|
|
Çukçalar
haqqında lətifələr
Çukça
milliyyət deyil, diaqnozdu.
İki çukça Şimal Buzlu Okeanının sahilində. Biri o birinə
deyir:
- İstəyirsən sənə siyasi lətifə danışım?
- Yox, danışma. Eşidən olar, bizi harasa sürgün edərlər.
Çukça qapısında güzgü olan şkaf alır. Açıb içinə baxıb
arvadına deyir:
- Bax, qardaşım bizə qonaq gəlib.
Arvadı baxıb deyir:
- Hələ yanında arvad da var.
Çukça qurultayda çıxış edir: «Yoldaşlar! Böyük Oktyabr
İnqilabına qədər biz çukçalar iki hiss yaşayırdıq: Soyuq
və açlıq hissi. Ancaq inqilabdan sonra üç hiss yaşamağa
başlamışıq: aclıq, soyuq və dərin məmnunluq hissi.
Bir çukça soyuducu alır. Ondan bunu nə üçün etdiyi soruşanda
orda qızınmaq istədiyini deyir:
- Bayırda 40 dərəcə şaxta var, ancaq soyuducuda cəmi
4 dərəcə.
Bir gün çukça mağazaya gəlir.
- Sizdə rəngli televizor var?
- Var.
- Onda mənə yaşıl rəngdə olanın verin.
Suda boğulan çukça qışqırır:
-Su içirəm! Çoxlu su içirəm! Gecəni burda qalacam!
İki çukça qatarın maşinistinə yaxınlaşır. Birinci:
-Bu qatar məni Leninqrada qədər aparar?»
- Yox.
İkinci:
-Bəs məni?»
Bir gün vağzalın rəisi çukçanın başını vaqonlara vurduğunu
görür.
- Başın xarab olub?
- Yox, yumşaq vaqon axtarıram.
Çukça Aeroflotun kassasından soruşur:
-Çukotkaya təyyarə neçə saata çatır?.
-Bircə dəqiqə....
- Çox sağ olun.
Çukça Siyasi Büroya zəng edir:
-Alo, mən Siyasi Büronun üzvü olmaq istəyirəm».
- Sən başın xarabdı?
- Xarab olması vacibdi?
Həmyerlilərinin xahişi ilə çukça Moskvaya, kommunizmin
nə vaxt olacağını öyrənməyə gedir. Qorbaçovun qəbuluna
gəlib ondan soruşur:
-Kommunizm nə vaxt olacaq?
Qorbaçov deyir:
- Görürsən, mənim, Lukyanovun, Liqaçovun «Volqa»larımız
dayanıb. Nə vaxt sənin «Volqa»n onların yanında dayansa,
onda kommunizm olacaq.
Evinə qayıdan çukça həmyerlilərinə deyir:
- Görürsüz, mənim, sənin, onun untaları (maral, qoyun
və s. dərisindən uzunboğaz isti çəkmə) düzülüb. Nə vaxt
ki, Qorbaçovun da untası orda dayansa, onda kommunizm
olacaq.
İki çukça göyə baxır.
- Bax, təyyarə uçdu. Hökumət təyyarəsidi.
- Yox, hökumət təyyarəsi olsaydı, yanında motosikletlər
də gedərdi.
Çükça lotereyada «Volqa» udur. Maşını almağa gedib deyir:
-Mənə qırmızı «Volqa» verin.
- İstəyirsiz qara, yaşıl maşın verək?
- Yox, ancaq qırmızı.
- Qırmızı yoxdu.
- Onda mənim 50 qəpiyimi qaytarın.
Bir gün çukça «Volqa» alıb öz yerlərinə qayıdır. Maşını
sürən çukça maşını necə saxlamağın qaydasını unudur
və daşa çırpılır. Bir müddətdən sonra xəstəxanadan evə
qayıdıb deyir: «Həkimlər dedi yaxşı ki, beynin yoxdu,
yoxsa beyin silkələnməsi olardı».
Çukçanın altıncı uşağı olur. Doğum haqqında şəhadətnaməni
dolduran çukça uşağın milliyyətin çinli yazır. Ondan
soruşurlar:
- Bu necə ola bilər ki, sənin uşağın çinli olsun?
- Çukça axmaq deyil. Qəzetlərdə yazılıb ki, hər altıncı
adam çinlidi.
Niyə çukçalar bolqar pomidorların yemir? Çünki başları
bankaya girmir.
Çukça kibrit dənələrin yoxlayır. Kibriti çıxarıb yandırır.
Əgər birinci dəfədən yanmasa, tullayır. Əgər yansa səliqəli
ilə qaytarıb yerinə qoyur.
Çukça zarıyır: «Yorulmuşam, çox yorulmuşam»
- Nə iş görmüsən?
- Fikirləşmişəm.
- Bəs niyə çox yorulmusan?
- Üç dəfə fikirləşmişəm.
İki çukça bombanı mişarlayır. Yoldan keçən bir nəfər
bunlara deyir:
-Bomba partlayar.
- Eybi yox, bizdə yenə var.
Çukça Kremlə zəng edir:
- Sizə Baş katib lazımdı?
- Xəstəsən nədi?
- Bəli, xəstə və çox, çox qocayam.
Çukça Moskvada arvadın itirir. Milis idarəsinə gəlib
arvadını tapmaqda ona kömək etməyi xahiş edir. Növbəçi
milis çukçadan arvadının əlamətlərini soruşur.
Çukça: «Əlamət nədi?»
- Bax, məsələn mənim arvadım hündür, gözəldi. Bəs səni
arvadın necədi?
Çukça: «Mənim arvadım qoca, eybəcərdi. Gəl yaxşısı budur
sənin arvadını axtaraq».
Bir çukçanın beş uşağı varmış. Bir gün ondan soruşurlar
ki, sənin birinci uşağının milliyyəti nədir?
Çukça deyir:
-Rus.
-Bəs ikincininki?
-O da rusdu.
-Bəs üçüncününkü?
-O da rusdu.
-Bəs dördüncü?
-O da rusdu.
-Bəs beşinci?
-Çinli.
-Niyə çinli?
-Çukça əbləh deyil ki, dünyada hər beşinci şəxs çinlidir.
|
|
|