|
|
Kişi yorğun və
acıqlı halda evə gəlir:
- Arvad, bilirsən, tülkü necə bic heyvandı?
- Yox. Niyə belə düşünürsən?
- Meşədə gedirdim. Bir tülkü gördüm. Tuşlayıb atdım. Yıxıldı.
Götürməyə gedəndə görürəm ki, bizim tuladı...!!!
İki gizirin başının üstündə vertolyot dayanıb. Biri:
- O, niyə dayanıb?
- Yəqin, benzini qurtarıb!
Gizir təzə əsgərlərin önündə çıxış edir:
- Yadda saxlayın: orduda əsas olan intizam, əmək və oxumaqdır.
Sıradan biri deyir:
- Doğrudur! Oxumaq, oxumaq, yenə də oxumaq!
Gizir:
- Bunu kim dedi:
- Klassik.
- Klassik, sıradan çıx. İcazəsiz danışığa görə iki növbədənkənar
naryad!
-Yoldaş
gizir, qatarı saxlayın!
- Qatar, dayan! Bir! İki!
Gizir küçə ilə gedir. Ayağının birində qara, o birində
qəhvəyi çəkmə var. Mayor onu saxlayır:
- Yoldaş gizir, evə gedib ayaqqabılarınızı dəyişin.
- Mümkün deyil, yoldaş mayor, evdəkinin də biri qara,
o biri qəhvəyidir.
Arvad elektrikə zəng edir:
- Dünən xahiş etdim ki, gəl zəngimizi düzəlt!
- Gəlmişdim!
- Səni kim gördü?
- Zəngi basdım, qapını açan olmadı.
Oğlan bərbərxanaya gəlib deyir ki, saçını dibindən qırxsınlar.
Bərbər onun saçını qırxır. Oğlan güzgüyə baxıb deyir:
- Xoşuma gəlmədi, kirpi üslubunda qırx.
Yük maşını küçədə bir qazı basır. Sürücü avtomobili saxlayıb
həyətə girir. Həyətdəki arvada deyir:
- Nənə? bu qazı mən basdım, baxın sizinkidirsə, pulunu
ödəyim.
Arvad qaza baxıb deyir:
- Yox, bala, bizim yastı qazımız yoxdu.
Hindi çöldə əlində motosikl farası tutub ağlayır. Bir
az aralıda əzilmiş motosikl tüstülənir. Ondan soruşurlar:
-Nə olub?
- Dünən iki ağdərili iki kisə qızıl və on atımı alıb mənə
metal at verdi. Yaxşı sürətli atdır, amma bu boyda gözü
olsa da (faranı göstərir) heç nə görmürmüş!
Gecə yarısı. Ingilisin evi. Telefon zəng çalır. Yuxulu
ev yiyəsi telefonu götürür:
- Alo!
- Bu 11-11-dir?
- Yox, 1-1-1-1-dir.
- Əminsiniz ki, 11-11 deyil?
- Tamamilə. Bu, 1-1-1-1-dir!
- Onda bağışlayın ki, gecə yarısı Sizi narahat etdim!
- Bir şey deyil, onsuz da durmalıydım. Telefon zəng çalırdı....
- Diqqət! Moskva –Anadır sürət qatarı ikinci yoldan yola
düşür. Sonuncu stansiyaya gedən sərnişinlər üçün təkrar
edirəm: böyük dəmir maral üçüncü və dördüncü relslə qaçacaq.
- Bu yolla getsəm, vağzalı taparam?
- Sən getdin-getmədin, vağzal ordadı!
-Alo, Bu, Federal Təhlükəsizlik Xidmətidir? Mən Amerika
kəşfiyyatının sənədləri olan portfel tapmışam!
- Bəli, FTX-dir. Mane olmayın, qoyun işləyək. Bura sizin
üçün tapıntı bürosu deyil.
Qonşu qonşunun evinə gedir:
- Qrelkanı verərsən, qarnım ağrıyır.
- Mən qarnım ağrıyanda pişikdən istifadə edirəm. Onu sənə
verə bilərəm.
- Ver!.
Səhəri gün:
- Sənin pişiyin dəlidir. Qucağıma alanda normal idi, amma
ağzına qaynar su tökəndə bir vəhşiləşdi ki, gəl görəsən!
|
|
|