|
|
Brejnev növbəti medalı alandan sonra deyir:
- Yoldaşlar, bəzən deyirlər ki, mən bütün medalları qəbul
edirəm, heç vaxt onlardan imtina etmirəm. Elə deyil. Məsələn,
bu yaxınlarda Mavritaniyanın yüksək mükafatı olan buruna
qızıl sırğanın taxılmasından imtina etmişəm!
Brejnev
Roma papasından soruşur:
- Niyə insanlar katolik cənnətinə inanır, ancaq kommunizm
cənnətinə inanmaq istəmirlər?
- Çünki biz öz cənnətimizi göstərmirik!
Karl Marks SSRİ radiosu ilə çıxış etmək istəyir. Ancaq
Brejnev icazə vermir:
- Sən kommunizmin banisi olsan da, belə məsələlər barədə
təkbaşına qərar verə bilməzəm.
- Mən ancaq bir kəlmə deyəcəm.
Brejnev bir kəlməni deməyə icazə verir.
Marks mikrofona yaxınlaşıb qışqırırır:
- Bütün ölkələrin proletariləri, məni bağışlayın!
SSRİ-yə
gələn Nikson Brejnevdən fəhlələrin niyə tətil etmədiklərini
soruşur. Cavab əvəzinə Brejnev Niksonu zavoda aparır:
- Sabahdan maaşınız azaldılacaq! (alqışlar) İş vaxtınız
uzadılacaq! (alqışlar). Hər on nəfərdən biri asılacaq!
(alqışlar. Sual: “İpi özümüz gətirək, ya həmkarlar ittifaqı
verəcək?”)
Moskva kinofestivalından sonra Kremldəki banketdə Bricit
Bardo Brejnevə deyir:
- Niyə sərhədi bütün getmək istəyənlər üçün açmırsız?
Brejnev ona barmağını yelləyib deyir:
- Mənimlə təklikdə qalmaq istəyirsən?
Telefon zəngi. Brejnev dəstəyi qaldırır:
- Hörmətli Leonid İliç eşidir!
Brejnev meşədə azır. Rastına balaca oğlan çıxır.
- Adın nədi?
- Petya.
- Petya, məni meşədən çıxar, sənə mükafat verəcəm.
- Atamla məsləhətləşməliyəm.
- Atan kimdi?
- Meşəbəyi.
- Nəyə lazımdı məsləhət? Məni burdan çıxar, səni SSRİ
qəhrəmanı adını verəcəm.
- Yox, gedim atamdan soruşum.
Gedib soruşub gəlir:
- Yox, mən Sizi burdan çıxarmayacam. Öləndən sonra Sovet
İttifaqı qəhrəmanı adını neynirəm?
- Niyə ölümündən sonra?
- Atam dedi: çıxarsan, öldürəcəm.
Brejnev çıxışa başlayır (kağızdan):
- Yoldaş sionistlər!
Zalda çaşqınlıq yaranır. Brejnev yenidən kağıza baxıb
oxuyur.
- Yoldaşlar! Soinistlər deyir ki…
Brejnev nəvəsi ilə mavzoleyə gəlir. Nəvəsi soruşur:
- Baba, sən öləndən sonra burda yaşayacaqsan?
- Əlbəttə burda.
Bu dəm Lenin yerindən qalxıb deyir:
- Bura sizinçün yataqxanadı?!
Ayda bir dəfə Brejnevin şəxsi bərbəri onun saçını qırxır.
Hər dəfə də söhbəti Polşadan salır. Bir dəfə Brejnev onun
niyə məhz Polşa barədə soruşması ilə maraqlanır. Bərbər:
- Belə olanda saçınızı rahat qırxıram. Polşa barədə danışanda
saçlarınız biz-biz durur.
Brejnevin qardaş ölkələrdən birinə səfəri münasibətilə
topdan atəş açılır. İkinci atəşdən sonra qoca arvad milisdən
niyə top atdıqlarını soruşur. Milis deyir:
- Brejnev gəlib.
- Birinci dəfədən vura bilmədilər?
Brejnev aeroportda ABŞ siyasətçilərindən biri ilə vidalaşır.
Bir neçə dəfə qucaqlaşır, öpüşürlər. Nəhayət, amerikalı
siyasətçi təyyarəyə minib gedir. Brejnev ağlamağa başlayır.
Suslov ona yaxınlaşıb deyir:
- Bəsdirin, Leonid İliç. Axı siyasətçi kimi onun əhəmiyyəti
elə də böyük deyil.
- Siyasətçi kimi əhəmiyyəti yoxdur. Ancaq necə öpür!
Brejnev
balkonda dayanıb. Yaxınlıqdan Karlson uçur. Brejnev soruşur:
- Yadınızdan çıxmışam? Mən Karlsonam.
- Həəəə. Yadımdasan. Sənin həmkarın Engelson da yadımdadır.
|
|
|