Axmaq suallar üzrə mütəxəssis
Yaxud yeni uçmaq üsulu


Uzaq keçmişdə, yazıları kefçün yazdığım, qonorara heç tüpürmək belə istəmədiyim və özümü jurnalist kimi apardığım vaxtlarımda necə oldusa tanışlardan biri özünü «cari məsələlər üzrə müdir müavini» kimi təqdim elədi. Paxıllığımdan nəfəsim kəsildi. Bəxtəvərin balası, gör bir özünə necə iş tapıb. Onun sahəsi üzrə bir köpəkoğlu özünü mütəxəssis adlanıb burnunu işinə soxa bilməz. Ömrümün ən gözəl sayılacaq 16 ilini musiqinin incəliklərini öyrənib musiqişünas rütbəsini qazanmışam. Amma gündə biri televizora çıxıb qəssab, yaxud deputat olmasından asılı olmayaraq özünü «musiqişünas» adlandırır. Ona görə də mənim ümumi məsələlər üzrə müdir müavininə apardığım həsəd hissini anlayarsız. Həsəd gözəl hissmiş, ona görə də həmən dəqiqə beynimdə mənim tutmağı arzuladığım vəzifənin konturları çəkilməyə başladı. Bu işi təxminən belə adlandırmaq olardı: «axmaq suallar üzrə müdir köməkçisi». Öz aramızdı belə şöbədə o qədər iş olardı ki, bəlkə də başımı qaşımağa macal tapmazdım.
Məsələn, necə vaxtdı məni bir, çox guman ki, axmaq sual narahat eləyir: «Yer üzündə kimə yaşamaq rahatdı?». İndiki zəmanədə lap dağın başında yaşayanlar da ekologiya və bizim onunla pis rəftarımız haqqında hər şeyi bilir. Zavodlar tikmişik, onlar torpağı da suyu da çirkləndirir. Avtomobillər suruylə gəzir. Özümüz artıb-törəyib hər yeri tutmuşuq. Zəhəri torpağı basdırırıq. Yeyib-içdiyimiz zəhəri hazırlamaqçün təbiətin təmiz məzsulunu zay eləyir, əvəzinə çirklisini ona qaytarırırq. Kimyavi proseslərin gen mühəndisliyilə müştərək yaratdıqlarını yeyirik. Amma elə ölkələr var ki, heç bir sənayesi yoxdu. Yeməyə əlavələr və vitaminlər haqqında heç eşitməyiblər də. Ana torpaq nə yetişdirdi onu da yeyirlər. Bizim tərəfdən oralara boylananda ora cənnət kimi görünür. Bax bircə onu anlaya bilmirəm ki, sənayenin at nədi, kentavr minib çapdığı bir ölkədə, gündüz çağı yol polisinin əleyhqazda küçədə dayandığı torpaqlarda niyə orta həyat yaşı 80 ildi. Belə həyatdan hamı dixlofos səpilmiş otaqda milçəklərin qırıldığı kimi çoxdan ölməliydi. Amma gül kimi, cənnət məkanı, ekoloji təmiz Qvineye-Bisauda insanlar qırxı keçən kimi ağsaqqal adlanır. Çünki bu yaşa hər adam salamat qalmır. Ekologiyadan əziyyət çəkən avropalının hər min nəfərinə 10-dan az, Qvineyedə isə 120 dən artıq uşaq həlak olur? İndi bu, ilk baxışdan bəlkə də axmaq görünən suala cavab tapmağa kişi gəzirəm. Tapdısa, gəlsin mənim şöbəmin müdiri olsun, razıyam.
Zarafat bir yana, əlbəttə ki, bütün bunlar elmin, tibbin, sosial təminatın inkişafından asılıdır. Balanslaşdırılmış yemək və s. insan kəşflərindən. Amma bütün bunlara pul, imkan lazımdı. Bəs bunu hardan götürək? Sənaye və kənd təsəvvüfatı inkişaf eləməsə pul hardan gələr ki? (Suallar adama macal verir ki, köşəni ağıllı tonda bitirim!?). Bu məsəllər üzərində baş sındıran ekoloqları iki kateqoriyaya ayırırlar: ağlı-başı üstündə olanlar və əksinə. Onlardan birinciləri bir ağızdan deyir ki, dövlət güclənməli, inrsanların rifahı artmalıdı. Əsas problem proses zamanı təbiətə zərəri az vurmaqdı. O biriləri (lap axmaq suallar şöbəsinə yarayan işçilərdi, vallah) deyir: neft çıxarmaq olmaz, ziyandı. Ağac kəsmək barbarlıqdı, kağız düzəltmək, üstəlik metal əritmək az qala cinayətdi. Bir sözlə həyat dayanmalı, bütün proseslər geriyə getməlidi. Yaxşı, bir mənə deyin görüm biz neft çıxarmasaq və heç nə istehsal eləməsək təmizləyici qurğuları nəyin hesabına tikməliyik? Ola bilər kimsə indi «Qubanın ağ alması» oxumaq istəyər, Göyçayın narını, bəlkə bir Abşeronun əncir üzümünü xatırlar. Çöllərdən biyan kökü yığarıq, (spazmanı, hirs-hikkəni yaxşı götürür), yeri gəlsə ot ələf yığıb dolanarıq. Onda əhalinin maaş və pensiyaları barədə xalq mahnı və əfsanələr yaranar, bunlar da dildən-dilə şifahi tərzdə ötürülər. Təsəvvür eləyin, oxumağa o qədər yeni xalq havası olacaq ki!
Ona görə də «axmaq suallar üzrə müdir müavini» vəzifəsinə iddialı bir şəxs kimi deyirəm: ekologiya məsələsini nefti olmayan ölkələr atıb ortaya. Hamısı da paxıllıqdandı. Beynimizi korlayırlar ki, guya neft pisdi, sənaye pisdi, tikinti ziyandı, çox yemək olmaz və s. axmaq iddialar. Fikir vermisiz, son vaxtlar sufiliyə maraq artıb. Niyə? Onlara sərf eləyir ki, biz hər şeydən imtina eləyib dərviş olub çöllərə düşək. Muğam dinləyib ayağımız yerdən üzülsün. Amma sınanmış üsuldu. Mən bu günlərdə Alimin «Çahargah»ını marşrutda dinləyərkən o qədər «uçdum» ki, düşəndə pulun qalığına heç gözümün ucuyla da baxmadım. Hamı beləcə uçsa neftimiz də onlara qalacaq. Onlar zəhərdən boğula-boğula inkişaf edəcək, bizsə muğamla, floklorla «uçacağıq»…

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?