Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Yevgenika- irqi gigiyena

Genetiklər deyir, ən yaxşımızda o qədər pis, ən pisimizdə o qədər yaxşı var ki…
Yunancadan tərcümədə yevgenika yaxşı irsiyyət, cins deməkdir. Bu termin 20-ci əsrin ilk illərində məşhur ifadə idi. Sonralar faşist Almaniyasını xatırlatdığından onu unutmağa çalışıblar. Çünki onun adı irqi gigiyena, fişistlərin insan üzərində təcrübələriylə yanaşı çəkilirdi. Yevgenika Homo Sapiens növünə aid olan məməlilərin seleksiyası barədə nəzəriyyədir. Bu nəzəriyyə həyatda işləyir, ya yox biz bunu araşdıracağıq.
***
İnsan övladı lap qədim dövrlərdən heyvandarlıqda seleksiya üsulları ilə tanış idi. Nuh peyğəmbərə gələn əmrdə deyilirdi ki, gəmiyə hər cinsdən bir cüt - ən sağlamını, ən layiqlisini götürsün. Dünyanı sel-su aparanda əslində Nuh peyğəmbər də bir növ selesiya ilə məşğul idi.
İnsanın təkamülünü nəzarət altına almaq yeni deyil. Qədim xalqlar eybəcər və xəstə uşaqlarını məhv etməklə əzabdan azad edirdilər. Qədim dünyada yevgenikaya nümunə kimi spartalıların tərbiyə sistemini göstərirlər. Burda şikəst adamın nə böyümək, xüsusilə də nəsil vermək şansı onsuz da yox idi. Spartada tətbiq edilən sərt tərbiyə üsulu özü yararsızları sıradan çıxarırdı. Platon da dövlətin vətəndaşların nəsil vermə məsələsini nəzarətə götürməsinin vacibliyindən həmişə danışıb. O, deyirdi ki, əlilləri və öz günahından şikəst qalmışları müalicə etmək lazım deyil. Mənəvi yaramazları isə edam etmək lazımdı. Cinsi yaxşılaşdırmaq məqsədilə keyfiyyət kişi və qadınların qısa müddətli izdivacını alqışlamaq lazımdı.
Yararsızları məhv etmə proqramı
Yevgenika sözü 1883-cü ildə Frensis Qalton tərəfində formulə edilib. Nəzəriyyənin ilk eskizlər 1865-ci ildə yazdığı «İrsi istedad və xasiyyət» məqaləsində cızılıb. Qalton rasist idi və zəncilərə nifrət edirdi: «Dünyanın zəif millətləri bəşəriyyətin ali nümayəndələri üçün yerlərini boşaltmalıdır». Onun fikricə kasıb və xəstələrin nəsil vermək hüququ olmamalıdır. Yevgenika elmi dairələrə yol açdı və bəzi yerlərdə dövlət səviyyəsində tətbiq edildi. Amerikada 1920-1950-ci illərdə yevgenika üzrə proqramla icra edilirdi. Yevgenika tərəfdarları əmin idi ki, Amerikada sterilizasiya proqramı yaxşı işləsəydi 100 ildən sonra ölkənin 90 faiz cinayətkarlğın öhdəsindən gəlmiş olardılar. Elə indi də Amerikada seksual zəmində cinayət etmiş adamın ömrlük cəzanı könüllü axtalanmaqla əvəz etmək imkanı var. 1934-1976-cı illərdə İsveçdə «yararsızlar»ın məcburi kastrasiyası proqramı işləyirdi. Bənzər proqramlar Norvecdə, finlandiyada, Estoniya və İsveçrdə də vardı.
Mühit insanı, yoxsa insan mühiti?
Dünya duranı adamlar mübahisədən yorulmur: «İnsana irsiyyət, yoxsa tərbiyə, ətraf mühit daha artıq təsir edir?». İnsanı ölçməyin də bir yolu var, onun İQ, yəni intellekt göstəricisi əmsalı ilə. Bu da faktdır ki, doğma ananın yanında bəslənən uşaq götürülmüş uşaqdan İQ göstəricisin görə həmişə irəlidə olur. Yəni ki, yetimxanadan uşağı götürüb ovcunun içində saxlasan da uşaqlar öz valideynlərinə oxşamaqda davam edir. İndi Qərbdə çox yaxşı təhciz edilmiş uşaq evləri və oğulluğu götürmək üçün rahat sistem var. Amma nədənsə ananın imtina edib zibil yeşiyinə tulladığı uşağı normal ailə götürəndən 10 il sonra çox vaxt geri qaytarır. Çünki 10 illik zəhmət onun gen yaddaşında dəyişiklik edə bilmədi. Məlumdur ki, müxtəlif şəraitdə tərbiyə almış əkizlər heç bir-birini görməsələr də oxşar cəhətlərdən azad olmurlar. Onlar eyni İQ göstəricisi nümayiş edir.
Mühit insanı cilalayır, bu hamıya məlumdur. İnsanın yaşam tərzi beynində qüsur əmələ gətirirsə onda mühit qalib gəlir. Yəni dahi valideynlərin uşağı 10 yaşından alkoqoliklərin uşağıyla araq içirsə bir neçə ildən sonra onlar arasındakı uçurum silinir və potensiallı uşağın bütün üstünlükləri yoldaşları səviyyəsinə enir. Mühitin özünü dəyişmək cəhdləri də böyük fəsadlar verir.
Birini düzəldirsən, o biri pozulur…
Bəzən gen bir neçə qonşu keyfiyyətlə birlikdə təzahür edir, ona görə ki, bir xromosom sırada yanaşıdırlar. Məsələn, solaxaylar zəhərlərə qarşı daha davamlıdır. Talassimiya kimi irsi xəstəlik iki dəfə təkrarlanandan sonra ölümlə nəticələnir, bir dəfə təkrardan sonra isə nəsli maleriyaya qarşı dözümlü edir. Ona görə də zəncilər arasında maleriya epidemiyası olanda əksərən talessimiya daşıyıcıları sağ qalır. Həmin səbəbdən insanın gen fonduna müdaxilələr çox təhlükəlidir. Bir xəstəliyi sıradan çıxarmaqla o birilərinə böyük imkanlar açılır. Kəndlilər bilir ki, torpağı çox gübrələyəndə, zərərvericilərə qarşı ağıllı başlı müharibə elan edəndə son məqamda elə bir göbələk növü ortaya çıxır ki, bütün məhsulu məhv edir. İnsanlar belə hadisələr qarşısında acizdirlər. İnsan cəmiyyətində də adi qripə qarşı daha artıq müqavimət göstərdikcə virus mutasiya edir və insanın bacara bilmədiyi monstra çevrilir. Homofiliya ilə hər şey aydındır, çünki bu anadangəlmə hədiyyədir. Olur ki, normal irsiyyətilə insan bütün keyfiyyətlərini tində oturub meyxana deməklə və içki içməklə, axmaq adamlarla ünsiyyətdə itirir.
Dövlət cinayətkar yetişdirməyə kömək edir
Yevgenikanın 2 növü var: müsbət və mənfi yevgenika. Yaxşı, yararlı insanların yetişdirilmsi müsbət yevgenikaya aiddir. Mənfi yevgenika irsi qüsurları olan insanların nəsil vermək imkanının məhdudlaşdırılmasıdır. Müsbət və mənfi yevgenika arasında sərhədlər şərtidir. Əgər 7 arxa dönəni alkoqolikin balası 5 il vurma cədvəlini öyrənə bilmirsə burda artıq söz demək lazım deyil. Amma çubuğun o biri başında kənd ucqarlarından çıxan fitri istedadlar durur. Cəmiyyətin artıq-urtuğunu yığışdırsaq lomonosovların də nəsli kəsiləcək. Təbiətin bax belə qəddar qanunlar var. Xalqın geni «bişirilən» qazanı vaxtaşırı təmizləmək vacibdir. Hamı bilir ki, nəcis həmişə üzə qalxır. Kəfgirlə onları cəmiyyətin üzündən təmizləmək vacibdi.
Yevgenika barədə danışanda dediklərimiz çox qəddar səslənir. Nalayiq adamların nəsil artırmaq imkanını məhdudlaşdırmaq işini əslində polis-məhkəmə sistemi artıq icra edir. Cinayətkarın türmədə islah olunması hadisəsi nadir halda baş verir. O, azadlığa çıxan kimi qarşısına çıxan ilk fahişəyə evlənir və 1-2 ildən sonra cinayət edib yenədən öz «evinə» qayıdır. Dövlət isə onun yetim qalmış uşağını yedirib-içizdirir və 10-15 ilə yeni cinayətkar nəsil hazırlayır.
Ali insan kimdir?
1917-ci il inqilabından sonra hakimiyyətə gələn yonulmamış, öküz kimi davranan nəsil genetika məsələsini birdəfəlik həll etmiş kimi davrandı. Ölən öldü, qalanlar atalarından imtina etdi. Onlar ha çalışsalar da yaradılmış sovet sisteminin yeni adamı yaxşı nəticə vermədi. Amma sonunda cəmiyyətdə intellektallar və heyvanabənzər insanlar arasındakı uçurum dərinləşdi. Hamı ortabablaşmaq əvəzinə künclərə çəkildi. Sovet eksperimentlərində partiya xəttindən sapan hər kəsi məhv etməklə 45 faiz deyingən, 45 faiz qorxaq və 10 faiz paranoiklərdən ibarət cəmiyyət alındı. Sovetlərin layiqli varisi olan rusların həyata davamlılığı hazırda orda yaşayan qafqazlıların hesabına hələ ki, iflasa uğramayıb.
Bəziləri insan irqlərini heyvan növləri kimi müxtəlif hesab edir. Alman üçün insan yetişdirməkdə yeganə yararlı millət almanın özüdür. Pilləkəndə sonra yaponlar, roman xalqları və yenilikləri qəbul etməyə hazır olan millətlər gəlir. Ən aşağıda semitlər, zəncilər və onların yaxın qoşumları durur. Maraqlıdır ki, yapon üçün ən ali irq yaponun özüdür. Onlar heroqlif yaza bilməyən qırmızı saçlı almanı ali saymırlar. Ali irqlərinsə heç vecinə də deyil ki, Babilistan, Misir kimi ilk sivilizasiyanı elə semitlər yaradıb. Onların gözündə semit bütün insan nailiyyətlərinə hərisliklə baxan və gözünü ağ dərili qadınlardan çəkməyən qəsbkar kimi qalmaqda davam edir. Belə ideyaların dövlət səviyyəsinə qalxması zamanı nə baş verdiyini biz artıq faşizmin nümuməsində gördük. Özünü başqa millətlərdən artıq bilən insanın özü məhvə layiqdir.
Faşist Almaniyasında məcburi kastrasiya «yararsızlar»dan başqa yəhudilərə, qaraçılara, eybəcərlərə, ruhi xəstlərə, homoseksuallar v kommunistlərə tətbiq edilirdi. Müharibədə uduzmuş Almaniyada qalib Amerika kiçik Hansın imperiya iddiası il böyüyə biləcəyi hər şeyi qadağan etdi. Nəticədə alman cəmiyyəti aşağı doğum həddi ilə bataqlığa çevrildi və burda «Məhəmməd» ən populyar addır.
Vəhşi Qərbdə…
Nasizmdan başqa millətlər yevgenika ilə məşğul olublar. Cəmiyyəti fahişələrdən, cinayətkarlarda, homoseksuallardan və başqa degenerativ elementlərdən təmizləmək cəhdləri hamısı iflasa uğrayıb. 19-cu əsrdə Amerikada türmə cəzası üstünə cinayətkar, xüsusilə də fahişə üçün sterilizasiya da əlavə edlirdi. Sərxoşluqdan ayılmayan, isterik, axmaq, feminist qadınların da başına belə iş gətirirdilər ki, nəsil artırmasınlar. Qadının işi hamilə olmaq idi, kişi isə qaçan mustanqı dayandırmağı, min addımdan hindunu öldürməyi və hər həyat hədisəsinə İncildən sitat gətirməyi bacarmal idi. İnsest o vaxtlar ayıb deyildi. Amerikada «atası və qardaşından tez qaça bilən qıza bakirə deyilir» tərifi ilə qızları təsvir edirdilər. İndi ağdərili amerikalılar özündə əmin, yüksək mənəviyyatlı kimi təqdim edilir. Hamı bilir ki, Amerikanın professorlarının 90, mühəndislərinni 70 faizi ölkədən kənarda doğulub.
Yevqenika üzrə təcrübələri Amerikanın tarixindən daha rahat öyrənmək olur. Vaxtilə qul kimi Amerikaya gətirilib sonra azad edilmiş zənci balalarına kollecə girəndə əlavə 5 bal verən ölkə bununla ağdərili quldarın günahını yumaq istəyir. Amerikalılır keçən əsrin 70-ciillərində artıq Aya uça bilmişdilər. Amma çubuğun o biri tayı da var axı. 2010-cu ildə Detroytun meri şəhərin dörddə birini sökmək və məktəblərin yarısını bağlamaq əmrini verdi. Çünki polis narkoman, bomj və cinayətkarlarla dolu iri-iri kvartalları nəzarət altında saxlamaqda acizdir. Ona görə də təbii fəlakət baş verən kimi Amerika şəhərləri bir günün içində 1-2 yüzillik dala düşərək Vəhşi Qərb zamanlarına qayıdırlar. Bunun əksi kimi Yaponiyada baş verən zəlzələ zamanı yaponların davranışını xatırlayaq.
Yəhudilər niyə ağıllı, çinlilər işguzar oldu?
Yəhudilərin yevgenika məsələsində dəqiqdir və başqa millətlərlə cütləşməyi sevmirlər. Həmişə qovulan yəhudilərin ağıllı olmaqdan başqa çarəsi yox idi. 9000 nəfərin 1-ə nisbətində sağ qalmağın başqa yolu görünmürdü. Bütün dünyaya səpələnmiş yəhudilər qohumlarıyla əlaqə saxlamaqçün ən azı oxuyub yazmağı bilməliydi. Yəhudilər elmin qranitini gəmirməklə və ticarətdə böyük uğurlarıyla cəmiyyətdə özlərinə yer qazandılar. Onlar ağıllı amma o qədər də sağlam deyillər. Çünki polad əritmədən sonra döyülən dəmirdə izlər həmişə qalır.
SSRİ təcrübəsində lazımi nəticələr çıxaran çinlilər anladılar ki, partiyaya sədaqətlə uzağa gedə bilməzsən. Ölkədə əhalinin sayının kritik olmasına baxmayaraq çinlilər nəsil artırmağa layiş olmayanların nəfəsini kəsib ölkəyə daimi yaşayış üçün layiqli adamları dəvət etdilər. Ölkənin zir-zibili gözünü yumub-açan kimi özünü Çin səddini o biri tayında gördü. Çində ortababları incitmirlər, amma nəsil artırmağı nəzarətdə saxlayıblar. Onlar yeməyə çörəyi və yatmağa yeri varsa yaxşı sayılır. Bu təcrübənin nəticəsində Çin bütün dünyanı az qala udmuş böyük bir sənaenin sahibidir.
Hardan gəlmisənsə ora da get!
Dünya tarixi və ölkələrə ekskurs etdikdən sonra «Azərbaycanda da yevgenika varmı?» sualı cavab axtarır. Cins insanlar yetişdirilməsi məsələsi burda yüzilliklərdir ki, başına buraxılıb. Bir neçə il əvvəl məhkəmə hakimi ilə söhbətim oldu. O, qanunsuz tikilmiş 22 evi sökdürmək işində qanunun tərəfində olaraq evlərin sökülməsi qərarını vermişdi. «Bəs onlar hara gedəcək? Bəlkə başqa yerdə yer ayırmaq olardı?» kimi etirazlarıma «Hardan gəliblərsə ora getsinlər. Burda topalaşıb, içib maşın qəzaları törətmələri lazım deyil» cavab verdi. Bu da bir növ yevgenikadır. Yaxud bir dəfə ginekoloqda maraqlı səhnənin şahidi oldum. Qadın həkimə uşağı yoxdur deyə müraciət etmişdi. Həkim ona elə təyinat yazdı ki, hətta mən anladım ki, onu müalicə etmək fikrində deyil. Səbəbiylə maraqlananda dedi: «O qadın bir xəstə uşaq doğub atıb yetimxanaya. Əri də yoxdu, kimlə gəldi dolanır. İndi irsi xəstəliyi olmasına baxmayaraq birini də doğmaq istəyir. Onun sağlam uşaq doğmaq şansı çox azdı». Bu həkimi qəddarlıqda da ittiham edə bilərik. Amma o, şirin söhbətləriylə mənim başımı aldıdıb 2-ci uşağı doğmağa məcbur etdi. Bu da bir növ yevgenikadır. Şəhərimizin çox bahalı elit məktəblərinin birində şöbə müdiri müəllimlərə belə bir elan etmişdi: «Bu uşaqları yaxşı-yaxşı öyrətməliyik. Çünki onlar böyüyüb bizim müdirlərimiz olacaq». Yəqin ki, bu da insan nəslinin yaxşılaşması uğrunda atılan bir addım sayıla bilər.
Xeyirxahlıq sonun başlanğıcıdırmı?
Alimlərin fikrinə görə gen mühəndisliyinin sürətli inkişafı zamanı yevgenika öz aktuallığnı itirib. Bu gün inkişaf etmiş ölkələrdə embrionun doğuşdan əvvəl, prenatal diaqnostiası mümkündür. Bəzən irsi xəstəliklərin ehtimalı hələ 10 hüceyrə yaşından son dərəcə dəqiq hesablana bilir. Yevgenika müsbət mənada elmin nailiyyətləriylə birləşsə yaddaşın yaxşılaşdırılması, görmə qabliyyətinin artırılması, aktiv gənclik zamanın uzadılması, toxumaların bərpası, fiziki davamlığın artırılması, xərçəng riskinin və kökəlmənin qarşısının alınması məsələsində böyük irliləyişlər olar bilər. Niyə hamı düşünür ki, insan bir növ kimi inkişafından qalmalıdır?
Vaxt vardı yemək qıtlığı olanda insan qəbiləsinin özünü dolandıra bilməyən qocasını öldürürdü. Sivilləşdikcə insan əksinə, qocaların qayğısına qalmağa başladı. Vaxt vardı insan şikəsti, əlili, yazığı öldürürdü. İndi o, yetimin, yazığın, şikəstin, əlilin qayğısına qalır. Mərhəmət hissi insanın mənəvi inkişfında daha bir mərhələdir.
P.S. Əgər bu yazını oxuya-oxuya hələ də dünyanı təmizləmək ehtirasından əllərin gicişirsə, adamları tində oturmaq üsulu, ləhcəsi və danışmaq manerasıyla fərqləndirirsənsə onda millətin genefondundan silinməyə ilk namizəd elə sən özünsən.

Yuxariya doğru