdınız.
Mən Sizi bağda vurdum.
-Cim, mənim bağım yoxdur.
-Ser, Siz hara zəng etmisiniz?
London.
Svetoforda bir qadın maşını saxlayıb. Işıqlar yanır, sönür,
o, maşını sürmür. O biri sürücülər nəzakətlə onun yanından
ötür. Polis onu görüb yaxınlaşır: "Madam hansı rəngi
arzu edir?"
-Şahid,
Siz gördünüz ki, arvad ütü ilə ərinin başına vurdu, amma
heç bir tədbir görmədiniz?
-Tədbir gördüm. Nişanlıma zəng edib dedim ki, toy ləğv
olunur!
Birisi
restorana daxil olub barmenə deyir:
- Mənə on qədəh konyak ver.
- Başqa nə?
- Birinci və sonuncunu götür.
Barmen onun dediyi kimi edir.
Kişi izah edir:
- Birinci qədəh məndə pis gedir, sonuncudan sonra isə
halım xarab olur!!!
Turnir.
Bir qız dayanıb, başına alma qoyublar. Birinci oxatan
almanı vurub deyir:
- I am Robin Good!
İkinci oxatan da almanı vurub deyir:
- I am Richard Lions Heart!
Üçüncü düz ata bilmir, qızı öldürür:
- I am, I am... Sorry...