Pornoqrafiya parlamenti səfərbər edir
Erotika ilə pornoqrafiyanı ayıra bilənlər oxumasa da olar


Ürəyinizi sıxmayın, söhbət bizim parlamentdən getmir. Amma bu o demək deyil ki, söhbətin bizə heç dəxli yoxdur. Ukrayna deputatları nəhayət ki, özləri üçün pornoqrafiyanın nə olduğunu müəyyənləşdirib razılığa gəliblər və «Əxlaq haqqında» yeni qanun layihəsini lap təzəlikcə qəbul ediblər. Bu qanun nəyin pornoqrafiya, nəyin isə erotika olduğunu müəyyən edir. Normal adamlar bunu anlamaz!
Bu da yəqin bir həyat tərzidi. Oturursan qət-təzə kreslonda. Onun dövlətə, millətə neçəyə başa gəlməsi barədə fikirləri yaxına buraxmırsan və ölkə səviyyəsində vacib saydığın bir problemin həlliylə məşğul olursan. Məsələn, xalq nəhayət ki, bilməlidi porno nədir və erotikadan nəylə fərqlənir! Yəqin müzakirələr zamanı ehtimal etmək olar ki, «Nə vaxta qədər nadan olacağıq və adi şeylərdən baş çıxarmayacağıq!» kimi şüarlar da səslənərək arabir sürəkli alqışlarla müşayiət edilirmiş. Görək qanunda nə deyilir: «Cinsi aktın vulqar naturalistik, abırsız, həyasız şəkildə təsviri, qenitliyaların nümayiş edilməsi, cəmiyyətin əxlaq meyarlarına uyğun gəlməyərək şəxsiyyətin namus və ləyaqətini təhqir edən, başqa həyat məqamlarıyla məna bağlılığı olmayan səhnələrə pornoqrafiya deyilir». İndi adamın lap soruşmağı gəlir: adıçəkilən səhnələrin etik təsviri necə ola bilər? Yaxud cinsi aktın hansı səhnələri cəmiyyətin əxlaq meyarlarına uyğun gəlir, hansılar isə gəlmir?
Pornoqrafiya üstüörtülü məsələdirsə görək qanunun işaqlı tərəfi, yəni erotika nə olan şeydi: «İnsan bədəninin ictimai nümayişi, seksuallığı təsvir edən səhnə hərəkətləri, insan hisslərinin, emosional həyəcanlarının davamı kimi gösələrilərsə» onda erotika sayılır. Ona görə də «antietik cinsi akt səhnələrinin» (yəni pornoqrafiyanın) niyə «insan hisslərinin dərin emosional təlatümlərinin təsdiqi» (yəni erotika) olmadığını bilən və deyən yoxdu. Bizdən uzaq, başqa ölkənin parlamentində axmaq məsələnin müzakirəsi, qanuna salınması o qədər məsum, gülməli, hətta maraqlı gəlir ki. Özü də deyirlər ki, qanunla işləyən komissiyanı bir neçə ay əvvəl buraxmaq istəyirmişlər, amma əl saxlayıblar. Çünki lap əxlaq məsələlərində olsa da cəza tədbirləri dövlətin həmişə karına gələ bilər. Pornoqrafiya barədə qanun Ukrayna parlamentində sol və sağ qüvvələri birləşdirə bilib. İndi bu qanuna görə saat 23.00-dan əvvəl söyüş söymək olmaz. Adamın yenə də soruşmağı gəlir: Görəsən qadağaya reaksiya kimi söyüşcüllər dəstəsi əmələ gələcək, ya yox? Görəsən cündüz söyənlər gecə rejiminə keçə biləcəkmi?
Qanunun qəbulundan sonra mobil operator və provayderlər üçün göstərişləri əks edən məqalələr çap edilib. Onlar indi ictimai əxlaqı poza bilən materialları piştaxta altından satsalar basıb gözlərini çıxaracaqlar. Sosial reklama da pul ayrıldı, uşaqları valideyn nəzarətində saxlayan proqram təminatları da yayılmağa başladı. İndi uşağın ağzı nədi valideyn evdə olmayanda İnternetdə nəyəsə baxa bilsin. Bayaqdan adı çəkilən qanunun ən pik nöqtəsi o olacaq ki, vahid informasiya sistemi yaradılacaq və ictimai əxlaq barədə məlumatlar ora yerləşdiriləcək. Bir növ ictimai əxlaq üçün hidrometiomərkəz kimi. Telekanallarda efirə getməzdən əvvəl uşaqları ekran qarşısından yığışdırmağı məsləhət biləcəklər, 12 yaşından sekslə məşğul olan uşaqlara bakirəlik, təmiz həyat barədə məruzələr deyəcəklər.
Komissiyanın üzvü fotoqraf Viktor Maruşenko xüsusi olaraq qeyd etdi ki, ölkədə əxlaq üzrə ekspertiza yoxdur (Dəhşət!). Dövlətin əxlaq məsələlərini nəzarətə götürməkdə marağı olmağında şübhələri olan hər kəs nümunə kimi Qərb ölkələrini göstərir. Daniyada porno məhsullara qadağa keçən əsrin 60-cı illərindən götürülüb. Seksal inqilabın astanasında dayanıb qorxudan gözlərimizi qapamış bizlər üçün bu, alovun içindən keçmək kimi qorxulu görünür. Axı hələ ki, pornoqrafiya və erotikanın sərhəddini dəqiq cıza bilən tapılmayıb. Qərb buxovları açıb azadlıqlar verdiyi və bunun xeyrini gördüyü zaman keçmiş sovet respubliaları yəqin ki, çaşqınlqdan hər şeya balbadal qadağa etməyi lazım bilir.
Qəribədi, onlar, yəni ukraynalı deputatlar dövlətin pulunu hara xərcləyəcəklərini hələ də yaxşı bilmirlər?! İnana bilmirəm, gəlib bizimkilərdən niyə öyrənmirlər axı? Şəxsən mənimçün bizim partamentdəki hər çıxış, lap istər təhsil haqqında qanunun müzakirəsi də pornoqrafiya kimi görünür. Baxırsan ki , yəqin bu, elə belə də olmalıdır, amma iyrənc görünür.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?