Havayı həyat
Yaxud layfxakinq əvəzində quruca sağol


Deyirlər, «Pulsuz pendir yalnız siçan tələsində olar». Yəni ki, biz hər tikəmizi zəhmətlə, qan-tərlə qazanıb yeyə bilərik. Ona görə də kimsə havayı nəyisə təklif edirsə deməli məkrli məqsədi var. Bizi də zavallı siçan kimi tutub (Ardını siz özünüz də fantaziya edə bilrsiz) … Öz aramızdı, hamı havayı pendiri elə sevir ki…
Biz sovet dönəmində yaşadığımız zamanlar hamıya havayı «pendir» verərdilər. O vaxtlar ipetoka yox idi, amma mənzil növbəsi vardı. Cavanlığında yazılsaydın uşaqların evlənənədək sənə bir ev verəcəkdilər. Zəhərli kimyəvi maddələrlə işləyənlərə havayı süd verirdilər. Uşaqlar da havayı oxuyurdu. Deyək ki, bu havayı savad indinin pulla alınan (həm rüşvətlə, həm də pullu təhsildə oxuyanın təhsil xərci çox çıxır) bilikdən yüz dəfə artıq idi.
Hər il məcburi (az qala gündəlik) və ənənəvi (məsələn, Novruz bayramı qabağı) yır-yığış zamanı evdən bir-iki torba lazımsız paltar və əşyalar çıxarırıq. Ucuzlu Çin malı geyinənin paltarı heç əskiyə də yaramır deyən onu tullayır. Bir balaca abırlı geyim almaq adəti olanlar artıq gözdən düşmüş paltarları bir torbaya yığıb ya kiməsə verir, ya da kiməsə lazım olacağı ümidiylə zibillikdən bir balaca aralı qoyur ki, götürsünlər. O zaman kimsənin ağlına gəlmir ki, onları nəyəsə dəyişdirmək olar. Bizi elə əzəldən belə tərbiyə ediblər, «Allah yetirər» deyib ardını yaşayırıq. Düzün desək elə yetirir də. Amma öz köhnəsinin əvəzində başqa, amma artıq sahibinə lazım olmayan əşyanı əldə etməyi bacaranlar da var. Kəm-köhnə və lazımsız əşyaların barteriylə məşğul olan onlarla sayt var. Rusiya məkanında yaşasaydıq biz də bu al-verə qoşulardıq və bəlkə də israfçılığımızın xeyrini görərdik. Bu saytlarda dəyişdirilən və təmənnasız bağışlanan əşyalar siyahısını görəndə həyatımızı puç əşyalara sərf etdiyimiz barədə fikirlər adamı uzun müddət rahat buraxmır. Bu tip saytların hər gün 95 min istifadəçisi olur və yüzlərlə əşya yeni sahiblərini tapır. Kibrit qutusundan və yaddaşımda ilk saqqız obrazını zəbt etmiş «Bubl-qum» kağızından tutmuş köhnə kompüter, divan və kitab rəfi (deyək ki, Zaman kitab rəflərinə qarşı xüsusilə amansızdı), antikvara qədər sahibinə artıq qiymətli olmayan hər nemət bir «sağol»a dəyişdirilir. Görürsən ki, kimsə hallusinasiya yaradan göbələklər təklif edir, kimsə Qodzilla paltarı. Bəzən alman istehsalı olan əla Mülbax royalı da sahibini bezdirir. Minaaxtaran da verən var, sınıq rels tikəsi də.
Dəyiş-düyüş məsələsində kanadalı Maykl Makdonaldsın adı indiyədək dillərdə əzbərdi. Düz 6 il əvvəl işsiz qalmış Makdonalds dəftərxana sancağını villaya dəyişmək qərarını verdi. Hamı onu «səfeh» adlandırdı. Onun dəyişdirilmə məqsədilə yaratıdığı saytı ələ salıb gülənlər də çox oldu. Cavabında Makdonalds sadəcə gülümsədi. Az sonra qırmızı rəngli sancaq balıq şəkilli qapı dəstəyi sahibinin əlinə keçdi. Həmin bu dəstək gülən sifətə dəyişdirildi. Sonra manqala, elektrik generatoruna, bir çəllək pivəyə, qarda gəzən maşina… Bu siahını tam vermək fikrim yoxdu. Amma deməliyəm ki, bir ildən sonra Makdonalds soyadlı «səfeh» ikimərtəbəli evində qanuni şəkildə yaşayırdı. Bu uğur rekord olaraq qalır və hələ ki, kimsə sancağı Transilvniyadakı qəsrə, ya da adaya dəyişdirə bilməyib.
Düzün desəm «İnsanın aurasını görməyi öyrədirəm» elanına o qədər də etibar etmirəm. Maraqlıdı, görəsən əvəzində solfecio dərsləri almaq istəməzmi? O mənə insan rənglərini mən də ona notu öyrədərdim. Ya da qəribə musiqi bəstələmək təklifinə bizim boşbaz bəstəkarlarımız qoşulardımı? Əlbəttə, rəngkarlıq və musiqi dərsləri dünyada ən bahalı dərslərdəndi. Amma bizdə bunun bir qəpiklik qiyməti yoxdu ki, onu yəqin heç barter üsuliylə da dəyişdirmək mümkün olmaz.
İndi görək bizim satası, dəyişdirəsi və sadəcə hədiyyə verəsi nəyimiz var? Yaxud cibinizdə siçanlar tanqo oynayan zamanı hara gedə bilrsiz və vaxtınızı necə öldürərsiz? Kitabxanalarımız hələ ki, havayıdı. Düzdü onlar indi gündüz çıraqla gəzəsi qədərdi, amma hələ ki, var. Mənasız və lazımsız mövzularda məruzələr tam havayıdı. (Eyni dərəcədə lazımsız və mənasız mətbuat konfranslarını siyahıya salmıram. Çünki orda su, blaknot, qələm və bəzən də yemək verirlər). Sərgilərimizə giriş azaddır. Tablolar neçə illərdir ki, tamaşaçısını gözləyə-gözləyə qalıb. Kosmetika dükanlarının qarşısında paylanan ətirli zolaqlar havayıdı. Çox bahalı mağazaların içindəki super təmirli tualetlər də havayıdı. Ordakı duru sabundan və əl qurudandan ürəyin dolu istifadə edə bilərsən. Bir də ki, bizdə məsləhət su qiymətinədi. Düz demədim, lap havayıdı. Burda sənə məsləhəti istəməsən də verirlər. Çox irəliləmişlər «Bir baş yaxşıdı, iki ondan da yaxşı» deyib kollektiv şüurun dağları da yerindn qoparması barədə havayı məruzə deyə bilərlər. Bunun qəribə bir adı da var: layfxakinq. Hərfi tərcümədə həyatı sındıranlar deməkdi (layf həyat, xakinq (xaker sözündən) sındırmaqdı). «Çoxdanışana onun baxdığı serial zamanı zəng elə. Söhbət uzağı 5 dəqiqə çəkəcək» məsləhətini adama havayı verərlər də. Ya da «Çantanı baqaja verməmişdən əvvəl şəklini çək. Şəkillə daha tez taparlar» məsləşətinni əvəzində nə almaq olar ki? Həyat həqiqətlərini havayı şəkildə sosial şəbəkələrdə paylaşanlar yəqin hələ bilmir ki, bunun əvəzində nəsə almaq da olar. Bəzən buna heç quru çoxsağol da demirlər. Sosial şəbəkə demiş, unutmayın ki, havayı pendir yalnız siçan tələsində olur. Yerdə qalanın hamısının haqqını artıqlamasıyla veririk.



 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?