Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar

Nə bar bildi, nə də barmen

Azərbaycanda incəsənətin – xüsusən musiqinin iki inkişaf dövrü olub: bir yetmişinci illərdə, bir də indi.
Sovet dönəmdə xalq musiqi ilə nəfəs alırdı, musiqi əmək qəhrəmanları ilə, əmək qəhrəmanları isə politbüro ilə. Adamlar brekfastı «Çoban Qara» ilə yeyir, lançını «Çoban Möhsün»lə yola verir, nahara «Sürəyya» ilə gedir, şam yeməyini isə «Şamama», «Qızqayıt», «Şiraslan», «Mil düzünün Sərdarı», «Neftçi Qurban»la qapadırdı. Əbəs deyildi. Çoban Qaraya sazla, sözlə nəğmə qoşmasan, qoçlar şövqdən düşər, qoyunlar inciyər, döl kampaniyası pozulardı. Mahnılarda pambıq tarlası, üzüm plantasiyaları sevgililərin tanışlıq və görüş yerinə çevrilmişdi. Əski çağlardan bir fərq də onda idi ki, daha gözəllər Aya, Günə: «Sən çıxma, mən çıxım» demirdilər. Çünki bilirdilər ki, belə desələr, dünyanın ekoloji-astronomik düzəni pozular, özü də ümummilli hədəflərin zərərinə – pambığa sovka daraşar, mildiu xəstəliyi üzümü bay edər. Bunlar olmayanda da politbüro olmaz. Amma gözəl zaman idi. Təsəvvür edin, planı 250 faiz yerinə yetirən türfə bir gözəl sovkalı, pestisidli pambıq tarlasında Yalçın Rzazadə oxuduğu kimi:

Maral kimi boylanır,
Cərgələrin arasından…
Həri. Dünyanın heç bir guşəsində şair və bəstəkarlara müyəssər olmayıb ki, əməyi təəşşüq, pambıq tarlasını estetik həzz mənbəyinə çevirsin.

Mahnı janrının ikinci inkişaf mərhələsi indiki sabitlik dövrüdür. Bu gün ölkəmizin ən bərk gedən zümrəsindən biri do-si cəbhəsinin personalarıdır. Onlar milli mədəniyyətin inkişafı üçün çox uğurlara imza atıblar. İndi müğənni xanımlar kliplərini pastel təfərrüatları üzərində qurur, sevgi nəğmələrini cakuzidə, çarpayıda ərsəyə gətirirlər. «Kişilər» isə yarı barda axtarırlar. Yəqin ki, çox keçməz, yarla bağlı qəzəli indiki dövr şairləri belə yazarlar:

İcazə ver baxım, ey gül, o qara gözlərinə,
Gələcəm baxmaq üçün bir də barə gözlərinə.
Onda ki meyl eləyir küfr xəyallar peşinə,
Çöp düşəydi deyirəm kaş dübarə gözlərinə.
Deyirəm, mən də bir xalq mahnısını dövrə uyğunlaşdırım. Elə bir körpü salım ki, Avroatlantika məkanına gedən yolda «probka» olmasın:
Səhər-səhər girdim bara,

Nə bar bildi, nə də barmen.
Göz yetirdim nazlı yara,
Nə bar bildi, nə də barmen.
(Guya bilsəydi, bir qələtmi edəcəkdi?)

Pivədən içdim hallandım,
Yarın yanına yollandım,
Qımışdm - güldü, dilləndim,
Nə bar bildi, nə də barmen.

«Kazbek»ə nəşə doldurdum,
Sağlığa bokal qaldırdım,
Yara xəlvəti göz vurdum,
Nə bar bildi, nə də barmen.
(Guya bilsəydi, bir qələtmi edəcəkdi?)

Oxşadım yarın telini,
Ödədim pivə pulunu,
Boynuma saldı qolunu,
Nə bar bildi, nə də barmen.

Bardan çıxıb yollar aşdıq,
Süsən sünbülə dolaşdı,
Oynadıq, güldük, danışdıq,
Nə bar bildi, nə də barmen.
(Barı qoyub bizi güdəsi deyildi ki?!)

Yarla sürmək səfa xoşdu,
Yolunda hər cəfa xoşdu,
Səhər baxdım cibim boşdu,
Nə bar bildi, nə də barmen.
(Guya bilsəydi, pulu gerimi qaytaracaqdı?)

Vəssalam, körpü tamam.