Sözün qısası


Əgər deməyə sözün varsa onu iki kəlməyə yerləşdirəcəksən, yoxsa qısa bir intonasiyaya, fərqi yoxdu. Söz dilə gəlibsə onu demək lazımdı. Ya da ki, heç olmasa yazmaq. Sözünü səsləndir, yoxsa yaz, bu da önəmli deyil. Qələmdirsə ucu iti olsun, kompüterdisə klaviatura salamat olsun.
Deyirlər ki, Britaniya məktəblərində elektron gündəliklərə keçmək istəyirlər. Çünki uşaqlar bicləşib, hansı qələmlə yazırsansa, yaz, onu silib öz bildiklərini yazmağı hətta ibtidai sinif şagirdləri də öyrənib arıtq. Hərdən adam maraqdan qovrulur, görəsən ilk dəfə insanı əlinə qələm götürməyə nə məcbur eləyib axı? Yəqin ki, ilk qələm ocaqda yanıb qaralmış çubuq olub. İbtidai insan daş-davarı, əllərini qaraya boyamaq kaprizindən minilliklərdir ki, əl çəkə bilmir. Sonralar gil icad ediləndə ucu biz çubuqla gil üzərində nə istəsən yaza bilərdin. Yaş gil üzərində mixi yazılar qədim Assuriyada istifadə edilirdi. Sonra onu ocaqda bişirirdilər ki, gələcək nəsillər onları oxuya bilsin. «Microsoft» yeni tip elektron bloknotlar buraxıb ki, ekranda çubuqla yazmaq olur. Bu hərəkətinə görə Bill Qeytsi tərəqqini geri salmaqda suçladılar. Yəni ki, müasirsənsə qələmdən imtina etməli və heç olmasa klaviaturanı döyəcləməlisən.
Amma qaz lələyi ilə yazılanlar elə bil ki, bir az romantik, bir az adilikdən uca idi. Nə olsun ki, qazın cəmi 2-3 lələyi bu işə yarayırdı və lələklə yazanda kağızı cızmaqla cırıldayırdı. Lələklər cırıldaya-cırıldaya o qədər etiraflar, o qədər sevgi məktubları, duelə çağırışlar, insan taleləri yazıb ki. Metal qələmlər çıxanda da vəziyyət o qədər dəyişmədi. Metal qələmi 18-ci əsrdə burqomistr Yançenin vəfalı nökəri icad etmişdi ki, ağası narahatçılıq çəkməsin. Sonralar metal qələmlər varlılar üçün qızıl və gümüşdən hazırlanmağa başladı. Düzdü bununla yazılan sözlər qızıla dönmədi. Sözü qızıla döndərmək istəyirsənsə onu dilinə gətirməmiş ud. Deyən kimi gümüşə dönəcək.
İlk karandaşın icadına görə qoyunlara minnətdar olmalıyıq. Deyirlər ki, Britaniyanın Borroudeyl gölü ətrafında qoyun otaran çobanlar görürlər ki , qoyunlar özünü qayalara sürtəndə yunları qaralır. Qayaların qrafitdər olduğunu başa düşən kimi bütün çobanlar iş-gücünü atıb karandaş istehsalına başladılar. «Karandaş bizim söz deyil» deyib mənə irad tutmayın. Lap elə bizim sözdü: Qara daş. Əsil türk sözü. Onu universal qələm sözüylə əvəz etməyi lazım bilmirəm. Qrafitin ilk yazılı təsviri 1565-ci ilə təsadüf edir. Onu iri tikələrlə çıxarır, yonur və işlədirdilər. Qrafiti taxtanın içinə salmaq ideyası insanların ağlına 200 il sonra gəldi, yəni 18-ci əsrdə. Fransız kimyaçısı Nikolya Konte anladı ki, qrafit taxtanın içində olarsa daha yaxşı yazar və daha da qənaətcil olar.
Zadəganlar gümüş ştiflə yazardı. Gümüşün kağızda buraxdğı tünd boz iz zaman keçdikcə oksidləşib qəhvəyi olurdu. Sonra onu heç nə ilə silmək mümkün olmurdu. Leonardo da Vinçi öz ixtiralarını belə ştiflə kağıza etibar edirdi. Mürəkkəblə yazanda da, hətta ilk diyircəkl qələm icad olunanda da insanların yazacağı mövzularda bir elə də dəyişiklik olmadı. Həmişəki kimi sevgidən, ehtirasdan, həsrətdən yazdılar. İlk dəyircəkli qələmi aviasiya işçiləri üçün hazırlamışdılar ki, havada olarkən mürəkkəb dağılıb aləmi batırmasın. Bu kəşfin inqilab olduğunu anlayandan sonra 1945-ci ildə belə qələmləri kütləvi satışa buraxdılar. Həmən gün Nyu-Yorkda qələmüçün düzülən növbəni səliqəyə salmaq üçün bir neçə yüz polis küçədə əl-ələ tutub qoruyucu divar yaratmışdılar. İlk satış günü 10 min dəyircəkli qələm satıldı. Onlar ucuz deyildi. Amerika fəhləsi bu qələmi almaqçün 8 saat işləməli idi. Guya ki, qələm diyircəkli olandan sonra insanların yazdığı mbvzular dəyişdi? Ya da qələm alanlar onunla nə yazacağını yaxşı bilirdi? Yazılanları silən pozanlar da icad ediləndə heç nə dəiyşmədi. Pozanlar qələmin arxa hissəsind olanda da (Yəni ki, onunla yazan adam nə vaxt istəsə yazdığını silə biləcək əminliyilə yazır) yazılacan mövzular ocaqdan kömür götürüb divarları qaralayan mağara adamlarının istəklərinə bənzədi.
Qələmlə yazmaq da olar, rəngləmək də. Amma sonra bu rəngləri həyatına köçürə bilmirsən, kağız üzərində ilişib qalır. Çəkdiklərini müasir uşaqların sevimli flomasterləriylə də rəngləyə bilərsən, heç nə dəyişməz. Flomasterlərsə o qədər də müasir deyil. Onları qədim Misirdə artıq tanıyırdılar. Firon Tutanxamonun məqbərəsində ucu itilənmiş qalay boru tapılmışdı. Borunun içində qamış vardı və onu rəngli mürəkkəblə doldurmaq olardı. Qədim flomasterlər papirus üzərində rəngli izlər qoyur, dəbdəbəli həyatın o qədər də dəbdəbəli əksini yaradırdı. Bütün bunlar da kağız üzərində qaldı.
Səhərdən klaviaturanı taqqıldadıram. Cuya ki, çalışıram, yazıram, iz qoyuram. Birdən işıq keçsə, yazını yaddaşa verməsəm nə olar? Hər şey gölə atılmış daşın su üzərində buraxdığı halqalar kimi onu ani gözəlləşdirib sonra itəcək? Yaxud kompüterimin xard diski yansa mənim uzun illər boyu çalışmalarım tüstü kimi zamanın axarında əriyib gedəcək? Kədərlidir…
P.S. Yazmağı mövzum yox idi. Heç nədən yazanda belə uzun alınır.


 

 




 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?