Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar
Xımır-xımır ömür sürüb gülənlərə salam olsun!
Göz yaşını ətəyilə silənlərə salam olsun!

Gör kim gəlib!?.
Xoş gəlib səfa gətirmisən! Həmişə sən gələsən!
Keç yuxarı başa. Bilirsən də bu səhifəni səninçün yaratdıq. O nə saytdı ki, bir dünya söz yaza, səhifələrini mirvari kimi internetə düzə, amma bircə dənə qonaq otağı olmaya. Özün bilərsən, istəyərsən Xırdaxınımın mütəkkəsinə söykən, ya da Mollanın eşşəyinə min gəz. Buralarda sən istəyən olacaq.
Acdığın olar? Ayın-uyundan düzək süfrəyə. Lətifəynən aran necədi? Bəlkə, hekayətdən bir dişdəm vurasan? Deyirsən, yeyib gəlmisən? Hə,…deyəsən, gəzib gəlmisən. Yox, inanmaram ki, «Mücrü»dən doya bilərsən. Saytda gəzişəndə yoruldunmu, bura gir. Kimin nə sözü olarsa, kim bizə fikir yazarsa, hamısını bura qoyacağıq. Bəlkə, sən də yazasan. Düz deyirsən, əvvəl gəzib, oxuyub, gülüb sonra yazarlar. Həmişə gəzməklərdə, həmişə gülməklərdə, əziz oxucu!
Özün bildiyin lətifəni, rəvayəti, ya da gülməli hekayəni saytımızda yerləşdirmək istəsən, bizə yaz. gul.az.mucru@gmail.com ünvanında məktubunu gözləyirik.



Bu məqamda göydən üç alma …..yox, üç gilas düşdü. Hə də, bizim nağılda, bizim saytda belədi. Biri oxuyanın, biri saytı yaradanların. O birisini də bizə yazanlarçün saxlayacağıq. Qonaq otağının meyvəsi əskik olmaz… «Mücrü»nün yaradıcılarını tanımaq istəyirsən? Onda bax…



QONAQ

 

Sayqili "gulaz"chilara salam olsun! Sizleri metbuatdan taniyiram. Inanir ve umid edirem ki, KIV-deki ruhunuzu EIV-de de qoruyacaqziniz. Size sozun temizliyi uqrunda uqurlar.

Sedi Savalan


Əla saytdır...


Salam. Mən sizin saytdakı nemətlərin hamısından demək olar ki daddım. Turş ya da acı olanı yox idi, hamisi şirin idi. Bu saytın digər əyləncə saytlarından əsas fərqi odur ki, yalnız güldürmür, həm də düşündürür. Mənəvi qida alıb istirahət etmək və gülmək istəyənlər üçün bu sayt əsl göydəndüşmədir. Bu saytı yaradıb kütləvi savadsızlaşdırılan yeni nəslə təqdim edən hər kəsə təşəkkür edirəm! Gələcəkdə sizin sayta hər cür dəstək olub, əlimdən gələn qədər kömək edəcəyimə söz verirəm. İnanıram ki, bu sayt inkişaf edəcək və ən reytinqli saytlardan biri olacaq. Sizə bu yolda bol-bol uğurlar arzulayıram.
Hörmətlə, Rəmzi SADIQLI