Saytda azanlarchun
Saytda aznlarchun
Yazrlar
Yazarlar
Dushunurem gule-gule
Dushunurem gule-gule
Letifeler
Testler
Testler
Her sheyin xirdasi
Aforizmler
Aforizmler
Etimologiya
Kelam dolmasi
Kelam dolmasi
Qonaq otagi
Qonaq otagi
Bizimle elaqe
Karikatura
Karikaturalar


O'Kamil

Ağrımaz

Cana sən candan nə kim gəlsə, cigərlər ağrımaz,
Bir aspirindi, tollaram, əndamım tərlər, ağrımaz.

Aşiqi-sadiq odur gül eşqilə canın verə,
Daraşıb dərd cismini yun təki didər, ağrımaz.

Bizə daş atmaq ilə kamına çatmaz bədgular,
Vəfalar sancmaq ilə Enercayzerlər ağrımaz.

Broyler fabrikidir Vətənimiz başdan-başa,
Bir toyuq kəsmək ilə körpə cücələr ağrımaz!

O`Kamilə ya qril, ya da elektrik stulu,
Üç yüz əlli volt ilə mənim kimi nər ağrımaz.



“Gül.az” saytına sultanəm, dila, mən də zamanımda,
Vəzirimdir bu iki şəxs, oturmuş iki yanımda...

Əgər hərdən hökm etməsən, bu dünyada işin getməz,
Bir despotam, hökm eləmək sevdası var bu canımda.

Vaxt olur ki, mülayiməm, bezobidnı bir insanam,
“Titanik”lər qərq olurlar hayqıranda tufanımda.

Əgər bir sayt bənzəyərsə pinti çoban arvadına,
Orda adım olmaz mənim, yoxdu buna gümanım da.

Haydı, qolunu çırmala, işə başla, ey cəfakeş,
“Tianbar” miskin görünər “Enercayzer”in yanında.

Ümummili xakerimiz tərcüməyə rəvac versin,
Hər biri işi görmək lazım dəyqəsində, zamanında.

Konturu yox, iş yeri yox O` yazıbdı bu qəzəli,
Qafiyəli sözdən başqa bir şey yoxdu dükanında...



Yadımdan çıxdı


«Demədim dərdimi cananə, yadımdan çıxdı»,
Süzmədim badəyə peymanə, yadımdan çıxdı.


Qonşunun mal-qarası girmiş idi bostanə,
İnəyi qətl elədim, danə yadımdan çıxdı.


Dedilər, zülfə sığal ver, o dəm ki, yar gəlir,
Yarı görcək, inanın, şanə yadımdan çıxdı.

Bir türfə nüktə düşünmüşdüm ona söyləməyə,
Yağ kimi yayılırdı canə - yadımdan çıxdı.

Kərəmin yanmağının Əslidi əsl səbəbi,
Nöş yanır atəşə pərvanə? Yadımdan çıxdı…

İstədim mat eləyim beş gedişə cananı,
Vəziri qoyacağım xanə yadımdan çıxdı.

Uduzub getdi o yar, xeyli bazarlıq elədi,
Nə qədər pul verib bananə? Yadımdan çıxdı.



Gərəkdi

Yazar olub diyar-diyar gəzənin,
Əzəl başdan diktafonu gərəkdi,
«Enercayzer» nizam, zapas kasetlər,
«Panasonik», ya da «Soni» gərəkdi.

Qələmindən dürlü sözlər tökülə,
Döyüləndə, söyüləndə hey gülə,
Qanunu, hüququ dərindən bilə,
Məhkəmədə qalmaqalı gərəkdi.


Qəzetçi der, heç kəs özün öyməsin,
Göz yumuban hər adresi söyməsin,
Ac-susuz qalanda əğyar duymasın,
Cibdə peraşkilik pulu gərəkdi.





Ay ləli yar...

 

Bəsdi qürurlandığın millət üçün yanmısan,
Dəxli nədi saf olub, hər kəsi saf sanmısan?
Hər sözə aldanmısan, hər kəsə aldanmısan,
Xainə aldanmısan, nakəsə aldanmısan,
Sən bu qırımın ilə Rüstəmi-dastanmısan?
Cındırıva bax da gör: sən də bir insanmısan?…

Müxalif olanlardan kim gedibdi irəli?
Ay ləli yar, ləli yar, ləli,
Sən dəlisən, dəlisən, dəli…

Kim bulara can deyir, bağları, bostanı var,
Bilgədə seyrangahı, Qaxda gülüstanı var,
Novxanıda bağ evi - dəryaya eyvanı var,
Cərgə ilə palması; timsahı, ceyranı var,
Hər şəhərdə bir dənə sərvi-xuramanı var,
Sexləri, obyektləri, marketü dükkanı var…

Müxalif olanlardan kim gedibdi irəli?
Ay ləli yar, ləli yar, ləli,
Sən dəlisən, dəlisən, dəli…

Hər şeyə nöqsan demək səndə keçib vərdişə,
Təkbaşına bir nəfər neyləyəcək gərdişə?
Şeytana mömin demək ən dividendli peşə,
Patronuva “bəli” de, söy muxalif qərdeşə,
Dəxi dolanmaq üçün olmayacaq əndişə,
Zənbili at maşina, ət-balıq al biş-düşə,
«Mersedes»i qoy evə, «Nissan»ı sür Qəçrəşə…
Fantaları qoy suya, tikələri çək şişə…

Müxalif olanlardan kim gedibdi irəli?
Ay ləli yar, ləli yar, ləli,
Sən dəlisən, dəlisən, dəli…

Aparır

Şairəm söyləyənin qənd dolu qənddanı gərək,
Kişmişi, paxlavası, kofeli fincanı gərək,
Nahara muşqulatı, dolma, fisincanı gərək,
Biri killerlər üçün, təndə iki canı gərək,
Ya da cibdə naqanı, xəncəri-bürranı gərək.
Əlqərəz, əsləhəvü pulü cibişdanı gərək…

Gün çıxar, sübh açılar, sərv dibinə sayə düşər,
At çapar, ər döyüşər, şöhrəti ədnayə düşər,
Yaz gələr, dərdli könül min cürə sevdayə düşər
Qeys Məcnuna dönər, mənzili səhrayə düşər,
Jurnalist döyüləndə səs-küyü dünyayə düşər,
Əlimiz gicişdimi hikkəsi əmvayə düşər…

Adəm oğlu binədən can demə, cananı sevir,
Kimi pulu-paranı, kim də ki irfanı sevir,
Bu qəpiyin koru da varlını, kalanı sevir,
Abıra baxan deyil, silsiləcünbanı sevir,
Haş beş en bir virusu kasibü üryanı sevir,
Hacı var, kəbləyi var - iblisi, şeytanı sevir…

Xəlq bayramlıq edir, şövq ilə şampan aparır,
Yemişü yelpənəyü konfeti topdan aparır,
Ananas, kivi-filan, yanında banan aparır,
Əti cəmdəklə alır, balla smetan aparır,
Ölüm tutub yaxamı: “vaxtdı” deyib, can aparır,
«Tellərin bas yarama, qoyma məni qan aparır»…