Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Plastilin dünya

Ətrafımızdakı dünya biz gözlədiyimizdən dəfələrlə maraqlı və gözlənilməzdir
Fikirlərin maddi olması və arzuların beyindən keçən kimi reallaşması xəbəri təzə deyil. Amma bu məsələyə ciddi yanaşanların sayı azdır. Əvvala ona görə ki, fikirlərin maddi olduğunu qəbul etmək həyatının keyfiyyətinə görə məsuliyyəti öz boynuna götürməyə bərabərdir. Bundan sonra «onlar pisdi», «alınmadı», «sadəcə uğursuzluq zolağındayam» kimi arqumentlər tamam yararsız olur. Hər şey öz əllərindədir və həyatının keyfiyyəti də öz fikirlərinin maddiləşmiş məhsuludur. Məntiq buna axıracan inanmaq istəmir. Dünyanın işıqlı beyinləri bu üsulları çoxdan həyatlarına daxil etdikləri halda bizdə bəzən bunun nə olduğunu bilən yoxdur.
Bu barədə çox danışırlar. Hətta artıq filmdə çəkilib. Adı «Sekret»dir, yəni «Sirr». Vaxt vardı, məsələn orta əsrlərdə bu sirri sufilər, müdrik kişilər bir-birinin qulağna pıçıldayardı. Çünki yerdə qalan cahil insanlar bunu anlayacaq səviyyədə deyildilər. İndi isə artıq bu barədə hər yerdə danışılır. Yəqin ki, bunu hamının bilməsi lazımdır, yəni artıq məqam yetişib.
İnsan günah işlədəndə ağrayır
Hələ ötən əsrin psixoterapevtləri pasientləri trans vəziyyətinə salarkən bilirdilər ki, seansın uğurlu keçməsi üçün təkcə xəstənin deyil, həm də həkimin uğurlu sonluğa inanması vacibdir. Əgər seans vaxtı xəstənin transa düşüb sonra rahatca çıxmasıyla onun sağalacağına inanmasan heç nə alınmır. Məntiqlə belə çıxır ki, iki nəfərin nəticəyə inanması lazımdır. Adı çəkilən üsullar çoxdandır ki, dünya alimləri üçün 2x2 qədər sadə və anlaşıqlıdır.
Dünya özü bir sistemdir. Hər sistem isə daha kiçik sistemlərdən və onun hissələrindən qurulub: hüceyrə, insan, cəmiyyət. Sistemi elementlər deyil, onların arasındakı əlaqələr saxlayır. İnsan orqanizmində 2 il ərzində yenilənməmiş bir dənə də hüceyrə qalmır. Amma insan bunu hiss etmir və şəxsiyyətinin dəyişməz qaldığını düşünür. Şirkətdə də işçilər gəlir, gedir, amma şirkətin işi davam edir. Sistemdə əlaqələr hər iki tərəfə işləyir, sual-cavab, hərəkət- reaksiya şəklində. Sistemin hər elementi bağlı olduğu başqa elementlər vasitəsilə verilən bütün suallara, göndərilən bütün enerji formalarına müvafiq reaksiya, yəni cavab verir. Məsələn, insan günah işlədərkən bunu anlayırsa orqanizm ağrılar şəklində bu emosiyyalara cavab verir.
İnsan beynində daima çoxlu fikir və ideyalar dolaşır. Onlardan bəziləri fasiləsiz «uğuldayır», beyinin müəyyən hissəsini zəbt etsə də fikirlərin sahibi bundan heç xəbər tutmur. Əgər bu sistemi fasiləsiz olaraq arzularımızla bombalasaq vaxt keçəndən sonra nəticələr gözləməyə haqqımız çatır. Bu mistika deyil, Kainatın qanunlarından biridir ki, kosmosa göndərilən enerji nə vaxtsa dolaşıb nəticə ilə birlikdə geri, sahibinə qayıdacaq. Bəzən olur ki, insanlar ruhani yola qədəm qoyub ruhi kamillikləri ilə məşğul olarkən onların başına o qədər gözlənilməz, amma pis hadisələr gəlməyə başlayır. Zəif şəxsiyyətlərin belə məqamlarda əlləri yanına düşür. Axı o, təmizlənmə yolu keçirsə niyə Kosmos onun yaxşı cəhdlərinə mənfi cavb verir? Əslində isə proses düzgün gedir. İnsan kamilləşib bir pillə qalxırsa onun sistemlə kontaktı da yaxşılaşır və tezləşir. Üstünə qayıdan mənfiliklər isə onun keçmişinin izləridir. Bu məqamda şərq mistikləri karma terminin işlədir. Karma sözü primitiv dini termin deyil, məhz bu mezanzmin işləkliyini izah edən sözdür.
Kərəm kimi yana-yana yaşamaq
Bəşəriyyət sifariş masasıdır. Biz isə sifarişçilərik. Bəşəriyyət fikirləri arıtlamadan hamısını icra edir. Onunçün fikrin pis, ya da yaxşı olmasının heç bir fərqi yoxdur. Həyatımızdakı bütün hadisələri, bütün insanları biz özümüz cəzb etmişik. Sağlamlıq, var-dövlət və xoşbəxtliyi də eləcə. Bu fikir əvvəl adamı şoka salır. İlk reaksiya mübahisə edib həyatındaık hadisələri istəmədiyini bütün dünyaya başa salmaq istəyirsən. Axı filan qəzanı mən istəməmişdim! Ya da mən həmişə varlı və xoşbəxt olmağı arzulayırdım, kasıb və xəstə deyil. Amma artıq həyatını idarə etməyi öyrənmiş insana bu sözləri desən o müəmmalı şəkildə gülümsəyər və sizində mübahisə etməz.
Uğursuzluqlarımızın mənbəyi hardandır? Əgər siz maşın arzularkən «ay Allah, bircə qəza olmasın!» deyəcəksizsə mütləq qəzaya düşəcəksiz. Kainat «bəli» və «xeyr»i bir-birindən ayırmır. O, göndərilən ünvana sizin enerjinizi çatdırır və cavabını da qaytarır. İşinizi itirməkdən qorxursuzsa, belə də olacaq. İlk ixtisarda sizin vəzifəniz lazımsız sayılacaq. «Əlbəttə, pul çox olsa pis olmazdı, amma onu kim mənə verəcək?» deyirsizsə sizə pul verən heç kim tapılmayacaq. Kim ki, varlı, imkanlı və özünü bütün bunlara layiq sayırsa onun imkanı bütün arzularını ödəməyə də kifayət edir.
Diqqət edin, 3-4 adam görüşüb söhbətləşirsə onlar nə edir? Adətən taledən şikayətlənir və ucdantutma söyürlər. Qadınlar kişiləri yıxıb sürüyür, kişilər arvadların əlindən deyinir. Həyatımızdakı problemlərin məsuliyyətinin böyük hisəsəsi kütləvi iinformasiya vasitələrinin üzərindədir. Televizoru yandırırsan kriminal və fəlakətlər xəbərləri ön plana çəkilir. Seriallarda tükürpədici məişət faciələri yaşanır, tok-şoularda eşitdiyimiz əhvalatlar qanımızı dondurur, şərhçilər dünyanın sonunu təfərrüatıyla təsvir dir. Televizora baxmasan da bu tip informasiya ürəyinə yol tapacaq. Musiqilərdə nakam sevgi əhvalatlarından göz yaşları tökülür, itirilmiş sevgi və xoşbəxtliyin olmaması barədə fəlsəfi düşüncələri eşidirsən. Ona görə də xoşbəxtlik də gəlib çıxmaq bilmir. Əgər bu informasiyalara şəxsi filterdən keçirməyi bacarmasan həyatını leyli Məcnun sevgisiylə, yanıq Kərəm dərdilə və dünyanın bütün nakam sevgiləri ilə yaşayacaqsan.
Axı sən nə istəyirsən?!
Əgər mexanizmin necə işlədiyi aydındırsa həyatınızı kökündn dəyişməyə hazır olun. Əvvəla keçmizi analiz etmək lazımdı. Çünki indi yaşadığınız həyat vaxtilə düşündüyünüz fikirlərin artıq reallaşmış variantıdır. Məsələn, bir qadın şəkər xəstəsi idi. O, əlbəttə ki, şüurlu şəkildə xəstə olmaq istəmirdi. Amma psixoloqla söhbətində məlum oldu ki, evdəkilərin onu acımasından ləzzət duyur və özünə diqqəti itirmək istəmir. Psixoloqlar deyir ki, həyata olan bütün inciklikləri, iradları kağıza yazıb hamısına birdəfəlik baxmaq lazımdır. Nə istəyirsən? Sənə xoşbəxt olmağa nə kömək edər? Bundan sonra bütün çatışmazlıqları əyani şəkildə görəndən sonra gələcəyi təsəvvür etmək lazımdır. Bir ildən sonra nə olacaq, daha sonra 5 il, laz 10 ildən sonra. Təsəvvür etdikcə gələcək barədə qorxular arxa plana keçir və siz özünüzü taleyin ixtiyarına buraxırsız. Arxulamaq, xəyalpərəslik etmək də ziyan deyil. Buna vizuallaşdırma üsulu deyilir. Siz gələcəinizi arzuladığınız şəkildə və xırda detallarına qədər təfərrüatıyla təsvir edirsiz. Kainat isə ona ötürülmüş enerji selini qəbul etməyə başlayır. Prosesdə Kainata,Təbiətə, Allaha şükranlıq etmək lazımdı. Çünki bu ən saf enerji formalarından biridir və mütləq sahibinə bir qucaq sevinc bəxş edəcək.
Hələ 4-5 min il bundan əvvəl Zərdüşt peyğəmbər «Saf fikir, saf söz, saf əməl» deyəndə elə bu kosmik qanunu nəzərdə tuturdu. Bu çox mürəkkəb prosesdi. Xüsusilə də əgər siz şikayət edib günahkarları kənarda axtarmağa artıq öyrəşmisizsə. Pisi görməmək və ya özünü görməməzliy vurmaq çox fərqli anlayışlardır və fərqli də nəticələr verir. Ətrafında pisliklərin olmadığını düşündükdə onlar birdən olmasa da tədricən yoxa çıxmağa başlayır.
Gələcyin müsbət planlaşdırılması artıq dünya praktikasında şirkətlər səviyyəsində çoxdan tətbiq edilir. Vaxtilə Qobustan qayalıqlarında iz salmış bu üsulla (Maralın şəklini qayada cızıb oxlarla onu vurmaqla sabahkı ovun planını kosmosa messaj göndərmək) yığışıb şirkətlərdə gözlənilən müsbət yenilikləri kollektiv şəkildə müzakirə edirlər. Bizdə el arasında deyirlər ki, 7 qadın bir yerə toplaşıb, əl-ələ tutub eyni arzunu səsləndirsə bu tezliklə baş verəcək. Cümə namazında da, kütləvi dua mərasimlərində də həmin bu mexanizm işlədilir. Kainata müsbət enerji göndərilir ki, müsbət dəyişikliklər gözləmək mümkün olsun.
Çoxsağolun gücü
Deyirlər ki, dünyanın bütün uğurlu şəxsiyyətlərində bu üsulun müxtəlif variantları olub. Buna xoşbəxtlik kartı deyirlər. Ortada öz şəklini iri kağıza yapışdırırsan. Sonra onun ətrafına arzuladıqlarınızı əl altında olan rəngli jurnallardan kəsib yapışdırırsınız. Maraqlı kollaj alınır. Həmin kollajı evn ən götünən yerindən asırsan ki, keçib-gedəndə gözün ora sataşsın. Bunun üçün nə istədiyini artıq dəqiq bilməlisən ki, hər gün onun maddiləşməsi prosesində sonradan peşman olmayasan. Bu üsulu işlədənlərin fikricə arzularn 80 faizi reallaşır.
Sadəcə «çoxsağol» sözünün çox böyük müsbət yükü var. Özünüzə minnətdarlıq daşı tapın. Lap nağıllarda olduğu sehirli çubuğu öz əllərinizlə də yarada bilərsiz. Hər gün müəyyən əşyanı, bu daş da, çubuq da ola bilər, həyatdakı bütün yaxşılqlara görə sığallayıb sağol deyin. Məsələn mənim bir tanışım hər dəfə avtobus dayanacağına yaxınlaşmamış onun tez gəlməsinə görə minnətdarlıq edirdi. Həqiqətən də o, yaxanlaşan kimi avtobus dayanacağa çatırdı. Amma kimsə avtobusunu saatlarla gözləyir. Bu üsulun mürəkkəbliyi ondadır ki, biz niyəsə almamışdan əvvəl şükranlıq etməliyik. Çünki nəyisə alandan sonra sevinməyə öyrəşmişik, qabaqcadan yox. Biz şükranlıq edərkən avtobusumuz lar gecikə də bilər, bu bizi hiddətləndirməməilidir. Çünki biz bu günümüzü yox, gələcəyimizi planlaşdırırıq. Günlərin bir günü sizin də sehirli çubuğunuz sehr yapacaq.
Sabahından oğurlama!
«Sekret» filmində hər şey son dərəcə sadələşdirilib. Sən Kainatdan nəsə istəyirsən, o da sənə onu verir. Az keçmiş, ya çox keçmiş , amma mütləq verir. Heç kim gələcəyi planlaşdırmağın çətinlikləri və hətta ziyanı barədə danışmır.
İnsanın müsbət köklənməsi çox vacibdir. Ona görə də həkimlər onkoloji xəstələrə diaqnozu demirlər. Çünki ölüm barədə fikirlər onu daha tez öldürə bilər. Aclıq zamanı insanın 7-ci günündə əlaqsızlıqdan ölməsi faktları var. Amma məlumdur ki, insan sağlamlığı xətrinə aclıq keçirib yeməkdən imtina edərsə lap 1 ay da sağ və salamat qalır. Hər şey hansı məqama köklənməkdən asılıdır.
Hər kəsin bu dünyadan istəyəcəyi arzuları var. Onlar bir-birinə bənzəməz. Sadəcə təsəvvür edib arzulamaqnan da hər şeyi əldə etmirlər. Həmin arzunu artıq reallaşmış şəklini bir film kimi özlərinin qarşısında canlandırmalı və özünü həmin yerdə, yəni arzunun düz mərkəzində təsəvvür etməlisən. Belə olmasa əgər təzə mebel arzulayırsansa qonşu sənə mebel kataloqu verəcək. Ya da aldığı təzə mebelə baxmağa dəvət edəcək.
Bir hadisəni nümunə çəkək. Onu televizorda izləmişəm. 2 qızı olan bir ailəni göstərirdilər. Qızlardan biri kifir, o biri qəşəng idi. Ana danışır ki, kifir qız əvvəl doğulub. O isə həmişə qızlarının gözəl olmasını arzuladığından ikinci dəfə hamilə qalanda hər gün doğulacaq qızın gözəlliyini təsəvvür edib. O, hansısa foto modelin şəklini əlində tutaraq hər gün ona tamaşa edir və doğulacaq qızının hər xırda detalını gözləri önündə canlandırırdı. Nəticədə onun çox gözəl ikinci qızı doğulur. Bu iki qıza baxanlar inana bilmir ki, onlar bacıdır. Ananın fikirləri pozitiv olduğundan asanlıqla reallaşdı. Ona görə də bizdə hamilə qadınları yas mərasimlərinə gəlməyə qoymur və kifir adamlara baxmaqdan qoruyurlar.
Arzuların reallaşma metodunu həyat normasına çevirmişlər deyir ki, arzuya qoyulan enerji onun reallaşma müddətini müəyyən edir. Həyatda mənəvi qüvvəsi az olan adamlar da var ki, Kainat onların arzularını demək olar ki, eşitmir. Kainata göndərilən enerji təmiz, kimsə tərəfindən mənimsənmiş olmamalıdır. Bəzən naşı adamlar enerjini gələcəkdən oğurlayırlar. Belə olanda xəstəliklər, zəifliklər yaşanır. Sehirli üsulun maraqlı nəticələrindən ilhamlananlar az keçmiş onu atırlar. Çünki fikir formaları şəklində alacaqları oyuncaqlara görə qiymətli enerji ehtiyatını işlətmək istəmirlər. Arzuların maddiləşməsi üsulunun belə mənfi tərəfləri də var. İnsan nə istədiyini dəqiq bilməlidir. Az keçmiş onu alandan sonra arzulayan anlayır ki, əslində heç də istədiyinə çatmayıb. Bu mövzuda məşhur hekayət də var. Bir nəfər xəstə qızını sağaltmağı arzulayır. Onun qarşısına bir nəfər çıxır və deyir ki, sabah səhər ən ümdə arzusunun reallaşacağını görəcək. Kişi səhər durub milyonçu olduğunu görür. Sən demə ürəyinin dərinliyində gizlətdiyi arzunu Kainatdan gizləyə bilməyibmiş. Qızının sağalmasını deyil, varlanmağı arzulayıbmış.
Arzularla ehtiyatla davranmalı
Bəzən insanın aurası və fikirləri təmiz olduqda (bunu oruc tutmaq, meditasiya, ya də xüsusi əhvala köklənməklə əlde edirlər) arzular və fikirlər o qədər böyük sürətlə maddiləşməyə başlayır ki, müəllif fikrinin ona nə dərəcədə lazım olduğunu da dəqiq müəyyənləşdirməyə vaxt tapmır. O zaman maddiləşdirdiyin hər arzu, istək, fikir üçün məsuliyyət hissi əmələ gəlir. İnsan istəmədən başqasına ziyan vuracaq bir şeyi istəyə bilər, ya da arzusu ətrafındakılara zərər gətirməklə vicdan əzabı verə bilər. Belə şəraitə düşənlər adətən Yaradandan heç nə istəməmyə üstünlük verirlər. Onsuz du bütün alacaqlarımız maddi dünyanın nemətləridir. Ona görə daha dəyərli olan mənəvi enerji sərf etmək israfçılıqdır.
Bir tək insanın arzusu olduğu kimi, ailələrin, nəsillərin maddiləşəcək arzları və eləcə də millətlərin ümumi fikirləri və istəkləri olur. Bəzi mənbələrə görə fikir işıq sürətindən tez sürətlə hərəkət edir. Onun işini suya atılmış daşlar kimi təsəvvür edirlər. Daş suyun üzərində balaca dairələr yaradır. Sonra bu dairələr böyüyüb bütün gölün səthini dalğalandırır. Arzularımız da eləcə bütün canlı aləmi təlatümə gətirir. Millət bir parça çörəyə görə də, Qarabağ boyda böyük arzuya görə də Kainatı eyni dərəcədə çalxalandırır. Qarabağı istəmək həm də orda olacaq müharibəni də istəmək deməkdir. Kainat üçün orda yaşayan insanların milliyətinin fərqi yoxdur.
***
Qədim zamanlarda fikrin gücüylə işə salınan uçan aparatlar vardı. Onun dəqiq təsvirləri hind sanskrit yazıllı mənbələrində, eləcə də Amerikanın aborigen tayfalarının mifologiyasında, həm də qayaüstü oymalarda qalıb. Deyirlər ki, faşist Almaniyası müharibə apararkən gizli laboratoriyalarda Tibet monaxlarından öyrəndikləri mantrlarla psixi enerjini hərəkətə gətirməyi öyrənib insan fikirlərinn gücüylə uça bilən aparatlar yaratmışdılar. Məğlub olandan sonra həmin bunkerlər minalanaraq ruslardan və amerikalılardan gizlədildi. İndi həmin bu fikir enerjisi ilə həyatını dəyişmək istəyənlərə evdən çıxmadan onlayn dərslər keçir və çoxlu ədəbiyyat təklif edirlər. Ehtimal etmək olar ki, bəşəriyyət artıq bu tip informasiyanı həzm edəcək səviyyəyə çatıb artıq. Azərbaycan dilində bu barədə məlumat tapmaq mümkün deyil. Ana dilində danışanlar belə informasiyalardan təcrid edilib. Ancaq hələ bilmək olmur ki, gizli cəmiyyətlərin sirrlərinin aşkarlanması, massonların sirrlərinin artıq mətbuata və televiziyaya çıxarılması tərəqqiyə xidmət edir, yoxsa əksinə.

Yuxariya doğru