Haram
Bəktaşinin biri ramazan ayında şərab içirmiş.
Tutub aparırlar qazının yanına. Qazı onu görəndə qəzəblənir:
-Ay kafir, bu yaşda hələ də bu zəqqumu içirsən? Utanmırsan?
Bilmirsən haramdı?
-Çiyninizdəki ipək qaftan da haramdı.
--Bunun içinə pambıq qatırlar.
Bəktaşi:
-Dünyada dürüst adam qalıb ki? Şəraba da su qatırlar....
Kimin
nəyə ehtiyacı var?
Bəktaşi məsciddə namazdan sonra dua edirmiş:
-Ey ulu Tanrım, mənə bir şərab pulu yetir!
Yanında namazını qurtaran biri də əllərini göyə qaldırıb
deyirmiş:
-Rəbbim, mənə iman ver!
Bunları eşidən xoca bəktaşiyə deyir:
-Bax gör adamlar Allahdan nə istəyir. Utanmırsan, şərab
pulu istəyirsən?
Bəktaşi sakitcə deyir:
-Nə edək, xocam, hər kəs nəyi yoxdusa, onu istəyir.
Eşşəyin
nə düşünür?
Bir bəktaşi ulağına odun yükləyib şəhərə qayıdırmış.
Bu vaxt tacir qiyafəsində iki nəfər rast gəlir. Onlar
bəktaşiyə sataşmaq istəyirlər:
-Deyərsənmi, indi eşşəyin nə düşünür?
-Odun daşımaqdan çox yorulub, qəsəbədə ticarətlə məşğul
olmağı düşünür.
Son
nəfəsini
Bəktaşidən soruşurlar:
-Ərənlər, hansı nəfəsi sevirsən?
-Siqaretin ilk nəfəsini, qaynanamın son nəfəsini.
Sənin
kimi müsəlmanın mənim kimi mələyi olar
Yaramaz bir adam namaz qılanda onu yaxşı tanıyan bir
bəktaşi ordan keçirmiş. Namaz qılan namazın sonunda
salam verəndə bəktaşi “əleyküməssalam” deyir. Kişi acıqlanır:
-Sən hardan çıxdın? Namazımı pozdun.
-Salam verdin, mən də aldım
- Yahu, sənə yox, mələklərə salam verirdim.
-Mən də mələyəm.
-Oğlan, rədd ol, səndən mələk olar?
-Qəzəblənmə, qardaş, sənin kimi müsəlmanın mənim kimi
də mələyi olar.
Şüşəni
atdım
Xoca məsciddə içkinin pisliyindən danışırmış. Bəktaşinin
kefi pozulur və ayağa durur ki, getsin. Bu vaxt qolduğundakı
şüşə düşür və şərab dağılır. Bəktaşi tövrünü pozmadan
deyir:
-Zəhrimarı bax beləcə atdım, sizdə varsa, əsl vaxtıdır,
siz də atın.
Üzüm suyu
Sultan Əbdülməcid bir gün gəzməyə çıxanda böyük üzüm
bağına rast gəlir. Soruşur ki, bu bağlar kimindi? Deyirlər
bir bəktaşinin. Çağırarlar. Sultan soruşur:
-Maşallah böyük bağın var. Üzümünü nə edirsən?
-Müridlərimlə yeyirik, sultanım.
-Bu qədər üzümü yeyib qurtarmaq olar?
-Qalanının suyunu sıxıb küplərə doldurur, sonra içirik.
-Yaxşı, bəs sıxılmış üzüm şəraba çevrilmir?
-Vallah, sultanım, Allah nəyə istəsə, ona da çevrilər.
Biz nə karəyik onun işinə qarışaq?
Vızır-vızır
keçər
Bəktaşiyə Allahın böyüklüyünü anlatmaq istəyirlərmiş.
Deyirlır ki, O istəsə, dəvə iynənin gözündən keçər.
Bəktaşi deyir:
-Əlbəttə!
-Necə əlbəttə?
-İstəyər, iynənin dəliyini böyüdər, istəyər, dəvəni
kiçildər, vızır-vızır keçirər.
Bəktaşinin
duası
Allahım, MAL verdiyin zaman SƏADƏTİMİ,
QÜVVƏT verdiyin zaman AĞLIMI,
İQTİDAR verdiyin zaman BƏSİRƏTİMİ,
BƏLA verdiyin zaman İMANIMI,
NEMƏT verdiyin zaman MƏRDLİYİMİ,
GÖZƏLLİK verdiyin zaman İFFƏTİMİ,
ÇƏTİNLİK verdiyin zaman SƏBRİMİ
alma.....
Bir
az da biz ölək
Bir kişi bəktaşini iftara qonaq çağırır. Masanın üzərındə
nələr yoxmuş! Amma ev yiyəsi bəktaşiyə təklif etmədən
girişir yeməyə. Hər dəfə qaşığını dolduranda da “oh,
öldüm” deyirmiş. Bəktaşi baxır ki, kişi yeməklərin axırına
çıxır, dözməyib deyir: “Qardaş, sən dincəl, qoy bir
az da biz ölək....”
Dərsimi
aldım
Bəktaşi bir gün hamamı təmizləyəndə iyrəndiyindən bir
tarakanı basıb əzir və başını qaldırıb deyir: “Ya Rəbbim,
bu murdar məxluqu niyə yaratdın?”
Çox keçmir, bəktaşinin ənsəsindən yekə bir çiban çıxır.
Nə qədər həkimə gedirsə, heç kəs çarə edə bilmir. Aylarla
əziyyət çəkən bəktaşiyə axırda bir qarı kömək edir.
Qarı deyir ki, çoxlu tarakan tap, onları əz. Suyunu
iç, cecəsini də yarana sürt. Çarəsiz qalan bəktaşi qarının
dediyinə əməl edir və üç gündən sonra yaradan əsər-əlamət
qalmır. Bir müddət sonra bəktaşi gəmi ilə səyahətə çıxıbmış.
Birdən fırtına başlayır. Hamı qorxub dua etməyə başlayır.
Bəktaşi isə süfrə açıb rahatca yemək yeyir. Gəmidəkilər
deyirlər:
-Yahu, yeməyi burax, gəl duaya başla.
-Nə üçün dua edim?
- Dua et, Allah bizi qurtarsın.
-Xeyr, etməyəcəm. Bir dəfə işinə qarışdım, dərsimi verdi...
Dünyanın
təməli
Bəktaşidən soruşurlar:
-Deyirlər, yer öküzün buynuzu üstündədir. Sən nə deyirsən?
-Vallah, onu bilmirəm, amma buna inanan öküzlərin çox
olduğunu bilirəm.
Sən
nə işə yaradın?
Bəktaşi ilə bir hacı ramazan vaxtı içki içdikləri zaman
tutulurlar. Qazı soruşur ki, etdiyiniz işin cəzasının
nə olduğunu bilirsinizmi? Hacı deyir ki, bilmədik, şeytana
uyduk, bağışlayın. Qazı ona edam cəzası verir. Növbə
bəktaşiyə çatır. O deyir ki, mən müsəlman deyiləm. Oruc
mənə fərz deyil. Qazı onu sərbəst buraxır. Bəktaşi qazıya
deyir:
-Qazı əfəndi, mən şəhadət gətirib müsəlman olsam, dostumu
əfv edərsənmi?
Qazı kafiri müsəlman etməyinin ona verəcəyi savabı göz
önünnə gətirib hacını əfv edir. Qazının yanından çıxandan
sonra hacı bəktaşiyə deyir:
-Sən necə adamsan, gah dindar olursan, gah kafir. Səndə
iman yoxdumu? Bəktaşi deyir:
-Kafir olub özümü, müsəlman olub səni ölümdən qurtardım.
Bəs sən nə işə yaradın?
Alt-üst
Bir yığıncaqda əxlaqın pozulmasından söhbət edirlərmiş.
Orda olanlardan biri dərindən ah çəkib deyir: “Belə
getsə, dünya alt-üst olacaq”. Bunu eşidən bəktaşi deyir:
“Nə dərdlənirsən, bəlkə, altı üstündən daha yaxşıdır?”