Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Hərbi lətifələr

Çox isti bir gün. Əsgərlərə süngü döyüşü öyrədən serjant qan-tərə batmış əsgərlərin döyüş ruhunu yüksəltmək üçün deyir:
-Təsəvvür edin ki, bu uyuqlar (çuçelo) sizin düşmənlərdir. Onlar sizin evinizi yandırıb, valideynlərinizi öldürüb, bacılarınızı aparıb, pulunuzu alıb və pivənizi içib.
Serjant kənara çəkilir və əsgərlərin sırası ikiqat enerji ilə uyuqların üstünə cumur. Döyüşçülərdən biri gözləri qızmış və dişlərini qıcartmış vəziyyətdə serjantın yanında dayanıb soruşur:
-Serjant, göstərin mənim pivəmi bunların hansı içib?

Əsgər komandirə yaxınlaşır:
-Mən evə getməliyəm, arvadım doğmalıdır.
Komandir onu buraxır. Bir həftə sonra əsgər qayıdır.
- Hə, nə oldu? Oğlan oldu, yoxsa qız?
- Doqquz aydan sonra bilərik...

Desantçı komandirə:
- Əgər paraşütüm açılmasa, nə olacaq?
- Sən yerə hamıdan tez çatacaqsan.
Serjant əsgərləri yığıb elan edir:
- Gələn bazar hərbi parad olacaq. Əgər səhər yağış yağsa, parad günün ikinci yarısında olacaq, əgər yağış nahardan sonra yağsa, parad səhər olacaq...
- Cənab feldfebel, nahar rotanın yarısına ancaq yetər.
- Əla, demək, hüvumdan sonra nahar edərik – onda hamıya çatar.

Komandir rotaya hücum əmri verir və əsgərlər “ura” deyib hücuma keçirlər. Bir əsgər isə “ura” deyib geri qaçır.
Komandir qışqırır:
- Dayan, qorxaq, hara qaçırsan?
- Yoldaş komandir, mən qorxaq deyiləm. Bu, mənim taktiki manevrimdi. Yer kürəsini dolanıb düşmənin arxasına keçəcəm.

Sovet polkovniki Mozambikdə əsir düşür. Qəbilə başçısı əmr verir:
- Ağ adamı şam yeməyinə bişirin, dərisindən isə təbil düzəldin. Polkovnik çəngəli götürüb başının daz yerinə sanca-sanca qışqırır:
- Bu da sizə təbil, bu da sizə təbil...


- Səni niyə sualtı qayıqdan qovdular?
- Yatanda pəncərəni açıq qoymuşdum.

Orduya çağırış başlayır. Canavar çağırış vərəqi alır. Hərbi komissarlığa gedəndə Dovşana rast gəlir. Onun kefi kökdür. Canavar soruşur:
- Dovşan, hardan belə?
- Hərbi komissarlıqdan gəlirəm.
- Səni hara göndərirlər?
- Tikinti batalyonuna.
- Nə yaxşı. Buna necə nail oldun?
- Otağa girdim. Komissiya oturub. Avtomobil göstərib dedilər bu, nədir? Dedim bilmirəm. Avtomat göstərdilər, dedim bilmirəm. Tankı göstərdilər, dedim bilmirəm. Şkaf göstərdilər, yenə dedim bilmirəm. Açdılar, şkafın içində bir kərpic vardı, soruşdular ki, nədir? Dedim ki, kərpicdir. Dedilər: “Aydındır, tikinti batalyonuna gedəcəksən”.
Canavar sevinir ki, tikinti batalyonuna düşmək belə asandı. Tez hərbi komissarlığa qaçır. Onu-bunu itələyib komissiyaya girir. Avtomobili göstərib ondan soruşurlar:
- Bilirsiniz bu nədir?
- Yox, bilmirəm!
Avtomat göstərirlər:
- Yox, bilmirəm!
Tank göstərirlər:
- Yox, bilmirəm!
Şkaf göstərirlər:
- Bu, nədir?
- Bu, şkafdır, içində kərpic var.
Şkafı açırlar, həqiqətən, orda kərpic var.
- Qoçaq! Tapdın. Əks-kəşfiyyata gedəcəksən...

Oğlan əsgərlikdən nənəsinə qumbara göndərir və məktub yazır:
- Nənə can, əgər bu həlqəni çəksən, nəvənə üç gün məzuniyyət verəcəklər.

- Yoldaş döyüşçülər, tank nədi?
- Tank qəzəblənmiş traktordur, cənab polkovnik!!!!

Hərbi komissarlıqda:
- Xidmət etmək istəyirsiniz?
- Bəli, amma general kimi!
- Sən gicsən?
- Bu, vacib şərtdir?

- Müharibədə əsgərin bir nömrəli vəzifəsi nədir?
- Öz vətəni üçün ölmək!
- Xeyr! Əsgər elə etməlidir ki, düşmən əsgərləri öz vətənləri üçün ölsünlər.
Sərhədçilər sərhədi pozanın izinə düşürlər. Birdən insan izləri bitir və inək izi başlayır. Hər şey aydındır, pozucu izləri itrmək istəyib. İnək izi ilə qaça-qaça gəlib görürlər ki, bir çoban oturub mal otarır. Ona yaxınlaşıb soruşurlar:
- Deyə bilərsənmi, burada yad inək varmı?
- Niyə bilmirəm, bax o, sağdan ikinci...
- Bəs sən onu o birilərdən necə fərqləndirə bildin?
- Çox sadə, mənə yaxınlaşıb soruşdu:
“Dayday, dəmiryol stansiyasına necə getmək olar?” Ona görə bildim ki, yad inəkdi. Axı bizim inəklər dəmiryol stansiyasının harada olduğunu bilirlər...

Polkovnik generala hərbi hissənin uğurları barədə məruzə edir.
-... Xüsusən intizamın yüksəlməsi ilə bağlı xeyli şeyə nail olmuşuq.
Bu vaxt qapıdan bir əsgər başını içəri soxur:
- Ey, qoca, maşını götürüm?
Polkovnik üzünü heyrətlənmiş generala tutub deyir:
- Görürsünüz? Amma bir il əvvəl o heç soruşmazdı...
Hərbi komissarlıqda:
- Cavan oğlan, vətənə borcunuzu ödəmək istəyirsiniz?
- Bəli, istəyirəm. Nə qədər borcum var?

Mayor döyüşçünü yanına çağırır:
- Sıravi Məmmədov, axirət həyatına inanırsan?
- ???
- İki həftə əvvəl dəfninə getdiyin nənən səni nəzarət-buraxılış məntəqəsində gözləyir...

Sərhəddə:
- Yoldaş gizir, ağıllı itlər olur?
- Olur, əsgər. Bəzən öz cahibindən ağıllı itlər də olur. Mənim bir beləsi varim idi....
Sıravi Əliyevin atası ölür. Hərbi hissəyə teleqram gəlir. Polkovnik giziri çağırıb deyir:
- Qulaq as, Əliyevi çağır, məsələni ona incəliklə bildir.
Gizir rotanı toplayıb əmr verir:
- Kimin atası sağdı, bir addım irəli. Əliyev, sən hara dürtülürsən?!