Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Hərəmxana- həyatın qadın yarısı

Yaxud qızıl qəfəsdə sürən həyat
Ərəb dünyası çaxnaşmaqda olarkən dünyanın o biri, nisbətən sabit hisssi prosesləri kənardan izləyərkən yəqin ki, «görək bunun axını nə olacaq?» deyir. Ərəb dünyasını, rəngarəng ənənələri olan şərq həyat tərzini gendən müşahidə edənlərçün bu bolluq, zənginlik, sel kimi axan neft pulları, 1001 gecə nağılları kimi şirin həyat, yaşmaqlı qadınlar və yəqin ki, sirli-düyğüsal hərəmxanalar deməkdi. Amma keçən əsrin əvvəllərində ərəblərin heç cibi olmazdı, çünki ora qoyacaq bir şeyi yox idi. Bunu avropalıya desən bəlkə də inanmaz, çünki bu xalq 1001 gecə nağıllarının prototiplərini görməsəydi belə zənginliyi uydura da bilməzdi. Nə 300-500 il əvvəl, nə di indi avropa düşüncə tərzi olan adam hərəmxananın nə olduğunu anlaya bilməz. Kiməsə bu nağıl kimi gözəl və əlçatmaz, kiməsə insan ehtiraslarının toplaşdığı iyrənc bir yer kimi görünər. Görəsən hərəmxanaların iç üzünü görmək mümkündürmü?
Gözəllik - qüdrət, əzəmət mənbəyidir
Zənginlik, təmbəllik, eyş-işrət, şəhvət. Çılpaq qızlar hovuz kənarında oturub, göbək rəqsi oynayır və öz ağasının başını qatır… Hərəmxana dedikcə ilk əvvəl bu səhnələr canlanır. Amma reallaq başqadır.
Hərəm adı ərəbcə haram sözülyə qohumdur, ayrıca, qadağan olunmuş deməkdir. Bu sözün ərəb dilinə akkad dilindən gəlməsi ehtimalı da var. Mənası müqəddəs yer deməkdir. Yüksək vəzifəli adamın sarayı, ya da evinin qadınlar yaşayan və qorunan tərəfi belə adlanır. Burda kişinin ailəsinin bütün qadınları, yəni bacısı, anası, arvadları və evin qadın qulluqçuları da yaşayır. Onlar hərəmağasının nəzarəti altındadır. Birinci arvadın hərəmxana ağası titulunu bölüşmək ixtiyarı var. Sultan hərəmxanalarında böyüklüyü padşahın anası edərdi. Onu sultanın validesi adlandırardılar. Oğlu üçün qadın seçmək də onun vəzifsi idi. Hərəmxanaya düşmək çətin olmurdu, amma orda batıb qalmaq, özünə yer qazanmaq və zənginlik içinəd aşamaq hər kəsə nəsib olmazdı. Gözəl və istedadlı olmaq az idi, hiylgərlik və siyasət işlətmək bacarıgı çox lazım olurdu. Yalnız ən ağıllılara padşah, ya da onun vassallarının arvadı olmaq qismət olurdu. Qalanları qocalıb əldən düşənəcən orda qalır və bütün hərəmxananın nökərinə çevrilirdi. Bəzən qadına ərini yaxından görmək qismət olmurdu. Sayı bir neçə minə çatan hərəmxanada rəqabət güclü idi.
Bəzi hərəmxanalarda dövlətdə qoyulmuş ciddi qanunlar işləyirdi. Türk sultanlarının hərəmxanasında sultan yeni kəniziylə maraqlana, onu qanuni arvadı edib qocalmış arvadlarını edam edə bilərdi. Günahı olan qadını dəri kisəyə qoyub atzını büzməmişdən əvvəl ora zəhərli ilan, ya da vəhşi pişik atardlar. Həmin kisənin içində olanlarla maraqlanmadan onu Bosfor botazının sularına tullayardılar. Ona görə də qadınlar günah işlətmiş olanda ipək iplə boğulmalarını xoşbəxtlik sanardılar.
Gözü doymuş kişinin səadət evi
Şərq ekzotikası, cəh-cəlal, dəbdəbə çarlığı və məhv olmuş ümidlər məkanı. Müsəlman evinin qadın yarısı kimi adlanmış bu yer minlərlə qadının bütün xülyalarını alt-üst etmiş, amma seçmələrə yalnız gözəllik və ağıl sayəsində ucalmaq imkanı yaratmışdır.
Hərəmxanalar öz daxili həyatıyla yaşayaraq öz davranış qaydaları, öz ənənələrini yaratmış, gözəllik və yoldan azdırma sənətində yüksəklərə qalxmış və rəqibləri yox etmək məharətində görünməz nailiyyətlər qazanmışlar.
Əvvəllər əmir və sultanların kənizləri saxladığı yerə səadət evi adını verirdilər. Bura azad qadınlar düşmürdü. Kənizlərdən kiminsə qismətinə əmir, ya da sultanın arvadı olmaq düşürdüsə ona kadın deyirdilər.
Minlərlə rəqibi olan vaxtı qadının özünə hərəmxanada yer tutması üçün uşaq doğması vacib idi. Çünki bəzən ağasının diqqətini illərlə gözləmək lazım gəlirdi. Qadından gözü doymuş kişinin diqqətini çəkmək, onda intim arzu doğurmaq sadəcə sağ qalmağın yollarından biri idi.
Hərəmxanalar zamanı Şərq çiçəklənmə dövrü yaşayırdı. Müdrik təbiblər ay üzlü gözəllərin öz ağasını sevindirməsi üçün durmadan çalışırdılar. Hərəmxananın keçilməz sədləri və hündür hasarlarına baxmayaraq onların tapıntıları müasir parfümeriyanın əsasını qoydu. Bitki ekstraktları, müxtəlif yağlar, sabun və ətirlər Avropaya hərəmxanaların hündür divarlarını aşıb gəlib. Hərəmxanaya girmək qadağası pozulsaydı o adam başını itirməli idi.
Şəhrizadın məsləhətləri
Şərqdə qadına münasibət çox incə məqamlarla zəngindir. Çünki ərəb kişisi hələ uşaq ikən ailəsinin taleyi, sağlamlığı və bütünlükdə həyatına görə məsuliyyət hissiylə böyüyür. Qadının da ailə uğrunda özünü qurban vermək istəyini cəmiyyət bəyənir. Ona görə də qadının məişətlə məşğul olub evin qadın yarısından o yana yetməməyini həm də qadın özü istəyir. Onu orda xorla saxlayan yoxdu. Evlənmə çox bahalı prosedur olduğundan ərəb kişisi böyük xərc çəkib evlənəndən sonra öz ləl-cəvahiratını, incisini mütləq gizlətmək istəyir. Qadın kişinin gözləri və qulaqlarıdır deyirlər. Yəni ki, 1001 gecə nağıllarındakı kimi qadın Şəhrizad kimi həm vəhir, həm təbib, həm də padşağının dostu və nağıl deyənidir. Şərqdə qadınlar nağıl yaratmağı çoxdan öyrəniblər. Kişinin işi isə daha ağırdır. O, özünü sevdirməliidr ki, onun yeganə hökmdarı ola bilsin. Ona görə də zənginlikdən başqa, qadının məsuliyyətini boynuna götürə bilmək istəyi olmasaydı hərəmxanalar yaranmazdı. Öz növbəsində qadın kişinin maddi durumunnu göstəricisidir.
Nəzərləri Şərqə çevirən kimi hərəmxana anlayışı ilə tanış olmuş adama bura hüquqları tapdanmış qadınlar yığıncağı kimi görünür. Şərq qadını isə avropalı kişilər barədə daha mənfi fikirdədi. Onlar düşünür ki, qərblilər kobuddur, danışığı və xüsusilə də rəftarı bilmirlər, hər dəqiqə adama əl vurmağa çalışırlar, lüzumsuz müraciətlər edir və fotosunu çəkməyə cəhd edirlər.
Dünyada hərəmxana sözülə rəqabətə girəcək söz az tapılar. Bura həm cəzbedicidir, həm də sirli. Bu sözü dilə gətirərkən adamın ilkin instinkləri nə vaxtsa gözəlliyin əsil qiyməti verilən bir yer barədə nostalji duyğular oyadır. Hərəmxana deyəndə bəziləri səhvən asiya üslubunda fahişəxana təsəvvür edir. İslama qədər, yəni kişiyə rəsmən çoxarvadlılığı icazə verənə qədər hərəmxanalar təbii sayılaraq həmişə və hər yerdə olub. Müdrikliyilə əsrldərdə iz qoymuş Süleyman şahın hərəmxanasında 700 arvadı, 300 kənizi vardı. Onun atası Davud şahın isə 100 arvadı vardı. Hər yeni hökmdar zirvələrə çatdıqca hərəmxanasını şöhrət və qüdrət simvoluna çevirərək adi insanların gözündən iraq və yalnız arzulana bilən məkana çeviriblər. Padşahlar saraylarını ləl-cəvahiratla bəzədikləri kimi gözəl qadınlarla əhatə edirdilər ki, torpaqların və xalqların üzərində hakim olduqlarını bir daha gözə soxsunlar.
4 min nəfərlik cənnət
Hərəmxanalar barədə ilk yazılı mənbələr 15 əsrə aiddir və Osmanlı imperiyasının hərəmxanalarından danışır. Əvvəllər burda yalnız kənizləri saxlayardılar. Evlənəndə qonşu ölkələrin xristian validlərinin qızlarıyla evlənərdilər. 2-ci Bəyaziddən sonra bu qaydalar dəyişdi və sultanlar hərəmxana sakinləriylə evlənməyə başladı. Sultan 2-ci Mehmet Konstantinopolu alandan sonra indiki Bəyazid meydanında qədim zamanlarda Bursa və Ədirnədə olan sarayların nümunəsində saray tikdirdi. Topqapıda yeni saray kompleksi tikiləndən sonra köhnə saray hərəmxana kimi işlədilməyə başladı. Türk imperiasınnı qızıl dövründə Topqapı sarayında 4 min adam yaşayırdı.
16-cı əsrin siyasəti sayəsində hərəmxanalar rus, ukrayna, gürcü, xorvat qızlarıyda dolu idi. Hərəmxanalar tarixində sultan Süleymanın arvadı ola bilmiş ukraynalı Roksalina xüsusi yer tutur. O, 40 il sultanın arvadı ola bilmiş və 3 oğul doğmuşdu. Hərəmğalarına rüşvət verməklə, intriqalar yapmaqla, taxt-taca varisləri öldütdürməklə öz yerini sarayda bərkidə bilmişdi. Axı qanuna görə birinci arvadın döğdüğü ilk oğulun vərəsəlik hüququ vardı. Qalan uşaqlar məhvə məhkum idi. Sultan Süleymanın saqqızını necə oğurladısa o, birinci arvadından olan bütün uşaqlarını məhv elədi və taxta Roksalinanın oğlunu varis elan etdi.
Biz qara qulların nəvazişinə öyrəşmişik
Qafqaz knyazları öz qızlarını hərəmxanaya göndərərdi ki, bəlkə nə vaxtsa onlar sultanın seçdiyi qadınlardan biri olar. Hətta qız uşaqları körpə ikən onlara belə bir laylay da oxunardı: «Bax, böyüyərsən, sultanın arvadı olarsan, o da səni brilyantlara qərq edər». Kənizləri 5-7 yaşında alardılar və fiziki cəhətdən tam yetişənədək saxlayardılar. Böyüdükcə onlara musiqi öyrədər, etiket qaydalarını anlatar və kişiyə ləzzət bəxş etməyin sirrlərini açardılar. Yeniyetmə ikən onu sarayda adam arasına çıxarar, onun fiziki qüsuru, ya da ədəb qaydaları yerində olmasaydı qiyməti düşərdi. Atası bu qıza görə gözlədiyindən az pul alardı. Atalar qızlarını satdığı barədə sənədə qol çəkib bütün hüquqlarından imtina edərdi. Sultanın arvadı olmağa layiq bilinmiş qızlar təhsillərini davam etdirərdi. İslamı qəbul edib Quran oxuyar, xanım statusunu alandan sonra isə məscidlər tikib xeyriyyəçilik edərdilər. Bütün çətinliklərə baxmayaraq hətta kənizlər də gündəlik pul təminatı alardı. Bayramlarda, toy və mərasimlərdə hədiyyələrə simiclik edilməzdi. 9 il ağasının diqqətindən kənarda qalmış kənizin hərəmxananı tərk etmək hüququ vardı. Sultan ona gehiz, ev verib ərə getməkdə kömək edirdi. Kənizə qul olmaqdan azad edən sənəd də verilirdi. Amma bəzən azadlıq alıb ərə getmiş kənizlər geri qayıdardı. Onlar deyərdi ki, «Biz qara qullarla ünsiyyətdən aldığımız böyük ləzzətə adət etmişik». Axı axtalanmasına baxmayaraq hərəmağaları diqqətdən kənarda qalmış qadınlarla cinsi yaxınlıq edərdi.
Hərəmxananın cəlladı
Hərəmxanaların ən vacib personajı əlbəttə ki, sultan, ya da padşahın özüdür. Sonra rütbə sırasıyla validə, sultanın anası gəlir. Oğlu taxta çıxmış ana dəbdəbəli mərasimlə yeni saraya köçüb yeni imarətdə yer alardı. Sıraca sonra sultanın arvadı, kadın əfəndi gələrdi. Hərəmxananın ən koloritli sakinləri cariyələr və kənizlər olardı. Bütün qadınların təhlüksizliyi hərəmağısının boynunda idi. Hökumətdə vəzifə bölgüsündə Dar-us-saadət (Baş hərəmağası) baş vəzir və şeyxulislamdan sonra üçüncü adam idi.
Hərəmağaları çox vaxt Afrika ölkələrindən seçilirdi və qara dərili olurdu. Padşahlar bunu bilərəkdən seçirdi ki, qadınlardan kimsə günah işlətmiş olardısa doğulan uşağın rəngindən hər şey bəlli olardı.
Hərəmağası, xədimlər də 2 növ olurdu. Onlardan bəziləri hələ uşaq ikən axtalanırdı və böyüyəndə onların saqqalı çıxmır və uca qadın səsi ilə danışırdılar. Ərəblər deyir ki, belə hərəmağaları 35 yaşdan yuxarı yaşamır. Yetkin yaşlarında axtalanmış xədimlər isə zahiri cəhətdən kişiyə oxşayırdılar. Hətta axtalanmasına baxmayaraq onlarda seksual iştahası da olurdu. Həmin bu hərəmağaları bütün qadağalara baxmayaraq hərəmxanadakı qadınlarla, xüsusilə də ağanın diqqətindən kənarda qalmışlarla münasibət qururdu. Seks və alkoqola gəlincə insan fantaziyasının hüdüdü yoxdur. Bir də ki, hərəmağasının sözündən çıxmaq gələcəkdə hərəm sahibinin də gözündən düşmək demək idi. Ona görə hərəmağası gözü düşdüyü xanımdan imtina almırdı. Amma yeri gəlsə xədimlər bir zaman əzizlədiyi qadını öz əlləriylə öldürməli də olurdu. Çünki hərəmxananın cəlladı da onlar özü idi.
İnternet forumlarda öz xoşuna axtalanan cavanlar barədə yazılaral rast gəlmək olur. Onların məqsədi qeyri-leqal hərəmxanalarda işə düzəlməkdir. Hətta deyirlər ki, hər il Ərəb Əmirliklərindən cərrahlar dəstəsi gəlib əməliyyatları Qazaxstanda edirlər. Buna görə taleyini köklü şəkildə dəyişmək istəyənə ağıllı başlı pul da verirlər.
Ərəbin həmişə hərəmxanası var
Ərəbləri hələ də hərəmxanası varmı soruşsaq onlar «əlbəttə» cavab verər. Hərəmxana evin qadın yarısıdır. Rəsmi məlumatlara görə sonuncu hərəmxana 1909-cu ldə bağlanıb. Topqapı boşaldılaraq muzeyə çevrildi. Amma həm Türkiyə əyalətlərində, həm də ərəb ölkələrində qeyri-leqal hərəmxanaların olduğunu deyirlər. Varlı kişilər müsəlmana verilmiş 4 arvad icazəsində sui-istifadə edərək qadınların sayını bir az artırıb onların maddi problemlərini həll edərək balaca hərəmxanalar saxlayırlar. Hələ də balaca qızlar əlindəki gəlinciyi kənara atıb evli qadınlar kimi başına yaylıq bağlayıb ər evinə yollanırlar. Ərəb Əmirliklərində hərəmxanalarda yaşamaq nisbətən zənginlik vəd edir. Amma burada da evin qadın yarısında o, ərinin dinməz kölgəsidir. Əsrlər ötəndən sonra da hərəmxanalar kişilərin qadın üzərində hakimiyyət nişanəsidir.
Ərəb xilafəti Avropaya öz mədəniyyəti və elmini gətirməklə yanaşı antik dövrün müəlliflərinin artıq məhv edilmiş əsərlərini qaytarıb. Ərəblər vaxtında onları tərcümə edib saxlamışdılar. Onlar yeni biliklər, dillər, yeni irq eləcə də yeni enerji gətirmişdi. Avropa hərəmxanalardan xəbər tutanda öz təsəvvürlərindən çox fərqli olduğundan böyük maraq doğurdu. Ərəblər çıxıb gedəndən sonra da hərəmxanalar yoxa çıxmadı. İndi hərəmxanalar kralların saraylarına köçərək bir qədər görkəmini dəyişdi. Xristianların səlib müharibələri zamanı Avropaya təkcə pullar deyil, həm də qullar axışıb gəlirdi. Bəzən zəbt edilmiş hərəmxanaların avadanlığı sakinləriylə birlikdə Avropaya köçürülürdü. Səlib müharibəsindən elmi, fəlsəfi, tibbi, texniki yeniliklərlə birlikdə şərqdən hərəmxanaların abu-havası da gətirilirdi.
Hərəmxananın içəridən görmüş ilk avropalı Foma Dallan olub. Onu 1599-cu ildə Konstantinopola ezam ediblər ki, ispan kraliçəsi İzabellanın hədiyyəsi olan orqan alətini kökləyib onu çalmağı türklərə öyrətsin. Dallana böyük hörmət əlaməti kimi hərəmxanaya gitirib kənizlərdən ikisini seçmək təklifi edilir. Sultan qonağını hasara tərəf gətirib özü kənara çəkilir. Hasardakı pəncərədən içəridə top oynayan azı 30 gənc kənizi görmək olurdu. Onlar o qədər gənc idi ki, ilk baxışdan oğlan uşağına oxşayırdılar. Amma çiyinlərinə düşmüş mirvari düzülmüş hörüklərindən qız olduğu bilinirdi. Qızıl bilərzikli yalın ayaqları qaçanda cingildəyirdi. Bütün gördüklərindən təsirlənən qonağa elə gəldi ki, bütün bunlar ona başı bahasına başa gələcək və o, düşünmədən qaçıb şəhər çıxdı.
Hərəmxanalar həmişə olub, yəqin olacaq da
Hərəmxana kişi arzularının tam şəkildə reallaşması kimi görünür. Səndən asılı qadınlar bütün istəklərini düşünmədən icra etməyə hazırdır. Müasir dövrün varlı sultan, şeyx və əmirlərin hərəmxanaları təkcə yerli gözəllərdən ibarət olmur. Müsir kənizlər arasında striptiz rəqqasələrdən tutmuş fotomodellər, gözəllik msabiqələrini qaliblərinə qədər müxtəlif sort qadınlar var. Onlardan əksəriyyəti burda öz xoşuna yaşayır. Bəzən müəyyən müddətə müqavilə bağlanır və sonunda alınacaq qonorar dəqiq göstərilir. Qadın buranı tərk etməli olarsa alacağı məbləğ həmişə göstəriləndən bir qədər artıq olur. Müasir ərəb dünyasında hərəmxanalara qadın toplayanlara «maşate» deyirlər. Onların biznesi qanunsuzdur, ona görə də onlarla əlaqə qurmaq çox çətindir. Onlar qızları klublardan, barlardan, striptiz rəqqasələrdən özləri seçir. Hərəmxanaya düşməkçün bu da azdı. Qızlar bütün analizləri verir və tam tibbi müayinədən keçirlər. Sonra onların bütün bədənlərinin tam epilyasiyası edilir, hətta qoldakı, kürəkdəki tüklər də yox edilir. Epilyasiyadan sonra qadının bədəni süd və bal iyi verməlidir deyən təbii üsullardan istifadə olunur. Epilasiya çox ağrılı olur, amma bu da imtahanlardan biridir. Əgər qadın ağrıya güclü reaksiya vermirsə deməli o, yataqda da soyuqqanlı və ehtirassz olacaq. Sonuncu imtahanı bu qızlardan 2 nəfər sakitləşdirici narkotik qəbul etmiş kişi götürür. Hərəmxana sahibləri belə narkotikləri şərab əvəzi icdiyindən duyğuları kütləşmiş kişilərin ehtirasa gətirməkdə ustad olmaq lazım olur. Maşate seçdiyi qızlar arasında daim mubahisə salıb onları qıcıqlandırır. Çünki ona münaqişələri tez və davasız həll edənə qadın lazımdı. Amma bu yolla seçilmiş qızların hamısı hərəmxanaya düşmür. Bəzən onların pasportlarını əllərindən alıb fahişəliyə vadar edirlər.
Hazırda dünyanın ən böyük hərəmxanası quldur Ben Belinki sayılır. O, Cənubi Çin dənizi böyunca Malayziya yaxınlığında gəmiləri qarət edir. Deyilənə görə orda 900 kəniz saxlanır. Sırada dünyanın ən varlı adamlarından biri Bruney sultanıdır. Onun hərəmxanasında 700 kənizi var. Onlardan bəzilərinə onun heç əli də dəyməyib, onların oxuyub-oynamaq üçün bura gətiriblər. 1992-ci ilin ABŞ gözəli elan edilmiş Şennon Makketik də sultanın hərəmxanasına düşmüşdü. O, burda 3 ay qalandan sonra müqavilə üzrə vaxt bitdiyindən vətənə qayıdandan sonra sultanı məhkəməyə vermişdi ki, guya onu fahişə kimi işlədibmiş. Araşdırma zamanı məlum olur ki, hərəmxanada olduğu müddətdə nə sultan , nə də onun qardaşları, nə də oğulları amerikalı xanıma əl vurmayıblar. Müqavilənin sonunda danışıldığı kimi 100 min dollar və hədiyyə kimi brilyant kolyesini alıb çıxıb gedib. Səddam Hüseynin hərəmxanasında müxtəlif millətlərdən olan 500 nəfərədək qadın saxlanırdı.
Siyasi hərəmxana
Bəzən hərəmxananı xristian aləmindəki monastrlarla müqayisə edirlər. Qadınlar burda yeni ad, yeni din alır və tam müti olmağa hazırlanırdılar. Qızlar bura daxil olanda bütün dünya ilə əlaqələrini kəsərək keçmiş həyatlarıyla vidalaşırlar. Onlar ixtiyarına verilmiş ərazidə yeyir içir, yatır, rəfiqələrilə görüşür, rəqs edir, xırda əl işləriylə məşğul olurlar.
Ona görə də müqəddəs Qraal axtarışı haqqında hekayələrdə sirli qadınlar arasına düşmüş cəngavərlər haqqında əhvalatlar əmələ gəlməyə başladı.
Dünyanın gedisi ərəb dünyasına da təsir etməyə bilməzdi. 1903-cü ildə Dar-Benkiranə qul bazarında satılmış Lalla Yasminin nəvəsi mərakeşli Fatimə Mernessinin də əhvalatı böyük əks-səda doğurdu. 15 il Fes hərəmxanasında keçirmiş nənəsinin danışdıqlarından Fatimə 1984-cü ildə «Mərakeş qadınların gözüylə», 3 ildən sonra isə «Siyasi hərəmxana» adlı kitabları çap etdirdi. Hər iki kitab qadağan olundu. Siyasi hərəmxana kitabında peyğəmbərə hörmət və sayğı saxlanılmaq şərtilə Məhəmməb peyğəmbərdən bu yana qadına qarşı olan bütün haqsızlıqlar göstərilir və deyilirdi ki, peyğəmbərimizin nəsihətləri təhrif edilmişdir ki, qadının müsəlman cəmiyyətində əsarətdə olmasınıa bəraət qazandırılsın. Müəllif 1989-cu ildə Xomeyniyə xoş olmayanların 80 nəfərlik qara siyahısına salınmışdır.
***
Hərəmxana, göbək rəqsi və 1001 gecə nağılları - bunlar ərəb erotizminin əsasını təşkil edir. Bütün bunların tamam yoxa çıxması üçün kiminçün nağıl, kiminçünsə qızıl məhbəs olan bu dünya tamamilə yer üzündən silinməlidir. Bele şeyləri isə bəni adəm bilməz…

Yuxariya doğru