Yaradıcılıq Gül ki, güləsən Qalereya Musiqili səhifə Bir baş kabinetə!..

Xəzərin həmmüəllifliyilə yaranan əsərlər

Mən Xəzərin sahilində rəng seriallarına baxa-baxa böyümüşəm. Burda da Argentina, Braziliyi serialları kimi hər gün eyni süjet göstərilir. Günəş hər gün eyni yerdən doğur, aləmi qızılı-sarı işığa bürüyub sonra mavi dənizin sularında batır. Amma bu serialdan doymursan, çünki axtarsan da dünənki mavidən bu gün olmur. Sırağagünün füruzeyi sularını bir də ancaq yuxularında görə bilərsən. Bir də ki, bəlkə Yaradan imkan versə, yəni özünü ifadə eləməyə qabliyyətin olsa həmin rəngi əsərlərinə köçürə bilərsən. Bax, yaşa, yarat…

Məncə Xəzər insanları çox sevir. Fikir vermisizsə, ləpədöyəndə dayananda dalğaların ayaqlarını sığallamasına başın qarışan vaxt bir də görürsən ki, topuğacan quma batmısan. Sular ayağının altını aparıb səni dənizə çəkmək istəyir. Sahilə bir şey qoymağa bəndsən, görürsən Xəzər onu çırpışdırıb aparıb. Bu yayda belədir. Qışda Xəzər bütün yayı çırpışdırdıqlarının hamısını sahilə qaytarır. Xəzərin fərdi sərgisini görməkçün sahilə yazda gəlmək lazımdı. Hələ sahil insanlardan azad olan vaxtlarda soyuq aylarda hirsini tokərək bütün içindəikləri bayıra tullayır Xəzər. Sahildə keçənilki qamış kötükləri, ağac qırıqları, budaqlar sahilə sərilib. Amma hamısı artıq yonulmuş, cilalanmış, qumla ağararacan sürtülmüş, yeni simada, yeni görkəmdə. Bundan sonra kim deyər ki, Xəzər rəssam, hekəltaraş deyil?

İlk dəfə Xəzərin rəssamlığını mən kəşf eləməmişəm. Onu da bilirəm ki, ürəyini rənglə boşaltmaq istəyən təcrübəsizlərin hamısı dənizimizin köməyindən yararlanır. Sahildə topladıqlarını əvvəl quraşdırıb sonra gördüyün günəş-dəniz rənglərində boyayırsan. Çox yazşı alınır. Ona görə də soruşanda deyirəm ki, mən Xəzər məktəbi keçmişəm. Xəzər susur, amma mən bunu deməyə bilmərəm. Sahildə topladığım «taxta-tuxta»nın müəllifi əslində mən deyiləm ki… Mən sadəcə onları rəngləmişəm.

Zaman keçdikcə bölüşmək ehtiyacı əmələ gəlir. Taxtanın, daşın, parçanın dilini biləndən sonra o qədər maraqlı şeylər öyrənirsən ki. Amma onları adam dilinə çevirməkçün bir az çalışmalı olursan. Bir qədər rəng, lak, bəzi məqamları cilalamaq, bəzilərini isə qabartmaq lazım gəlir. Neynək, insan dilinə tərcümə eləmək o qədər də asan iş deyil. Axırda bölüşmək anı ən çətin məqam olur, çünki insanlar gördüklərini anlamaq istəmir, ya da ürəyinin səsini eşitmir. Ona görə də ilk əvvəl «Burda nə təsvir etmək istəmisiz?», yaxud «Bununla nə demək istəyirsiz?» soruşurlar. Belə vaxtlarda sözlər hissləri ifadə eləməkdə aciz qalır. Ona görə də baxın, heç nə soruşmayın və mənim duyduğum ləzzətdən sizə də pay düşsün. Onsuz da ləzzətin ən böyük payı mənə düşüb. Hansı duyğuları hiss eləsəz həqiqət də elə budur. Duyğuları sözə çevirməyə məhkum deyilik ki….

>>>Davamı<<<

Latest Works

.....

Bu, dünyaya bir baxışdı, çərçivələri yırtıb öz çərçivəsini qurmaq cəhdidi. Çərçivəsiz dünyaya xoş gəlmisiz…
Buyurun...

Bu yaşacan yetişdirdiyim, bəslədiyim bitkilər o dünyada qarşıma çıxsa elə bilərəm ki, cənnətdəyəm..
Buyurun...

Bütün gördüklərini yaziya, fotoya almağa, rəsmdə əks etdirməyə insan ömrü çox azdı.
Buyurun...