Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Dünya qəddarlaşır!(?)

Bütün dünyada bərqərar olmuş sülhə inanmasan yaşamaq çətin olur…
Silahlar guruldayanda qanunlar susur.
Mark Tsiseron
Xəbərlərə baxırsan, hər yerdə zorakılıq, qətl, ölümlər, çağırışlar və insan iztirablarıdır. Bu hər gün dayanmadan baş verir və insanın psixikasında izlər qoyur. Hamıya elə gəlir ki, dünya gün-gündən qəddarlaşır. Elə bil ki, 100 il əvvəl hər yer gül-çiçək içindəydi, güllə səsi eşidilmirdi,uşaqlar aclıq çəkmirdi, qan su yerinə axmırdı. Uzaqbaşı təbii fəlakətlər, zəlzələlər, su basmaları olurdu. Keçmişə idealist baxışlarla baxmaqdan əvvəl yaxın keçmişi bir az araşdıraq.

Müharibə qalibiyyətə aparan fəlakətlər silsiləsidir.(Jorj Klimanso)
21 əsr başlayan kimi hamıya elə gəldi ki, yer kürəsi müharibələrdən inildəyir. Əfqanıstan və İrakda konflikt, Somalidə küçə döyüşləri, Pakistanda islamçı üsyançı dəstələr, Konqodakı qırğın, Sudandakı genosid. Bu azmış kimi ərəb inqilabları da hər şeyi alt-üst elədi. Hazırda dünyanın 18 bölgəsində daimi döyüşlər gedir. Bütün bünlar dünyanın son dərəcə təhlükəli olduğunu təsdiqləyir. Bir neçə il əvvəl amerikalıların 60 faizi 3-cü dünya müharibəsinin qaçılmazlığına əmin idi. Hətta 11 oktyabr terroru baş verməmişdən əvvəl də amerikalıların ürəyi əsirdi, işıqlı gələcəyi görmürdülər. Elə həmin ilin əvvəlində politoloq Ceyms Bleyt və ABŞ-ın müdafiə naziri Robert Maknamara 21-ci əsrdə ildə 3 milyon adamın öləcəyini proqnozlaşdırmışdılar.
Hələ ki, onların proqnozu reallıqdan çox uzaqdır. Əgər Oslo Sülh İnstitutunun məlumatlarına inansaq sonuncu on il ən sakit illərdir. Yeni əsrdə hər il hərbi əməliyyatlarda 55 min adam qırılır. Bu 1990-cı ildən iki dəfə, soyuq müharibə (1950-1989-cu illər) zamanından isə üç dəfə azdır. Bu günün insan tələfatı İkinci Dünya Savaşından 100 dəfə az olsa da adamlar dünyanın qəddarlaşması fikrindən əl çəkmirlər.
Hərbi münaqişələrin həcmi dəyişib. Böyük ordular arasında əməliyyatlar soyuq müharibəylə birgə artıq keçmişdədir. Bununla birgə insanların kütləvi qırğını qorxusu da yavaş-yavaş çəkilir. Bu günün partizan müharibəsi nə qədər qəddar və nəzarətsiz olarsa bu, Leninqradın mühasirəsi qədər miqyaslı ola bilməz. Sonuncu böyük münaqişə, Koreyada müharibə 60 il əvvəl bitdi. Ərazi uğrunda Efiopiya və Eritriya arasında davamlı hərbi əməliyyatlar da 10 il olar ki, bitib. Ara sıra vətəndaş müharibələri alışır, amma bu da keçən əsrlə müqayisədə dörddə bir dəfə azalıb. Bəs niyə biz bunu hiss etmirik? Çünki keçmişdə uzaq ölkədə gedən müharibə əlçatmaz idisə indi kompüter əsrində düyməni basan kimi hərbi əməliyyatlar real səsi ilə evində, kompüterinin monitorunda baş verir. Xəbərlər də operativləşib, mobil telefonlar isə hadisə yerindən birbaşa reportaj hazrlamağa imkan verir. İndi vətəndaşlar hərə öz çantasında bir kamera gəzdirir və hardasa hərbi əməliyyat baş verən kimi hamı həmin andaca reportyorlara çevrilir və 10 dəqiqə keçməz bütün bunları internetdən izləmək olur. Belə informasiya ilə rəftar haqqında ictimai fikir də dəyişib. Keçmişdə avtomobl qəzası olarsa vətəndaş köməyə tələsirdi, indi isə yanar maşının içində qovrulan adamın iztirablarını kameraya almağa girişir. Harvard psixoloqu Stiven Pinker deyir ki, «Zorakılıqlar bizim özümüzü təmizə çıxarmaq, yaxud zorakılığı vəsf eləmək istəyimizlə birgə azalır. Ona görə də tarixin gözündə o qədər də qəddar olmayan hərəkətlər bizə nə qədər alçaldığımızı göstərir. Amma kimsə dəyərlərin yüksəldiyini düşünmür».

Biz bir-birimizin uğrunda vuruşmaqdan əl çəkən gün adamlıqdan çıxacağıq. (Enzberq)
Müharibələrin dinc əhaliyə qarşı daha da qəddarlaşdığını düşünürük. Rəqəmlərsə başqa şey deyir. Məsələn 2010-cu ilin fevralında əfqan bölgəsi Mərjdə NATO-nun hərbi əməliyyatları nəticəsində 9 nəfər dinc əhali qurban getmişdi. Böyük qalmaqal oldu və ölkə prezidentinə üzürxahlıq elədilər. Bu fakt göstərir ki, müharibələrdə dəyişikliklər çoxdur. İkinci dünya savaşında Drezdendə, Tokioda minlərlə dinc əhali qırılırdı. Bu təsadüən deyil, taktiki hərəkət nəticəsində olmuşdu. Almanlar milyonlarla qırırdılar. Bu gün dinc əhali zərbə altında olanda onların köməyinə gələnlər də çox olur. Humanitar yardım fondları, qaçqınlara kömək edən qurumlar və s. 1990-cı ildə məcburi köçkünlərə 150 dollar ayrılırdısa 2006-cı ildə bu rəqəm 2 dəfə artdı. Qumanitar yardımın ümumi məbləği 1990-cı ildə 2 milyard idisə, 2000-ci ildə 6 milyarda, 2008-ci ildə isə 18 milyar dollara qədər artdı. Belə çıxır ki, müharibə zonasında olanlar üçün o, nisbətən insaflı olur. Amma hamı bunun əksini düşünür. Dünya Bankının məruzələrində deyilir ki, müasir müharibələrdə ölümlərin 90 faizi dinc əhalinin başında çatlayır. Bu keçən əsrin hadisələrinin tam əksidir. Bu, əsrlərin qovşağında hərbi əməliyyatların mahiyyətinin dəyişməinin göstəricisidir. Əslində bu özü də mifdir. Daha dərin araşdırmalar göstərdi ki, müharibə zolağında dənc əhali və hərbiçilərin qırılması rəqmələri həmişəki kimi 50-50-yədir. Bu rəqəmlər bir neçə əsrlərdir ki, dəyişməz olaraq qalır. Əlbəttə, müharibə zolağında yaşayanlar üçün bu rəqəmlər yaxşı heç nə vəd vermir. Amma ümumi, dünya miqyasında biz hərbi zonaların dinc əhalini qorumağı və qayğısına qalmağı öyrənmişik.

Əsil müharibə heç kimə lazım deyil, hamıya nifrət lazımdı. (Maks Friş )
Müharibələrin get-gedə artdığını təkid edirlər. Amma zaman göstərdi ki, texnoloji irəliləyişlər müharibələri nisbətən az qəddar edib. Bu gün hansısa rayonda əməliyyat lazımsa bunu pilotsuz bombardmançılar vasitəsilə edirlər. Keçmişdə isə buna böyük hərbi əməliyyat lazım gələrdi ki, nəticəsində dinc əhali və onun varidatı məhv olardı. Səyyah tibbin inkişafı hərbi əməliyyatları iştirakçılar üçün nisbətən zərərsiz etməyə kömək edir. ABŞ-da hərbi əməliyyat zamanı məhv olmağın faizi Dünya müharibəsindəki 30 faizlik rəqəmdən İrak və Əfqanıstan əməliyyatlarındakı kimi 10 faizə enib. Amma bu da əlil və müharibə veteranlarının artması deməkdir. Yəni onlara yardım və qayğıya çəkilən xərc də artıb.
Bir az əvvəl politoloqlar təkid edirdi ki, dünyada sülh üçün cəmi bir hegemon dövlətin olmağı (yəni Amerikanın) yaxşıdır. Güc müxtəlif ölkələrə keçəndə müharibələr çox olur. Amma zaman göstərdi ki, Amerikanın hərbi gücü azaldıqca bölgələrdə münaqişələr də azalır. Dünyada hegemonluq istəyinin bəşəriyyət üçün nə boyda fəsadlı ideya olduğunu biz artıq bilirik.
İndi dünya Çinin hərbi qüvvələrinin artmasından qorxmağa başlayıb. İndi Çin hərbi modernləşməyə hər il 100 milyard vəsait ayırır. Bu, onu dünya heqemonluğu uğrunda mübarizədə Amerikadan sonra ikinci yerə çıxarır. Amerika isə hərbi qüvvələrə ilə 700 milyard xərcləyir. Çin dünyanı hərbi qüvvəsi ilə deyil, iqtisadiyyatı ilə artıq əsarət altına alıb. Çünki son 25 ildə Çin ordusu bir dənə də güllə atmayıb.

Biz müharibəni bitirməsək o bizim axırımıza çıxacaq. (Herbert Uels)
Hamıda elə təsəvvür var ki, dünya demokratikləşdikcə müharibələr yə azalır, ya da azalacaq. Bu da səhv təsəvvürdür. Bir köhnə ifadə var: əsil demokratlar heç vaxt bir-biriylə müharibə etmir. Amma demokratlar böyük məmnuniyyətlə qeyri demokratların üstünə cumur. Demokratiyanın ayaq basdığı yerlərdə etik, milli vasitələrlə münaqişələr yaranır. Bu da qarşı tərəfi öz hakimiyyəti və ümumdünya sülhü saxlamaq naminə bəzi güzəştlər etməyə vadar edir. Onsuz da müharibəni eqoistlər başlayır, bütün ağırlığı çiyinlərində daşıyan xalq isə çox vaxt döyüşə tələsmir. Bunu sakit ölkədə, müharibədən uzaq olan vətəndaşlar anlaya bilər, əsrlər boyu Yaponiya və Ameriaya nifrət bəsləyən Çində deyil. Nifrət etmək hələ ki, müribə etmək deyil ki…

Xalqlar müharibədən adamlar ölümdən qorxduğu qədər qorxmalıdırlar. (Jül Renar)
Hardasa münaqişə qopan kimi adama elə gəlir ki, bütün sülhsevər missiyalar hamısı birdən qırılırlar. Onlar sanki münaqişə zamanı deyil, artıq hər şey həll olandan sonra peyda olur. 1990-cı illəri «mavi dəbilqəlilərin bumu» sayırlar. Bu illərdə BMT-nin 15 sülhsevər missiyası əmələ gəldi. Əmələ gələn kimi də sülhsevərlər dalbadal uğursuzlağa tuş gəldilər: Somalidə aclıqla mübarizə zamanı vətəndaş müharibəsinə qoşuldular, Ruandada sülhsevərlər nə qədər çalışsalar da yarım milyonluq genosidin qarşısına ala bilmədilər, Bosniyada «təhlükəsiz zona» yaradılsa da sülhsevərlər lazımi anda işə qarışmamaq qərarı verdilər. Bunun nəticəsində 7 min adam, körpə uşaqlarla birgə məhv edildi. Sülhsevərlərin Namibiyada, Mozambikdə də uğursuzluqları olub, bu barədə heç kim danışmağı sevmir. Amma uğursuzluqlar nəticə çıxarmağa imkan yaratdı. İndi sülhsevərlərin kifayət qədər gücü və hərbi avadanlığı var ki, harda və necə lazımdısa hərbi əməliyyat keçirə bilsin. İndi 100 minlik mavi dəbilqəlilər ordusu var ki, 15 missiya ətrafında yerləşdirilib və onlar artıq sələflərinin səhvlərini təkrarlamırlar.

Ya bəşəriyyət müharibənin, ya da müharibə bəşəriyyətin axırına çıxıcaq. (Con Kennedi)
Belə fikir də var ki, müharibələr heç vaxt bitməyəcək. Adam bu fikri dilinə gətirmək istəmir, amma hələ ki, insan qırğını davam edir. 2004-ci ildə Sülh İnstitutu dünyada 14 münaqişəni xroniki adlandırdı, yəni ki, onların həlli ya yoxdur, ya da hələ ki, görünmür. Amma 6 il keçmiş münaqişələrin əksəriyyəti (İsrail-Fələstin, Somali və Sudan hələ ki, tərslik edir) demək olar ki, bitmək üzrədir. Arabir ocağa yağ tökənlər olmasa yəqin ki, bütün münaqişələr öz həllini tapa bilər. Biz bundan artığını əldə edə bilərikmi? Dünyanı müharibəsiz görmək mümkün olacaqmı? Ola bilər biz bundan hələ ki, uzağıq. İnsanları müharibə zonasında müdafiə edən normalar insanların özündən daha sürətlə inkişaf edir. Bir vaxtlar dünya özünü quldarlıqsız və kaloniyasız təsəvvür etmirdi. Bir neçə əsr bundan əvvəl quldara desəydin ki, vaxt gələcək sənin nəticələrin əzab verdiyin qulların balalarıyla bir süfrədə oturacaq və hətta evlənəcəklər o, bunu anlamazdı. Zarafat bilib gülərdi. Ola bilər ki, nə vaxtsa, bizim də nəvələrimiz müharibəyə qızışmış babalarının həyat tarixcəsindən utanacaq və zaman gələcək ki, savaşan insan obrazı artıq qəhrəman olmayacaq. Belə olmasa bəşəriyyət öz-özünü qırıb qurtaracaq. Döyüş meydanlarındakı teatral çıxışlar həmişə tamaşaçısız ötüşür.

Sülh zamanı oğullar ataları dəfn edir, müharibədə isə atalar oğulları. (Herodot)
Nə olsun ki, Mussolini «Millətin sağlam şalması üçün o, hər 25 ildən bir döyüşməlidir» deyirdi. Bizim də həll edilməmiş münaqişəmiz var. Artıq anasının-atasının həsrətlə danışdığı torpaqları yalnız xəritədə görən bir nəsil yetişib. Onlar da valideynləri kimi bu torpaqda yaşamaq istəyirsə erməni ilə qapı qonşusu olacağı və bir-birinə bayram payı göndərəcəyi bir günü qəbul etməlidir. Başqa fikirlərlə o torpaqlara qayıtmaq mümkün olmayacaq. Daha yüz il sonra, dünya üzrə torpaq uğrunda müharibələr bitdikdən sonra söhbət uzaq qalaktikalara səfərlər zamanında «Mənim babamı siz güllələmisiz!» arqumenti gülünc səslənəcək. Ardını yaşamaqçün pislikləri unutmaq lazımdı. Oskar Uayld demiş «Nə qədər ki, müharibə nöqsan, əskiklik sayılırsa öz cazibəsini itirmir. Onu bayağı, şit sayan kimi populyarlığını itirəcək».

Yuxariya doğru