Bakıya laylay!
Laylay, bakıcığazım, laylay! Laylay dedim yatasan, gül-çiçəyə batasan…
Əzizim, şəhərciyəzim, niyə yata bilmirsən? Səni narahat edən nədi, yeganəm?
Bir tanəm, bir gözünü yumsana, rahatlansana. Belə getsə gec böyüyərsən,
cılız, xəstə olarsan, gözümün işığı, böyüyən şəhərim, paytaxtım mənim!
İstəyirsən, sənə bir mahnı oxuyum? Hə, yerini rahatla: «Bakı gözəl şəhər, mehriban diyar…» Bir bax, üzü necə işıqlandı? Ürəyinə yağ kimi yayıldı, eləmi? «Sən şəhərlər gözəlisən Bakı, ey cavan Bakı, mehriban Bakı»… Hələ bezməmisən bu havalardan? «Qara qanın qaranlığa işıq saçır, ağ günlərə gələcə yol açır…» Bilirəm, belə mahnıların ağuşunda yatmağı sevirsən: «Qucağında Xəzərin yatıb dincələn Bakı, qarı çiskin yağışı, əyri köndələn Bakı»…
Yenə də gözünə yuxu getmir. Bıy başıma xeyir, pampersin su bıraxır ki?.. Su içində necə yatasan, qadası? Kanalizasiyalar dolub, çirkab sular küçələrinlə axır, lehmə də ki, dizəcən. Yazıq şəhərim, adamın artıb, pampersinin çəkisi ki, artmayıb. Vallah bu axmaq pampersdən çıxmağın vaxtıdı! Bahaçılıqdı, axı. Sənin ölçün də çətin tapılandı… Tarixdən keçmişəm ki, qədim şəhərlərin şəhər adlandırılmasıyçün onun kanalizasiya sisteminə baxırlarmış. Kanalizasiyası oldusa şəhərdi, yoxdusa hələ də kənddi. Sən böyük kənd adlandırılmaqdan qorxmursan, şəhərim? Əlbəttə, düzəldəcəklər, söz veriblər…
Bəlkə acımısan? Yarıac yuxuya getmək çətin olur, bilirəm. İkimilyonluq şəhərim, artıb üç milyonu da keçmisən. Bu boyda camaatı dolanışığıqla, bəlaları, bu günü və sabahıyla, niyyət və arzularıyla birgə udmusan, hələ də doymamısan, balaca? Qorxuram, bütün Azərbaycanı həzmdən keçirərsən, yenə də gözün doymaz. Bir kiri, dincini al, bəsdi daha!.. Qabaqlar bura gələn sənə uyğunlaşırdı, indi gələnlər səni uyğunlaşdırır. Əlbəttə, çətindi! Keçmiş missionerlərin, milyonçuların ləzzətlə tikdirdiyi şəhəri gəlmələrin zövqünə uyğun dəyişdirirlərsə neynəyə bilərik, balaca. Böyümək lazmdı, böyümək!
Bəlkə qarnın ağrayır? Körpələrin balası səni də rahat qoymur, yəqin. Qazdan boğulan da bizik, sənə nə var ki? Bu balaca bircə tez böyüsəydi, iydən beynimiz çatladı ki! Hələ ağlı kəsmir… Eşitmisən, deyirlər bir azdan iydən şəhərin mərkəzində gəzmək olmayacaq.
Bəlkə toxluq eləmisən? İndi nəfəsini də dərə bilmirsən. Tıxaclardan dərman tapsaydıq verərdik, rahatlanardın. Ümid dolu baxışlarını körpülərdən çək, şəhərim! Nə qədər ki, böyüməmisən, küçələrin rahat və enli olmayıb tıxaclar olacaq, səni də, bizi də yaşamağa qoymayacaq.
Bax qabaqda yeni il gəlir. Səni yenə də bəzəyəcəklər. Bilirəm, sən də bunu çox sevirsən. Rəngbərəng şarlar, parlaq oyuncaqlar, Şaxta Baba və çoxlu sevinən insanlar görəcəksən. Düzdü, həmişə belə olmur. Onda yəqin küçələrini də çüpürəcəklər. Bayramdan sonrakı zil-zibili də küləklər süpürəcək, fikir eləmə. Yaxşıca əylənəik, elə?
Yenə də ağladın, niyə bakıcığazım? Deyirsən, səni sevmirik. Heç belə şəhəri sevməmək olar, nə danışırsan? O da düzdü, Bakı haqqında mahnını deyəsən axırıncı dəfə Tofiq Quliyev yazıb. Bu o demək deyil ki, səni sevən yoxdu. Tofiq Quliyevdən yaxşı yazan tapılmır, Bakım, utanırlar pis yazmağa. Küçələrdə danışılanlar sənin də qulağına çatıb? Mən də eşitmişəm, sənə çirkli, balaca və səs-küylü şəhər deyirlər. Bura ayaq basan gününü qarğıyanlar, burdan getməyi arzulayanlar da çoxdu. Nolar, qoy getsinlər gəldikləri yerə, qoy getsinlər görmədikləri ölkələrə. Biz səninlə burda qalarıq. Böyüyərik, sonra onlara acıq da verərik.
«Novostroykalardan» qorxma, bir azdan tikməyə yer tapmayanda dayanacaqlar. Yeniyetmə vaxtında insanlar da yaman eybəcərləşir. Bax ha, cığallıq eləyib zəlzələdən zaddan bir şey qopardarsan, batarıq. Fikrin köhnə binalara getməsin, onlar bünövrə üstündə dayanıb. Təzə tikilənlərsə cammatın duaları üstündə durub, bönövrəyə arxayın olma.
Hə, digəl başını qoy Xəzərin sahilinə. Bax belə!.. Biz səni olduğun kimi sevirik, paytaxtım. Hər şey düzələcək, yoluna düşəcək. Sən böyüməyində ol. Mənsə sənə laylay oxuyum, şəhərim…
Laylay dedim yatasan,
Qızılgülə batasan,
Gül-çiçəyin içindən
Təmizliyə çıxasan!