Gülnarə Rəfiq (Manafova Gülnarə Rafiq qızı) 
            1970-ci ilin mayın 10-da Bakıda doğulub. Orta təhsilini Bülbül adına 
            orta musiqi məktəbində alıb. 1993-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının 
            tarix-nəzəriyyə fakultəsini əla qiymətlərlə bitirib. Musiqişünas kimi 
            Cavanşir Quliyevin bioqrafı kimi çalışıb. Bəstəkarın nəşr edilmiş 
            bütün notlarının və disklərnin musiqi redaktorudur. Hazırda 13 saylı 
            musiqi məktəbində solfecio və musiqi ədəbiyyatından dərs deyir.
            1995-ci ildən bəri dövrü mətbuatda mütəmadi olaraq yazıları dərc edilir. 
            «Çağ», «Ekspress», «Xalq cəbhəsi», «Avropa» qəzetlərində çalışıb. 
            «Qobustan», «Ulduz», «Miracle» jurnallarında yazıları dərc edilib. 
            Hazırda «Bizim yol» və «Odlar yurdu» qəzetləri ilə əməkdaşlıq edir. 
            
            Ailəlidir. 2 oğlu və gələcəyə çoxlu planları var.