Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Nahaq dünyanın haqsız qanunları

Hələ də dava-dava oynayan kişilərin din və siyəsət məzələrinin qurbanları çox vaxt qadınlar olur
Britaniya mətbuatı tükürpədici rəqəmlər açıqlayır: hər il «qeyrət üstündə», «ailə şərəfinə görə» 20 min qadın öz qohumları tərəfindən öldürülür. Qatillərin içində bütün dinlərin nümayəndələri var deyən bunu müsəlmanların üstünə atmaq olmur. «İnoPressa» saytı «The İnderperdent» qəzetinə istinadən yazdığına görə ekspertlər narahatdır ki, qloballaşma qol-budaq atdıqca qeyrət üstündə qətllər Avropada da yayılmağa başlayıb. Qadın hüquqları müdafiə cəmiyyətləri isə açıqlanan rəqəmlərin azı 4 dəfə az olduğunu deyir. Qurbanlar isə cavan qadınlar, qızlar, hətta yenietmələrdir. Ailə şərəfinə görə qadınların başını kəsir, yandırır, döyür, doğrayır, elektrikə qoşur, boğur və diri-diri basdırırlar.
Burunsuz qadınlar da xoşbəxtlik istəyir
«Onlar mənim burnumu və qulaqlarımı kəsəndə huşumu itirdim. Burnum elə bil ki, buzlu su ilə dolmuşdu. Gözümü açanda gördüm ki, hər yer qan içindədi» - əfqan qızı Aişə Bibi öz həyatını belə danışır. Onun 8 yaşı olanda atası qızını «Baad» cərəyanından olan bir taliba ərə verməyi vəd vermişdi. O, bu yolla, yəni «qan borcunu» verməklə düşmənçiliyi olan bir ailəylə yaxınlaşmaq fikrindəydi. 12 yaşına qədər qızı ailədə sanki at tövləsindəki kimi saxlayırlar. Çünki ərinin 10 qardaşının dalıyca yığışdırmaq lazım gəlirdi. 12 yaşında ərə gedəndən sonra mütəmati döyülmələr başladı. Döyülmələrə o biri qardaşlar da qoşulurdu. Bəzən Aişə günlərlə ayağa qalxa bilmirdi. Aişənin sonrakı əhvalatının iki versiyası var, hərəsi də müxtəlif mənbələrdən gəlir. Bəziləri deyir ki, guya Aişəyə qaçmağa 2 qoşusu kömək edir. Kandaqara köçəndən sonra isə onu aldadaraq satmaq qərarına gəlirlər. Bunu görən polis hər üçünü tutub türməyə salır. İkinci versiyaya görə isə Aişə qonşuya qaçır və qonşusu onu polisin əlinə verir. Polis də onu ailədən qaçdığına görə türməyə salır. Hər iki əhvalatın sonunda 3 illik türmə həyatı görünürdü. Aişə 4-5 ay yatandan sonra atası onu türmədən götürüb yenidən ərinə qaytarır. Bununla belə məhkəmənin qərarına görə evdən qaçan qadının burnu və qulaqları kəsilməliydi ki, ailənin üstündən ləkə götürülsün. Kəsilmə mərasimi Uzurqanda baş verir və bundan sonra əri onu qan içində qoyub çıxıb gedir. Aişə sağ qalmasına görə amerikalı əsgərlərə borcludur. Maraqlıdır ki, hospitalda müalicə aldığı 2 ay ərzində atası hər gün onun yanına gəlib onu ordan götürmək üçün qızına yalvarırdı. Aişə «Time» jurnalının üz qabığında şəkil çəkdirəndən sonra məsələ bütün dünyaya yayıldı. İndi Aişənin adam kimi yaşamaq və plastik əməliyyat vasitəsilə görkəmini bərpa etmək şansı əmələ gəlib. Amma o, hələ də təklifləri qəbul edib Amerikaya köçə bilmir. Çünki o, Əfqanstanın cənubundandır, ölkədən çıxmaq üçün əri, ya da atasından icazəsi yoxdur və hətta doğum haqqında şəhadətnamənin nə olduğunu bilmir. Bütün dünya bu əhvalatın sonun gözləyir. Eybəcərləşdirilmiş sifətilə jurnala poza verən Aişə deyir ki, o, yalnız sülh istəyir.
Azərbaycanlılar dünyaya 9 dildə yalvarır
Keçən bazar, sentyabrın 12-də təbrizli, azərbacanlı xanım Səkinə Məhəmmədi-Aştianinin müdafiəsinə görə Parisdə, Respublika meydanında mitinq keçirildi. 43 yaşlı xanımı zinakarlıqda və ərinin ölmündə günahkar bilərək daşqalaq yoluylu edama məhkum ediblər. Onun 2 uşağı 16 yaşlı Fəridə və 20 yaşlı oğlu Səid dünya ictimaiyyətinə 9 dildə müraciət edərək kömək diləyiblər. 2006-cı ildən türmədə olanı Səkinənin hər an edam edə bilərlər. Maraqlısı odur ki, daşqalağa məhkum edilmiş qadın zina edərkən artıq dul idi. Amma onu nikahı olmadan kişiylə əlaqədə olduğuna görə öldürməyi lazım bilirlər.
Şəriətə görə zinaya görə daşqalaq edilmə cəzası var. Amma onun zinakarlığını 4 nəfər təsdiqləməli və şahidlik etməlidir ki, belə ağır cəzaya məruz qalsın. Günahı təsliqlənərsə məhkumu çalaya basdırır və elə ölçüdə daşlar seçirlər ki, 20 dəqiqə sürən edam prosesində məhkuma verilən əzab uzun çəksin və ölüm tez gəlib onun canını asanlıqla qurtarmasın. Əgər məhkhum çaladan çıxa bilərsə onu əvf edə bilərlər.
Qadınlar azalmır ki, azalmır
Qətllər o qədər dəhşətlidir ki, onları dalbadal sadaladıqda hər şey adiləşə bilər. Bu əhvalatlar bir-birinə bənzəyir və eyni zamanda qəddarlıq dərəcəsinə görə fərqlənir. İnsanlar ailə şərəfi, ləyaqət və sair bu tipli şeylərə görə bəzən ifrat dərəcədə nadan ola bilirlər.
İordaniya və Misirdə baş vermiş bir neçə hadisədə atalar öz qızlarını zorlayıb. Onlar hamilə qalandan sonra isə ailənin şərəfini qorumaq üçün onları öldürüblər. 16 yaşlı türk qızı Mədinə Mezmini cavan oğlanla dostluq etdiyinə görə diri-diri torpağa basdırıblar. 2008-ci ildə Somalidə 13 yaşlı Aişə İbrahim Duxulovu minlərlə adamın gözü qarşısında boğazacan torpağa basdırıb daşqalaq ediblər. 50 kişi zinakar elan edilmiş bu qızı huşu gedənədək daşlayandan sonra onu torpaqdan çıxarıblar. Ölmədiyini görəndən sonra isə yenidən basdırb daşlamaqda davam ediblər. Bu hətta daşqalaq edilmə qaydalarına da zidddir. Çünki qanunda deyilir ki, 20 dəqiqə daşlanandan sonra məhkum sağ qalarsa torpaqdan çıxıb canın qurtara bilər. Amma daşqalaq ediləndə də hər şey qadının məhvinə yönəldilir. Çünki kişini beləcən basdırırlar, qadını isə boğazınadək. Ona görə qadınlar bu əməliyyatdan sağ çıxmır. Daşqalaq edilmiş Aişənin günahı o idi ki, 3 kişi tərəfiindən oğurlanıb zorlanmışdı. Qızın qohumları bunu «Əl Şəbab» silahlı qruplaşmaya xəbər vermişdilər.
Pakistanda Dakar yaxınlığında su kanalında bir qadının meyiti tapılmışdı. Onu ikinci uşağını dünyaya gətirərkən öldürmüşdülər. Qadını baltalamamışdan əvvəl onun dodaqlarını və qulaqlarını kəsmişdilər. Qadının qanlı paltarının üstündə onun ilk uşağının meyiti uzadılmışdı. Doğulmağa macal tapmamış ikinci uşağın başı bayıra çıxıb oradaca qalmışdı. Müsəlman din xadimləri «lənətlənmiş qadın və onun bicbalalarını» dəfn etməkdən imtina etmişdilər.
Pencabda Mirval adlı kənddə 11 yaşlı oğlanı ona görə ittiham ediblər ki, 30 yaşlı qadınla gəzişərək bütün nəslinin adını batırmışdı. Buna görə onun 18 yaşlı bacısını bir qrup kişi zorlamalı idi. Sonra həmən yazıq qızı kəndin içndə çılpaq şəkildə gəzməyə məcbur elədilər. Cinayət faktını isə polis düz bir həftədən sonra qeydiyyata aldı.
17 yaşlı Deriya öz sinif yoldaşına vurulduğuna görə əmiləri və qardaşlarından ailənin namusunu yumaq üçün özünü öldürmək tələblərilə sms-lər alırdı. Qız dəfələrdə özünü öldürməyə cəhd eləmişdi. Nəhayət zorakılığa məruz qalmış qadınlar üçün sığınacaqda özünə yer tapa bildi.
2007-ci ildə Diyarbakırdan olan Murat Kara etiraf edir ki, 13 il əvvəl anası və əmilərinin əmrilə bacısını sevgilisilə qaçdığına görə öldürmüşdü. «Bacımı öldürənə qədər hətta qonşular da mənimlə daşışmaq istəmirdi. İmam isə deyirdi ki, bacımı bodürməsəm Allahın əmrindən çıxmış sayılacağam».
«Namus üstündə» yarlıkı ilə rəsmiləşmiş qətllər üzrə Türkiyə Pakistandan sonra ikinci yerdə durur. Türkiyədə «namus üstündə» baş verən qətlllərin çox hissəsini kürdlər törədir. Məhkəmələr isə «namus üstündə» qrifi altında keçənlərə çox yumşaq cəza verirlər. Məsələn, 2001-ci ildə İstambul məhkəməsi bacısını fahişəlik etdiyinə görə körpüdən tullamış 3 qardaşın ömürlük cəzasını 4 ilədək endirmişdi.
«Doaa Network Against Violence»in müxbiri Azo Kamal azır ki, 1991-2007-ci illər arası İrakın kürd əyalətlərində namus üstündə 12,5 min qadın öldürülüb. Ölənlərin bir çoxunu qohumları özünü öldürməyə məcbur edib. Namus üstündə «havalanma» təkcə kürdlərə xas deyil. Tikritdə yerli türmədə cəza çəkən qadın qardaşına deyir ki, gözətçi tərəfindən zorlanıb və hamilədir. Qardaşı gələn dəfə görüşə gələndə ailənin nəmusunu xilas etmək üçün bacısını yerindəcə güllələyir.
19 yaşlı Şabvo Əli Raufu isə öz qohumları güllələdi. Onun mobil telefonunda naməlum nömrə tapılmışdı, ona görə.
Son vaxtlar İspaniyada qadın üzərində zorakılıq hallarının artdığını deyirlər. Burada şəriət qaydalarına riayət etməyən müsəlman qadınlarını cəzalandıran qrup əmələ gəldiyindən mötədil məsəlmanlar çox narahatdır. Əslən Mərakeşli olan Boşra adlı 30 yaşlı qadının taleyi son zamanlar narahatlıq doğurur. O, İspaniyaya qeyri-leqal şəkildə gəlmişdi. Burda o, bacısının ərindən hamil qalıb. Bacısının yoldaşı uşağın zinadan doğulacağını deyərək onu məhv etməyi tələb edir. Qadın isə onu hədələyəni məhkəməyə verib. Bu ilin mart ayında Boşranı mağazadan oğurlayıb bir kənd yerinə gətirirlər. Onu və günahdan doğulacaq uşağını ölmə məhkum edən məhkəmədə 20 nəfər iştirak edirdi. Səhəri gün qadını ailəsinə qaytarırlar və o bacısı ilə əri arasında olan çəkişmədən istifadə edərək qaçıb polisə zəng edir. İstintaq nəticəsində 20 nəfərin şəxsiyyəti məlum olsa da onlardan cəmi 7 nəfəri həbs edilir. Boşra uşağı doğandan sonra yenə də qeyb olur. Kimsə onun hələ də sağ olduğuna inanmır.
25 yaşlı şairə Nadiyə Ancuman isə öz şeirlərinin qurbanı oldu. O, qəzəl janrında yazırdı. Qəzəllər isə adətən məhəbbətdən, sevgidən olar. Onun şeirləri qəmgin, mistik xarakterli idi. Uzun illər qadın onları gizlicə yazıb saxlayırdı. Taliban rejimi süqut edəndən sonra Nadiyə şeirlərini yığıb «Tutqun çiçək» («Gule Dudi») adlı kitab şəklində çap etdirdi. Bu onun sonuncu hərəkəti oldu. Çünki əri bunun üstündə onu öldürdü. Deyirlər ki, əri də diplomlu, oxumuş ədəbiyyatşünas imiş. Amma oxumuş kişi arvadına və onun qarnındakı 6 aylıq uşağa qıydı. Xalqın adətinə görə məhəbbət və gözəllikdn yazan qadın ailəsinə yalnız rüsvayçılıq gətirir.
Bəsrədə 2008-ci iln statistikasına görə müsəlman libası geymədiyinə görə hər ay 15 qadın öldürürdülər.
Namus üstündə polisin də sözü keçmir
Qadın cəmiyyyətlərini hesablamalarına görə İordaniyada xristian azlıqları arasında (cəmi 5 milyon adam) namus üstündə öldürülmələr müsəlmanlar arasında olanlardan nisbətcə daha artıqdı. Əsasən qadınları müsəlmanlara ərə getmək istədiklərinə görə öldürürlər. Amma xristianlar bu barədə danışmır və dillərini dişləri arasında möhkəm saxlayırlar.
«Human Rights Watch» hüquq cəmiyyəti belə məsələlərdə polis və hüquq müdfiə orqanlarını etinasızlıqda ittiham edir. 2005-ci ildə qardış 17 yaşlı bacısını ona görə öldürmüşdü ki, qız hamilə idi. Amma o öz atasından hamilə qalmışdı. Zorakılıqdan sonra qız polisə müraciət etsə də onun ərizəsinə heç baxmamış və zorakı atanı heç dindirməmişdilər də.
Namus üstündə qətllər hətta liberal Livanda da baş verir. Suriyanın ictimai təşkilatları qadın qətllərinə qarşı etiraz edəndən sonra isə qohumlarla nikahdankənar əlaqəyə görə cəzanı 2 ilə qədər artırdılar. İran və Əfqanıstanda isə namus üstündə qətllər qəbilələr arası baş verir. Rusiyada bu problem əsasən Çeçenistan ərazisində çox aktual olaraq qalır. Çeçen prezidenti Ramzan Kadırov hətta ailə namusu üstdə qətlləri dəstəklədiyini gizlətmir. Qroznıda 7 güllələnmiş qadının meyiti tapılanda heç bir sübut və dəlili olmasa da onları əxlaqsız həyat tərzinə görə öldürüldüklərini rəsmi qaydada dilinə gətirmişdi. Çeçenstanda başını bağlamamış qadınları küçədə peyntbol tüfənglərindən «güllləyirlər». Rəng atan «güllə»lərlə qadınları işarələyir, xəbərdarlıq edir, sonra isə döyürlər. Qara şüşəli, nömrəsiz maşınlar şəhərdə gəzir və elan olunmamış qərarların icrasını edirlər. Bunlar mobil telefona çəkilir və yayılır ki, cızığından çıxanlar az olsun.
10-12 yaşlı gəlinlər
Qadına qarşı zorakılq baş alıb gedən vaxt demək olmaz ki, qadınlar da əlləri qoynunda oturublar. Mübariz əhval-ruhiyyə 12 yaşlı qızın 80 yaşlı ərindən boşanma almağa nail olanda sonra lap gücləndi. Səudiyyə Ərəbistanından olan bu qızı keçən il üstündə 14,5 min funt cehizlə birgə ərə vermişdilər. Ümumiyyətlə Şərq ölkələrində qızları tez ərə vermək qəbul edilib. Bu yaxında Yəməndə 12 yaşlı qız zifaf gecəsi vəfat edəndən sonra çoxları yaş həddini dəqiqləşdirmək barədə düşünməyə başlayıb. Səudiyyə Ərəbistanında 8 yaşlı qız 47 yaşlı ərindən boşanmağa nail ola bilib. Qızın əri isə məhkəmədə arvadının həddi-buluğa çatacağı günü gözləmək təklifiylə çıxış edib. Boşanma qərarını əldə etmək asan olmadı. Çünki ərizəni verən qızın anası özü də boşanmış olduğından azyaşlı qızına himayədarlıq etmək hüququndan məhrum idi. Qızın atası isə «kürəkəninə» pul borclu olduğundan bu yolla canını borcdan və qızından da qurtarmaq istəyirdi.
Keçən il «Glamour» jurnalı «İlin qadınları» mükafatını 10 yaşlı yəmən qızı Nucud Əli və onun vəkili Sada Kaseriyə «Uşaqların müdafisinə ucalan səs» nominasiyasında layiq bildi. Nucud məktəbdə yaxşı oxuyurdu və Allaha dua edirdi ki, onu oxumağını qurtarmamış ərə verməsinlər. Amma ailədə 15 uşaqdan biri olduğundan artıq qarından izhal olmaq istəyən validenlərin fikri əsas götürülürdü. Nucudun 9 yaşı olanda onu 30 yaşlı kişiyə ərə verirlər və o, məktəbi atmalı olur. Ailədə seksual zorakılıqla üzləşəndən sonra o, başını götürüb birbaş məhkəməyə gedir. Kişinin müşayəti olmadan belə addım atmaq İslam ölkəsi üçün görünməmiş hadisə idi. Ölkənin qanunları kişiyə azyaşlı qızlarla evlənməyi icazə verir və amma o, arvadıyla intim münasibti o vaxt qura bilər ki, qadın fiziki cəhətdən buna hazır olsun. Bu prosesin udulması yəmən qadınının böyük qələbəsi idi. Bu prosesdən sonra məhkəməyə buna bənzər daha 3 iş də daxil oldu.
***
Hələ nə qədər qızlar İnternetdəki tanışlıqlarına görə, mobil telefonla danışdqılarına görə, radioda sevimli mahnısını sifariş verdiyinə, küçədə naməhrəmlə danışdğına görə, yaylığı yaxşı bağlamadığına, yaxud heç bağlamadığına görə zərər çəkəcək. Yaşadığımız dünya, başımızı dolandırdığımız cəmiyyət güclülərin qanunları əsaında işləyir. «Kim güclüdürsə o da haqlıdır!» şüarının altından hələ ki çıxa bilməmişik. Cəmiyyətdə əzələ yığınının sözü daha tez keçir. Qadınlarsa bu cəhətdən heç yarımayıb.

Yuxariya doğru