Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Dəlilər haqqinda lətifələr


Pasiyent həkimə danışır ki, qrup şəklində intihara hazırlaşır. O, ailəsini də özü ilə o dünyaya aparacaq. Çünki yaxın vaxtlarda hamı işgəncə ilə öləcək və dirilər ölülərə qibtə edəcək. Həkim səbrlə xəstəyə izah edir ki, həyat o qədər də pis deyil, Günəş işıq saçır, quşlar oxuyur... Ölmək lazım deyil. Xəstə onu dinləyib sonra deyir:
- Həkim, sən yaxşı adamsan. Səni də özümlə aparacam.

-Həkim, mənim qulaqlarımda kartof bitir.
- Hm. Həqiqətən, çox qəribədir.
- Mən də qəribə olduğunu deyirəm. Axı mən turp əkmişdim!

- Doktor, mənim ərimi necə müalicə etmək olar?
- Xanım, o, sağlamdır.
- Axı o dünən evə qaçıb dedi ki, bütün itlər küçədə çətirlə gəzirlər! – Siz bilirsiz, dünən necə leysan yağırdı?

Bir qrup dəli xəstəxanadan qaçmaq planı qurur. Səhəri günü onlardan biri qəmgin şəkildə deyir:
- Heç nə alınmayacaq. Planı pozdular. Hasarı söküblər.

Psixiatr xəstəyə:
- Siz ilk dəfə nə vaxt hiss etdiniz ki, partiya iclasından zövq alırsınız?

İki psixiatr söhbət edir. Biri deyir:
- Mən indi şəxsiyyətin ikiləşməsinin qəribə bir növü ilə rastlaşmışam.
- Doğrudan? Nədir bu qəribəlik?
- Mən onların hər ikisini mənə pul verməyə razı salmışam.

Psixiatr pasiyentdən soruşur:
- Madam, ailənizdə böyüklük maniyası olan adam var?
- Var. Ərim bəzən deyir ki, o, ailə başçısıdır!

Psixiatr pasiyentdən soruşur:
- Elə olur ki, Siz səs eşidirsiniz, amma haradan gəldiyini bilmirsiniz?
- Əlbəttə.
- Nə vaxt?
- Telefonun dəstəyini götürəndə.

Psixiatr pasiyentdən soruşur:
- Sizdə depressiya nədən yarandı?
- Keçmiş arvadım indiki arvadımla tanış oldu. Əvvəl dalaşdılar, sonra barışdılar, sonra isə birlikdə gələcək arvadımı döydülər.

Dəlixanaya gələn müxbir görür ki, xəstələr binanın damından özlərini çarpayıda atırlar. O soruşur:
-Nə edirsiniz?
- “Aeroflot” oynayırıq.
- Bəs direktor hanı?
- Onu ilk reyslə yola saldıq

Dəlixanada özünü vannada boğmaq istəyən bir dəlini başqa bir dəli sudan çıxarır. Baş həkim onu çağırıb deyir:
-Səni evə buraxacam. Amma heyif ki, o kişi özünü asdı.
-O özünü asmadı, mən asdım ki, qurusun.

Dəlixananın baş həkimi yeni işçini iş yeri ilə tanış edir. Otaqların birinin qapısını açıb deyir:
- Bu otaqdakılar avtomobilsevərlərdi.
- Bəs burda niyə heç kim yoxdu.
- Onlar hamısı çarpayının altında təmirlə məşğuldular.

Dəlixanada əlində qanlı balta olan bir dəli qaçır. Həkim soruşur
- Nə olub?
- Camaat gülməkdən öləcək. Petya oyanıb görəcək ki, başı dolabçadadı.

-Doktor, yaman qorxuram.
-Nədən?
-Məsələn, otaqdan çıxanda qorxuram ki, uşaq çarpayıdan düşər, eşitmərəm.
- Elə isə döşəmədən xalçanı götürün!

Biznesmen psixiatra:
- Doktor, yadınızdadı, keçən yay Siz mənə işdən ayrılmaq üçün qızlarla əylənməyi məsləhət gördünüz?
- Bəli.
- İndi mənə məsləhət verin, qızlardan ayrılıb işə qayıtmaq üçün nə edim?

Həkim-psixiatr pasiyentə:
- Deyirsiniz ki, Sizin yun coraba məhəbbətiniz valideynlərinizi narahat edir?
- Bəli.
- Burda nə var ki? Yun corablar mənim də xoşuma gəlir.
- Doğrudan? Bəs Siz onu necə sevirsiniz: yağ və sirkə ilə, yoxsa limonla?

-Ben baba dəli olub. Ona elə gəlir ki, o, toyuqdu.
-Bəs niyə onu psixiatra göstərmirsiniz?
-Yaxşı görək. Deyirsən, səhər yeməyinə təzə yumurtamız olmasın?

Arvad psixiatra şikayət edir:
-Ərim özünü çox qəribə aparır. Kofe içəndə çini fincanı da yeyir. Bircə fincanın qulpu qalır.
-Doğrudan, qəribədir. Axı fincanın qulpu daha dadlıdır!

Yaşlı bir qadın psixiatra deyir:
-Həkim, nə edim, oğlum iki gündü yalnız sabun qovuğu buraxmaqla məşğuldu.
-Narahat olmayın, uşaqlar belə şeyə meylli olur.
-Mən də elə deyirəm, amma oğlumun arvadı nədənsə narahatdı.


Psixiatr soruşur:
-Sizin bir qulağınızı kəssələr nə olar?
-Pis eşidərəm.
-Əgər o birini də kəssələr?
-Görmərəm.
-Niyə?
-Çünki kaska aşağı düşüb gözümün qabağını kəsəcək.

Dəlixanaya zəng edirlər:
-Zəhmət olmasa, baxın, on səkkizinci palatada kimsə var?
- Yox, heç kəs yoxdu. Necə bəyəm?
- Aha, demək mən həqiqətən qaçmışam.

Dəlixanada dəlilərin saçını qırxmağa hazırlaşırlar. Psixlər plan qururlar ki, dəlləyin maşınkasını necə sındırsınlar. Biri təklif verir:
-Gəlin birimizin başına mismar çalaq, maşınka sınsın.
-Razıyıq.
-Kimin başına vuraq?
-Təklifi sən verdin, sənin.
-Bəs mismarı kim vursun?
- Məsələn, Vasya.
- Yox, bircə o olmasın.
- Niyə?
- Əşşi, onu tanıyıram, bir dəfə mismara vuranda iki dəfə də başıma vuracaq.

-Ən yeni tədqiqatlar göstərir ki, qurbağanın tərini yalamaqla depressiyanı müalicə eləmək olar. Amma siz qurbağanı yalamağı dayandıran kimi onda yenidən depressiya başlayır.

Üç dəli bir çarpayıda yatır. Çox darısqaldır. Onlardan biri dözmür və balışını götürüb gedir ki, döşəmədə yatsın. O biri başını qaldırıb deyir:
- Geri qayıt, bura seyrəldi!


- Professor, xahiş edirəm, məni başqa palataya köçürün. Qonşu hər gecə iki barmağını rozetkaya salıb qışqırır: "Mən torşerəm... ". Mənsə işıqda yata bilmirəm.


Psixiatr öz tanışına deyir:Психиатр говорит своей знакомой:
- Ərinizin kefi necədi?
- Doktor, mən ərə getməmişəm.
- Həri, demək, əriniz hələ subaydır?

Dəlixanaya komissiya gəlir. Palataya girib görürlər ki, bütün dəlilər pərdələrdən sallanıb.
- Doktor, bu, nə deməkdi?!
Doktor (dəlilərə):
- Ey, payız gəldi, yarpaqlar düşdü!
Bütün dəlilər yarpaq kimi tökülüşür. O biri palataya girirlər. Orada da elədi.
Doktor:
- Payız gəldi, yarpaqlar töküldü!
Dəlinin biri düşür, o biri ona deyir:
- Sən hara düşdün? Axı biz həmişəyaşılıq!

Səhər yoxlamasında psixiatr görür ki, dəlilərin hamısı yaralı, göyərmiş, cızılmış vəziyyətdədi. Birinin hətta qolu sınıb. Nə olduğunu soruşur. Dəlilər deyir:
- Alma-alma oynayırıq. Axşam bağa gəl, görərsən!
Axşam doktor bağa gedir. Amma heç kim görünmür. Bir də ağacdan səs gəlir:
- Vanya, sən yetişdin?
- Hə.
- Onda düş!


Kişi psixiatrın yanına gəlir:
- Doktor, arvadımın ağlına gic-gic fikirlər gəlir. Guya kimsə onun donunu oğurlamaq istəyir.
- Buna əminsiniz?
- Tamamilə. O, bir adam da saxlayır ki, paltarını qorusun. Mən o adamı şkafda gördüm.


- Psixiatra dedim ki, ərim burnundan siqaret tüstüsünun dairələrini buraxır, o dedi ki, bu, təhlükəli deyil.
- Düz deyir, bütün kişilər belə edir.
- Amma mənim ərim siqaret çəkmir….


Bir kişi psixiatrın yanına gəlib deyir ki, ildırımdan dəhşətli dərəcədə qorxur. Psixiatr deyir:
- Bu, gülməlidir. İldırım da təbiət hadisəsidir. Ona görə qorxma. Elə ki, ildırım çaxdı, başını yastığın altında gizlə, hər şey qaydasında olacaq.


Kişi psixiatra zəng edir:
- Nə edək, doktor, babamız hər dəfə çiməndə rezin ayını istəyib ağlayır.
– Ayını verin, qurtardı getdi.
- Axı o, mənim ayımdı...


Bir kişi psixiatrın yanına gəlib deyir ki, neçə gündür eyni yuxunu görür:
- Hər gecə görürəm ki, gəmi batır və mən 12 gözəl qızla insan ayağı dəyməyən bir adadayam.
- Bunun nəyi pisdi?
- Siz heç yeddi qız üçün yemək bişirmisiniz?

Psixiatr pasiyentə:
- Demək, hər gecə yuxunuza bir əcaib məxluq girir, üstünüzə atılır, bağırır, başınıza döyür? Təbii ki, oyanandan sonra o, yox olur.
- Məsələ burasındadır ki, yox olmur. Səhər adətən qışqırır: "Bəsdi yatdığın, avara, dur uşaqları bağçaya apar ".



Bir dəlini dəlixanadan evə buraxırlar. Psixiatr onun sağıamlığına əmin olmaq üçün sual verir:
- Bir qulağınızı kəssələr, görə bilərsiniz?
- Əlbəttə!
- Bəs ikisini də?
- Onda yox.
- Niyə ki?
- Şlyapam sürüşüb gözümün qabağını kəsər.

-Salam, həkimlər! Psixoanalitik hanı?
- Hansı?
- Dünən biri mənə deyirdi ki, problemim var, ona görə adam öldürə bilmərəm...


Psixiatrın yanına həyəcanlı bir qadın gəlir:
- Doktor, Siz mənim ərimlə məşğul olmalısnız. Qəribə şeylər baş verir.
– Nə, məsələn?
- Ona elə gəlir ki, mən oyam.
- Maraqlıdır, onu bura gətirin.
- Niyə ki? Mən elə mənim əriməm.


Dəlixananın həyətində bir dəli konserv bankasına ip bağlayıb dalınca çəkir. Doktor yaxınlaşıb soruşur:
- Neynirsən?
- Görmürsünüz? İtimi gəzdirməyə çıxarmışam.
- Tez ona ağızlıq geyindir!


Psixiatrın qəbulunda:
- İlk dəfə Siz nə vaxt düşündünüz ki, itsiniz?
- Küçük olanda.


Şizofreniyalı xəstə palatanın ortasında yellənir.
Tibb bacısı soruşur:
- İdman edirsiniz?
- Yox, vaxtı ölçürəm.
- Sizcə saat indi neçədi?
-Üç otuz.
Tibb bacısı saatına baxır:
- Səhv edirsiniz. Artıq saat dörddür.
- Lənət şeytana. Geri qalıram. Sürətlə yellənmək lazımdı!

Bir nəfər psixiatrın kabinetinə daxil olub burnuna tənbəki doldurur.
- Hmm, - deyir psixiatr, - Siz düz gəlmisiniz.
- Sizdə kibrit var?



- Şizofreniyalı xəstə ilə nevrastenik arasında nə farq var?
- Şizofrenik iki kərə ikinin neçə etdiyini bilmir və sakitdir. Nevrastenik bilir ki, iki kərə iki dörd edir və əsəbiləşir.