Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

1 aprel qisməti

Başqasının qəlbinə lap zarafatla olsa da girəndə rezin çəkmələrinizi çıxarın
Sabah sizi aldadacaqlar. Mütləq aldadacaqlar. Adını zarafat qoyub məsğərəyə qoyacaqlar. Buraxdığınız adi səhvləri ələ salıb güləcəklər. Sayıqlıq göstərsəz, yəni zarafat alınmasa pərt olmayacaqlar. Çünki aprelin 1-də aldatmaq, aldanmaq, hətta axmaq görünmək qəbahət deyil.
Sizdə ağcaqanad piyi var?
Başqasını aldatmağı, ona glməyi hamı sevir, amma ildə cəmi bir gün var ki, buna görə sənə çımxırmayacaqlar və çox ciddi zarafat etmisənsə təpəndən qapaz almayacaqsan. Bu günün ən yayılmış zarafatı: «Kürəyiniz ağa batıb», ya da «Balağınızdan bu nə ipdi ki, sallanır?». Əgər aprelin əvvəlində Fransaya yolunuz düşsə, kürəyinizə iyvermiş balıq atsalar inciməyin. Bizim ədəbsizlik sayacağımız bu hərəkət burda ənənəvi zarafatdır. Fransada bu gün uşaqlar bir-birinin kürəyinə kağızdan kəsilmiş rəngbərəng balıqlar yapışdırırlar. Obyekt kürəyində yad cismi duyan kimi ona «Poisson dAvril» (aprel balığı) çığırırlar. Napaleonun ilk ləğəblərindən biri «Poisson dAvril» idi. Çünki Mari-Luiza Avstriyskaya ilə aprelin 1-də evlənmişdi. Almaniyada bu bayram məlum deyildi, onu ölkəyə Qrimm qardaşları öz nağıllarıyla gətirib.
Almaniya və Avstriyada aprelin 1-də doğulanlar uğursuz adam sayırdılar. Çünki xristian inamına görə İsa peyğəmbəri 30 qəpiyə satmış İuda aprelin 1-də anadan olub və aprelin 1-də İslis lənətlənərək cənnətdən qovulub. Keçmişdə bu günü kəndlərdə iş dayanır, heç heyvanları da tövlədən buraxmırdılar. İşsiz qalmış kəndlinin zarafatlaşmaqdan başqa çarəsi olmurdu deyən uşağı aptekə, ya da tacirin yanına ağcaqanad piyi almağa göndərirdilər.
Axmaqlar, yoxsa axmaqlıq günü?
Aprelin birini həm də axmaqlar günü adlandırırlar. Qərblilər aprelin birini həm də damdabaca, yəni evinizdə sizinlə birgə yaşayıb gözə görünməyən varlığın ad günü sayırlar. Aprelin birini beynəlxalq bayram saymaq olar. Çünki axmaqlar hər yerdə var. Bəziləri onu gülüş günü, bəziləri isə axmaqlar günü adlandırır. Həmən bu gün ki, təqvimin 91-ci günüdür və ilin sonunə hələ 274 gün qalıb. İmkan düşən kimi hamı, hətta ən sərt adamlar da zarafatlaşmaq istəyir. Bu gün hər cür zarafat keçərlidir və əksəriyyəti də zarafatın qurbanı olarsa hirslənmir və sonunda mütləq gülümsəyir.
İlkin, ibtidai axmaqların hansı ölkədən çıxdığı məlum deyil: ya Fransadan, Meksikadan, ya İngiltərədən, ya da İsveçrədən. Bu bşəriyyətin cavab axtardığı böyük bir sirrdir. Əlbəttə, yazqabağa hamının zarafat eləməyi gəlir.
«Məzhəkəçilərin azadlığı»
Bu bayramın hardan gəldiyini dəqiq heç kim xatırlamır. Deyilənə görə bu bayramın kökləri Qərbin orta əsrlərdə karnaval-balaqan əyləncələrinə gedib çıxır. Düzdü, qədim Romada axmaqlar gününü fevralda qeyd edirdilər. Bəziləri isə deyir ki, aprelin 1-ni qeyd etmək martın 31-də Hindistanda zarafat bayram kimi tanınan ənənəyə gedib çıxır. Bəziləri deyir ki, bu günü təkcə irlandlılar qeyd edirmiş. İsland saqaları xəbər verir ki, aprelin 1-də adam aldatmaq Timassın qızı Skadeyanı anmaq üçün allahlar tərəfindən insanlara həvalə edilib.
Başqa bir fərziyəyə görə aprelin 1-də zarafatlaşmaq yeni ilin təqvimdə yerini dəyişməsiylə bağlıdır. 16-cı əsrin ortalarınacan Avropanın yeni ili martın axırından başlanırdı. Yeni ili aprelin 1-də qarşılayırdılar. Fransız kralının əmri ilə yeni ili yanvarın 1-nə keçirəndən sonra bəziləri apreli bayram etməkdə davam edirdi. Köhnə ənənələri aradan götürməkçün belə adamları aprel axmaqları adlandırırdılar ki, onlar yeni təqvimə könüllü qoşulsunlar. Ələ salıb gülmək deyilənə görə o vaxtdan qalıb. Həmin vaxt günəş Balıq bürcündə idi və fransızlar «aprel balığı» adını bayrama layiq bildilər. Vekiorian təqviminin Qriqoryan təqviminə keçidindən bizə miras qalmış aprelin 1-i Şotlandiyada 48 saat davam edir.
Fransanın balıq bayramı İngiltərədə böyüyüb axmaqlar gününə çevrildi. Gecə 12-dən tutmuş günortaya kimi hər kəsin zarafat etmək haqqı vardı. Tələyə düşənləri elliklə aprel axmağı adlandırırdılar. Hələ 1860-cı ildə Londonda aprelin 1-də möhtəşəm zarafatlar edilirdi. Yüzlərlə zabitəli ingilis lordları və lediləri dəvətnamə almışdı. Dəvətnamədə onları Tauerdə keçiriləcək ağ şirlərin illik yuyulma mərasiminə dəvət edirdilər.
Rusiyada aprelin 1-ni 1-ci Pyotrun zamanından qeyd edirlər. Bir gün aprelin 1-də şəhər yanğın siqnalından oyandı və hamı ora-bura qaçışmağa başladı. Sonra məlum oldu ki, həyəcan yalançı imiş. Aprelin 1-də sarayda tamaşa göstərməli olan alman truppası zalda çarın olmasına baxmayaraq səhnəyə tamaşa əvəzinə üstündə «Aprelin biri heç kimə inanma» yazılmış transparant çıxardı. Çar əsəbləşmədi və bunu «məzhəkəçilərin azadlığı» adlandırdı.
Ən axmaq 1 aprel zarafatları
2001-ciildə Vermont şatatının sakinləri ağıllı başlı stress keçirmişdilər. Yerli radiostansiyaları fermaların birində dabaq xəstəliyinin epidemiya halına keçməsi barədə xəbər yaydı. Bu xəbət rəsmi şəkildə və təksibsiz 4 saat dalbadal təkrar olunurdu. Şəhərdə çaxnaşma düşməsəydi yəqin xəbər günün sonuna qədər əvvəlki tempdə yayımlanacaqdı.
Bəzi ölkələrin qanunvericiliyi aprel zarafatları barədə qabaqcadan xəbər verməyi nəzərdə tutur. Yəqin bu, aprelin ilk günündə Amerikada SNN-dən tutmuş MTV-yə qədər bütün kanalların ticarət mərkəzlərində siqaretlərin yığışdırılması barədə xəbər yayandan sonra baş verdi. Xəbər bütün standartlara cavab verirdi deyə ona minlərlə insan inanmışdı. Britaniyada isə «Sandi Teleqraf» estradadan bütün parodiyaları yığışdırmaq barədə xəbər yayımladı. Guya ki, bu, müllif hüquqlarını pozur. Britaniyanın ən yaxşı parodiyaçıları aksiyaya hazırlaşmağa başlamış, redaksiya minlərlə hiddət məktubu almışdı. Küveytdə də telekanallar adamların incə hissləriylə oynamağa cəhd ediblər. Aprelin birində elan edildi ki, əmir paytaxtın 2 nəhəng binası, El-Küveytin fəxrini əyalətə köçürmək fikrindədir. 187 və 121 metrlik binaların sökülməsinə tamaşa etməkçün on minlərlə adam yığışmışdı. Kiprin radiostansiyaları düz bir gün, əlbttə ki, həmin bu adlı-sanlı 1 aprel günündə belə bir günün heç olmadığını sübuta yetirməyə cəhd etmişdilər. Bu zarafatı gerçəkləşdirməyə aktyorlar, adlı-sanlı jurnalistlər, alimlər dəvət edilmişdi. Onlar müxtəlif çətin riyazi formullarla «minilliyin səhvi»ni aradan qaldırıb aprelin 1-ni ləğv etməyi təklif edirdilər. Yəni ki, təqvimdə martın 31-dən sonrakı bir gün artıq göstərilib. Ötən illərin birində Nazarbayevin qızının kosmosa uçacağı barədə xəbər yayıldı. Guya o, yeni televiziya peykinin açılışında şəxsən iştirak etməyi arzulayırmış. Amma təəssüf ki, cəmiyyət bu xəbərə reaksiya vermədi. Qazaxstanın vətəndaşları indiyədək əmindir ki, bu məmləkətdə hər şey ola bilər.
Keniyada 1 apreldə jurnalistlər zarafat olaraq Kenkon (təbii ki, uydurulmuş addır) firmasının reklam xətrinə havayı mobil telefonlar paylayacağı xəbərini yaydılar. Telefonun internetə çıxışı, videokamerası və televizoru da olacağı elan edilmişdi. Az keçmiş redaksiya öz telefonlarını kəsməli oldu. Çünki zəng edənlərin əlindən rahat oturmaq olmurdu. Hətta parlamentin 5 nəfər üzvü də telefon tələb edənlərə qoşulmuşdu. Britaniyada jurnalistlər qaynar buzun olması barədə xəbər verən kimi kafelərdə guya ki, mikrodalğalı sobada da əriməyən buzu tələb etməyə başladılar. Britaniya jurnalistlərinin nüfuzu bizimkindən dəfələrlə artıqdı. Çünki onlar şəhər meriyasının kasıbladığı barədə və pul qazanmaq xətrinə vağzal və metroları satdığını yazan kimi hamı buna inandı. Yazılana inananlar vağzalı öz adına keçirmək üçün planlar da cızmağa başladı. Həzəd aparacaq dərəcədə vəfalı olan ingilis oxucusuna deyəndə ki, aprelin 1-də «Titanik»in dəqiq kopyası dənizə çıxacıq və hətta sahildən görünəcək minlərlə insan sahilə cumdu. Dəniz mühafizəsinin işi birə min qat artdı.
1996-cı ildə «Taco Bell» şirkəti elan etdi ki, ölkənin börclarını azaltmaq məqsədilə azadlıq heykəlini alıb adını «Taco Liberty Bell» qoyacaqlar. Musiqidən yazan jurnalimtlərin «Apple» şirkətinıni «Beatles» qrupunu alması barədə xəbər musiqi dairələrində hələ də dolaşmaqdadır.
1915-ci ildə Birnci Dünya savaşı zamanı alman düşərgəsinin üstündə fransız təyyarəsi göründü və iri bir bomba atıldı. Can hayında olan əsgərlər hərəsi bir yana soxuldu. Amma bomba partlamadı. Onun üzərində «1 apreliniz mübarək» yazılmışdı.
Aprelin birində olunmuş ən uğurlu zarafatlardan biri 1957-ci ilə Bi-Bi-Si telekompaniyasının efirə buraxdığı zarafat saylır. Verilişdə İsveçrədə görünməmiş makaron məhsulundan danışılırdı. Süjetdə tarlada bişmiş makaron toplayan kəndlilər göstərilir, diktorun kadrarxası səsi kənd təsərrüfatınnı yeni nailiyyəti- eyni ölçüdə yetişdirilmiş makaronlar barədə xəbər verirdi. Bunun seleksiya nəticəsində baş verdiyi deyilirdi. Verilişdən sonra redaksiya çoxlu məktub aldı. Bəziləri makaronun üfüqi yox, şaquli bitməsində heyrətlənirdi. Bəziləri toxum göndərməyi xahiş edirdi. Bəzi məktublarda isə bir qədər çaşqın tonda təəccüb ifadə olunurdu. Axı onlar indiyədək makaronun undan hazırlandığını düşünürdülər.
«Komsomolskaya pravda» qəzetinin aprel zarafatından bəlkə də 15 il keçir, amma həmin məqalə şaiyə şəklində hələ də insanların beynindədir. Guya hardasa Çukotkada, buzun altında donub sonra əriyəndən sonra ordan salamt çıxmış və hazırda Moskva zooparklarının birində ot gövşəyən mamont balasından yazılmışqdı. Bu xəbəri indiyədən sarı mətbuat səhifələrində yeniliklər bölməsində oxumaq olar. 1990-cı ildə isə «Sobesednik» jurnalı guya ki, elmi tərəfdən tam sübut olunmuş fakt kimi Aleksandr Blok adlı şairin heç yaşamadığı barədə xəbər yaymışdı. Ölkənin onlarla ciddi, elmi dərəcəli alimləri həftəlik dərgi ilə polemikaya qoşulmuşdu.
Odessa meri: «Qoy zarafatımız xeyirxah, dualarımız ağıllı olsun»
Hazırda hər il zarafat şəhəri kimi tanınan Odessada aprelin 1-də Yumorina adlı satira və yumor bayramı keçirilir. 1 aprel bayramı karnavallı, karikaturaçıların sərgisi, küçə konsertləri və kostyumlu iştirakçılarla baş verir. İlk dəfə bayram 1973-ildə keçirilib. Sovet zamanı bu bayramın miqyasında qorxub onu qadağan etmişdilər. İndi bu bayram çox təmtəraqlı və çox şən keçirilir. Həmin günü odessalılar işləmir və şəhərdə rəsmi şəkildə bayram günü elan edilib. Aprelin 1-i xristian dini bayramları ilə üst-üstə düşdüyündən kilsə onu heç qəbul edə bilmir. Çünki Pasxa qabağı adamlar oruc tutub dua etmək əvəzinə zarafatlaşmağı başlayırlar.
40 ilə yaxın müddətdə Odessa bayramının öz yumoristik pulları əmələ gəlib. Pulların üstündə belə yazılırdı: «Bunlar qəlp, amma əsil Odessa puludur. Odessa pullarının üzünü çıxarmaq uğur tərəfindən təqib edilir. Bu pula yumor, rəğbət və minnətdarlıq hissləri almaq olar. Bu pullarla verilmiş rüşvət cəzalı deyil». Odessa pulların ən məşhurları: 1 dyuk (üstündə Dyuk Rişelyenin Dənizkənarı parkdakı abidəsi əks edilib), 1 yeltsin (üstündə Yelsinin Nyu-Yorkün Azadlıq abidəsi üstündən uçması təsvir edilib), 1 katenka(Odessada 2-ci Ekaterinaya qoyulmuş abidə təsvir edilib), 12 krujeyro (üstündə 12 pivə krujkası təsvir edilib və samaqon və pivə bişirməyə qarşı olmayan qanun layihəsi çap edilib), 1 mat (şaxmat qrossmeysterləri taller və Qellerə ithaf edilib), 1 pistol (makarov pistoleti təsvir edilib), 7 lir (7 ədəbiyyat xadiminə ithaf edilib), 1 soldo (Üzərində Odessa opera teatrı), 3 şişlinq (üzərində 3 şiş pulun hər iki tərəfiəndə çəkilib).
«Qırmızı burunlar günü»
Zarafat bir yana, amma zarafatla da pul qazanmaq olar. Necə ki, dünya «Qırmızı burunlar günü» aksiyası ilə qazanır. Həmən gün bütün tədbirlərdə toplanan vəsaitlər ehtiyacı olan ölkələrdə xəstəliklər və aclıqla mübarizəyə yönəldilir. Bu tədbir 1985-ci ildən keçirilir. Amma aprelin havayı zarafatlarındansa məqsədyönlü şəkildə zarafatlaşmaq da olar. Bu günü ingilislər milyonlarla qırmızı kloun buruncuqlarına alaraq kimsəsizlərə, ehtiyacı olanlara maddi kömək edirlər. Öllkədə minlərlə xeyriyyə aksiyaları keçirilir. «Qırmızı burunlar» tədbiri ilk dəfə efirə 1988-ci ildə çıxanda hələ ki, 12 milyon funt yığmaq mümkün olmuşdu. İndi isə bu tədbirin gəliri dəfələrlə çoxdur. 2001-ci ildə ingilis aktyoru Cek Di bayram günündə realiti şounun qalibi olan vaxt bu gün Britaniya tarixinə özünə qəsdlər olmamış bir tarixi gün kimi daxil oldu. Belə günlərdə hətta abidələrin də burnuna qırmızı buruncuq keçirilir.
Aprelin 1-də…
Yeni orleanlı biznesmen Oliver Pollok dollar işarəsini aprelin 1-də uydurub. 1803-cü ilin aprelin 1-də fransız hökuməti uşaqlara təqvimdə olmayan gün adları verməyi qadağan edib. 1853-ci ildə Tsinsinatidə ilk dəfə yanğınsöndürənlərə maaş verməyə başlayıblar. 1875-ci ilin aprelin 1-də Tayms qəzeti həftəlik hava proqnozu vermiş ilk qəzet oldu. 1889-cu ilin aprelin 1-də Çikaqoda ilk paltaryuyan maşın satışa çıxarıldı. İlk trolleybus da aprelin birində relsə çıxıb. Aprelin 1-də rəssam Pol Qoqen başını götürüb Marseldən Taitiyə gedib. Antuan de Sent Ekzüperi ilk hekayəsini aprelin 1-də çap edib. İlk dəfə faşist Almaniyası yəhudi mağazalarının baykotuna aprelin 1-dən başlayıb. Yad planetlilərin şəkli də ilk dəfə aprelin 1-ndə işıq üzü görüb. Bu da tarixə düşmüş zarafatlardan idi. Niderlandda ilk dəfə bircinsli nikahlar aprelin 1-də qeydə alınıb. Google-nin poçtu Gmail də aprelin 1-də açılıb. 1979-cu ilin aprelin 1-də ümumxalq referendumu nəticəsində İran islam respublikası elan edildi. Day bu boyda zarafatmı olar?..
***
Zarafat var, zarafata oxşamır. Hamı bilir ki, aprelin 1-də nə fiziki qüsura, nə maddi duruma, nə insanın sosial statusuna gülmək olar. Bəzi şeylər var ki, heç zarafat günündə də senzuradan keçmir. Zarafatın öküz kimi, fil kimi, meymun kimi edilmə üsulları da var. Zarafat insani olarsa ona yəqin ki, hamı güləcək, ya da heç olmasa gülümsəyəcək. Deyirlər bir dəqiqəlik gülüş bir kiloqram yerkökü qədər xeyirlidir. Güləcəiniz dəqiqələri bazar qiymətlərinə vuranda ağıllı-başlı kapital toplanır.

Yuxariya doğru