Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

İstəmirəm!

Sevgi uman qadınların «miqren»inin səbəbləri

Müasir qadının beyni qəribə orqandır. Burda nələr yoxdu?! «Klon» serialının bütün serialarının arxivatorundan tutmuş «Mən axı demişdim!» adlı polad pozisiyaya qədər hər şey özünə yer tapır. Buralarda bir az eşələnsən «qadın məntiqi» adlanan element və kişilər üçün ən dəşhətli, əbədi başağrılarını genirasiya edən sahə də tapılar. Kişilər bizim isteriyalarımızın, kaprizlərmizin səbəblərini bir az çalışsalar anlaya bilərlər, amma «İstəmirəm!» kimi tərcümə edilən klassik başağrısı fenomenini onlar dünyasında anlamayacaqlar. Zarafat bir yana, amma qadınlar məşuqə, evin xanımı, nişanlı qız olarkən vəzifələrindən yaxa qurtarmaq üçün nələr uydurmayıblar? «Başım ağrayır», «Əhvalım pisdir», «İşdə yorulmuşam» deyərək dişi olmaq vəziəsindən qaçırlar. Amma niyə? Belə hərəkət erkəklərin heç ağlına da gəlmir. Ləzzətli bir şeydən imtina etmək üçün bəhanələr uydurmaq nəyə lazım?
Qadınlar get-gedə gözəlləşir!
Çarlz Darvini və onun təkamül nəzəriyyəsini bir ağızdan söyənlər özü də etiraf etməyə məcburdur, evolyusiya insan fərdlərini daha cazibədar edir. Zəif cins bunun üçün xüsusi olaraq heç çalışmasa da təbii seçmə yolu ilə insanlar gözəlləşir. Biz nəinki 100 min il bundan əvvəl mağaralara sığınmış əcdadlarımızdan, hətta 100-200 il bundan əvvəl yaşamış nənə və babalarımızdan çox fərqlənirik. Yəni təvazökarlıqdan uzaq olsa da deməliyik ki, biz daha gözəlik. Tədqiqatçılar etiraf edir ki, təkamül prosesi qadınların nümunəsində daha aydın görünür. Müasir qadın elə keyfiyyətlərlə «silahlanıb» ki, hələ də kişiləri çönüb arxaya baxmağa məcbur edə bilir. Amma kişilər təkamüldən fərli bir şey qazanmayıblar. Mağaralarda veyillənən vaxtlarıyla müqayisədə ciddi dəyişikliklər görünmür. Diqqətlə baxası olsaq bəzi orqanların kiçilmə prosesini görəcəyik. Amma bu barədə danşmayaq, axı kişiləri incitmək fikrində deyilik.
Sözün qısası, qadınlar gözəlləşdikcə kişilər ibtidai görkəmdə qalıblar. Helsenki Universitetinin professoru Markus Yokelanın apardığı statistikanın nəticələrinə görə gözəl qadınlar kifir qadınlara nisbətən 16 faiz çox uşaq doğurlar. Gözəl qadınların gözəl uşaqları doğulur, xüsusilə də qızları lap çox olur. Beləliklə gözəllik genlə anadan qıza ötürülür və artır. Bu sürətlə getsə nə vaxtsa yer üzündə yalnız fotomodellər gəzişəcək. Alimin fikricə gözəl qadının özünə uyğun erkək seçmək şansı daha çoxdur. Çünki gözəl qadın uğrunda kişilər bir-birinin boğazını gəmirir. Burda gözəgəlimli kişilər də var, imkanlı da, ağıllı da. Qadına isə bu namizədlər içindən ən uğurlusunu seçmək qalır. Qadın isə həmişəki kimi ailə üçün ən yararlı kişini seçir. Bu da gözəl balaca qızlar yetişlirmək üçün şərait yaradır. Birdən qadınlar bu boyda seçimiin içində gözəl maçoları seçməyə başlasa nə olar? Onda qadınlar ərinin genlərinə güzəştə gedərək gözəl kişilər doğmağa başlayacaq? London iqtisadiyyat məktəbinin psixoloqlarının Satoşi Kanazamanın başçılığı altında keçirdiyi tədqiqata əsasən demək olar ki, hər iki valideyn göyçək olarsa gözəl qızların doğulması göyçək oğlanların doğulmasından 26 faiz artıq olur. Yəni ki, gözəl qadınlar doğulub və yəqin ki, doğulacaq da.
Qadının ağlına vurulanlar da olur
Təbiətdə erkək və dişilərin rolu insanınkından ciddi şəkildə fərqlənir. Orda erkəklər gözəl olmağa məcburdur. Rəngli lələklər yetişdirmək, rəqs etməyi öyrənmək, buynuzları rəqibinin «gözünə soxmaq» lazım gəlir. Dişilər rahat oturub özünü oda-közə vurmur, onsuz da qaça-qaça gələcəklər. Cəmiyyətdə rolların tam əksinə olması bəzən alimləri çaş-baş qoyur. Burda açıq dekolte, qısa yubka, parlaq makiyaj, saç düzümü və sair üsullar erkək tovuz quşunun quyruğunu yelləməsini çoxdan kölgədə qoyub. Birdən rollar yerini dəyişər, onda necə? Vaşinqton kollecindən olan Conatan Qottşal deyil ki, qadınları gözəlləşdirən səbəb bir yox, ikidir. Təkamül prosesi yavaş-yavaş öz işini görərkən bununla yanaşı qadının keyfiyyətdi erkək axtarışı onu gözəl olmağa məcbur edir. İş təkcə cəmiyyətdən asılı olsaydı kişilərin gözəlləşməsi, qadınların kifirləşməsi prosesi də getməlidi. Çünki hazırda gender rollarının dəyişməsi baş verir. Qadınlar ailədə və cəmiyyətdə irəli çıxmağa, iş qurub bizneslə məşğul olmağa, şəxsi kapitalını toplayaraq müstəqil olmağa başlayıblar. İndi kişiləri qadının təkcə xumar gözləri deyil, həm də maddi durumu maraqlandırmağa başlayıb. Qadının ağlına da vurulanlar da var. İndi qadınlar özü partnyor axtarmağa başlayıb. Seçəndə də yəqin ki, kifirini seçməzlər.
Yuxarıda deyilənləri təkzib etmək istəyənlər çimərliklərdən kiçicik reportaj yazıb qadın gözəllikləri barədə mifi darmadağın edə də bilər. Yəqin ki, bu barədə dəniz mövsümü bitəndən sonra yazmaq lazım idi. Bir aksioma da var, qadın kişinin görmək istədiyi kimi olur. Gözəllik məsələlərinə böyüdücü şüşə ilə baxanda kişilərin şişman qarınları qadın selülitindən heç də yaxşı görünmür. Amma tərs kimi kişilər gözəllik və təkamül prosesinin zirvəsi olmağa iddialı deyillər. Onlar sadəcə keyfiyyətli seks istəyirlər, vəssalam…
Pionerlər kimi «Həmişə hazır!»
Bəs qadınlar niyə dünyanın bu ləzzətindən vaxaşırı imtina edərək yayınır, bəzən isə bəhanələr uyduraraq qaçırlar? Demək olarmı ki, qadınların instinkləri korşalıb? Səbəbləri araşdıraq.
Əvvəla, əgər qadın intim münasibətdən qaçırsa ola bilər ki, hələ zamanı yetişməyib. O özünü hələ tanımadığı adama etibar edə bilmir. El arasında, daha doğrusu əcnəbi filmlərdə «3 görüş qanunu» deyilən bir qayda var. Abırlı qız nəinki birinci, hətta ikinci görüşdən sonra da yatağa girməməlidir. Bir növ abır-həya kodeksidir. Bizdə bu qanun işləmir. Ərə getdinmi, vəssalam. Ömürlük devizin pionerlər kimi «Həmişə hazır» olmalıdır. Kişilər bəzən imtinanı səbəblərinin o qədər sadə, hətta onlarçün mənasız görünsə də fizioloji səbəblərdən olduğunu ağlına da gətirmir. Bəlkə qadın şəxsi gigiyenasında əmin deyil, alt paltarı hadisəyə uyğun seçilməyib və s. bu tipli bəhanələr. Belə şəraitdə hər ikisi istəkdən yansa da qadın çox vaxt «yox» deyir. Qadın üçün çit darbalaqda sevimli kişisinin qarşısında dayanmaq ölümə bərabər bir şeydi. Bunu kişilər anlamaz.
Ola bilər ki, qadın incikdir, hansısa sözün, hərəkətin acığını çıxır. Belə olanda qadın üçün seks qisas almağın ən tutarlı üsuludur. Ya mən deyən olacaq, ya da üzümü divara çevirib yatacam! Bu mövzuda qədim yunan poeması da var, arvadlar üsyanı qaldırmış qadın Lisistratanın adına adlandırılıb. Afinalı qadınlar ərlərinin dava-dava oyunundan bezəndən sonra silahı yerə qoyub quzu kimi evə qayıtmağı tələb etdilər. Yoxsa şəhərin bir kişisi də arvadına toxuna bilməyəcəkdi. Düzdü, «moratori»ni hamı saxlaya bilmədi, amma qadınlar məqsədlərinə çatdlar. Əsrlər keçib, amma qadın pozisiyası dəyişməyib.
Ola bilər ki, qadın düşünür ki, ondan istifadə edirlər. Axı hamı bilir ki, 20-ci əsrin adəmləri üçün riyakarcasına «sevirəm» demək heç yalan da sayılmır. Etiraf etməliyik, sevgi izharları qiymətdən düşüb. Nəinki evlilər, hətta ürək fəth etməyə hazırlaşanlar belə dilinin altına bir parça qənd qoymaq istəmir. Evli kişi isə arvadına «Əzizim, baxmayaraq ki, mən lampoçka almağı (kranı düzəltməyi, vaxtında evə gəlməyi) unutmuşam mən səni çox sevirəm!» deyirsə məlum məsələdi əvəzində o nə istəyəcək. İstəmirsə heç həmən bu cümlələri də deməyəcək. Ona görə də qadın artıq kişinin dilindən çıxan etrafları instink səviyyəsində duyaraq onlara inanmamağı öyrənib. Cismani ləzzətə görə sehli «sevirəm» sözünü demək ən alçaq insan hərəkətlərindən biridir.
Daha bir səbəb də var, qadın həqiqətən də istəməyə bələr. Kişilər bunu da anlamaz, amma belə də olur. Bu istəməməyin psixoloji və fizioloji səbəbləri olur. Birinci səbəb utancaqlıq ola bilər. Hələ 30 il əvvəl «Bizdə seks yoxdur» sovet şüarı bütöv bir nəslin devizi idi. Həmin şəraitdə, ideologiyada doğulub böyüyən adamlar həqiqətən də seksin nəsə murdar və qadağa olunmuş bir şey olduğununda əminliklə yaşayırlar. Bizim milli mentalitet də anaları qızlarını seksə nifrətlə böyütməyə vadar edir ki, əl-ayaqları dinc otursunlar. Sonra bu utancaqlıq ömürlərini sonuna kimi psixoloji problem kimi qalır. Hələ 16-17 yaşım olanda rəfiqəmin anası bizi qarşısına qoyub fəxrlə danışırdı ki, evliliklərinin 20 ilinə baxmayaraq əri onun göbəyini hələ də görməyib. Bilmirəm o bunu bizə tərbiyə etməkçün deyirdi, yoxsa həqiqətən belə imiş.
Hər 10 qadından birinin seksə marağı azalıb
İstəmirəm deyən qadınların əksəriyyəti özündə əmin deyil, ona görə imtina edir. Bir az həssas, bir az da sevgi uman qadın hər hansı şəraitdə toxum səpməklə, əkinçiliklə məşğul ola bilən kişinin istəklərindən hürkür. Ona bir az nəvaziş, bir az sığal lazımdı. Bunu əkinçi kişilərimiz anlaya bilsəydi nə qədər «miqren»lər sağalardı… Kişi fizialogiyası və sevgi iki fərqli müstəvidir. Onlar paralel, hətta kəsişən müstəvilər ola bilər, amma nadir hallarda üst-üstə düşürlər. Se lya vi?..
Özünü təmizə çıxarmaq istəyən kişilər sonuncu guman yeri kimi bəzən frigidliyi, yəni qadın soyuqluğunu bəhanə gətirirlər. Amma təbiətdə kişi impotentliyi var, amma qadın frigidliyi yoxdur. Alimlər də bunu sübutə yetirməkdən artıq bezib. Soyuq qadınlar olmur, pis partnyorlar olur. Ona görə də illər uzun ləzzəti imitasiya edən qadın vaxtaşırı «Mən yorğunam», «Başım ağrayır» deməyi özünə icazə verir. Bir növ riyakarlıqdan istirahət etmək üçün.
Statistika bəzən çox qəddar ola bilir və ayrıca fərdin dünyasında boynuna almayacağı rəqəmləri açıqlayır. Hər 10 qadından biri etiraf edir ki, son illər seksə marağı azalıb. Londonun Universitet kollecindən olan doktor Ketrin Merserin apardığı tədqiqatda 16-44 yaş arasnda 11 min qadından 4 faizi orqazmın nə olduğunu bilmədiklərini etraf ediblər. Tədqiqat çübut etdi ki, evli qadınların problemləri subay qadınlarınkından daha artıqdır. Çünki onlar seçim edəndən sonra ərinin problemlərinə dinməzcənə dözmək pozisiyasında dayanaraq həyata maraqlarını itirməyə başlayırlar. Qadınların 54 faizi və kişilərin 35 yaizi müxtəlif cinsi problemlərdən əziyyət çəksələr də onlardan kişilərin 11 faizi, qadınların 21 faizi problemləriin həlli üçün mütəxəssisə müraciət edir. Bizdə isə bu yalnız ailədə uşaq olmayanda həkimə getməyə məcbur olduqda baş verir. Uşaq doğulan ailələr özünü tamam problemsiz sayır. Balaca uşağı olan qadınlar isə ola bilər ki, yorğundur və sadəcə yatmaq istəyir. Onun üçün yataq və balış yalnız yatmaq üçün nəzərdə tutulub. Onlar tamamilə sağlamdır, amma ailə avə uşaq qayğısı çəkərkən çox yorulurlar. Axı onların kişilərdəki kimi fiziki gücü yoxdu. Ona görə də qanında qadından 10 dəfə artıq testosteronu olan kişinin qarşısına çıxmaq ona qırmızı paltar geyib qızmış buqanın yanına arenaya düşmək kimi mürəkkəb gəlir.
Əla zarafat mövzusu
Çıxış yollarını bəzən başqa xalqların adətlərində də tapmaq olar. Namibiyada ximba xalqının qəribə adəti var. Bayramlarda bir-birilə arvadlarını dəyişdirir, necə deyərlər mübadilə edirlər. Bu adət indiyədək xalq arasında yaşayır. Azadlıq alandan sonra məmurlar bu adəti tənqid edərək QİÇS-in yayılmasında bir səbəb kimi göstərib ondan imtina etməyə təklif etdilər. Ximba xalqı isə hesab edir ki, onlar indiyədək ona görə sağlamdır ki, bu adətlərinə durmadan riayət ediblər. Bunu bir zarafat kimi qəbul edin. Bu mövzuda bütün dünya zarafat etməyi sevir:
«Buynuz- kurortdan qayıdanlar üçün ən yaxşı suvinir ola bilər» - (Hədiyyələr dükanında reklamdan)
«Onun yanında bir qadın vardı və mən o saat anladım ki, onun arvadı deyil. Onunda çox nəzakətlə və mədəni davranırdı» - (Müstəntiqə verilən ifadədən)
«Kassir N. nikahı rəsmiləşdirmdən başqasının həyatına soxulduğuna görə işdən qovulsun» - (Əmrdən)
«O, təkid edir ki, hər şey ekstazda baş verib. Mənsə yaxşı xatırlayıram, bu mətbəxdə olmuşdu. Mənim şahidlərim də var» - (Məhkəmədə çıxışdan)
«Ayda bir dəfə M. manyaka çevrilərək yad qadınları təqib edirmiş. Qalan günlər o, normal adamlar kimi arvadı, tanışları, məquqələri və iş yoldaşlarıyla qənaətlənirdi» -(Sənəddən)

Yuxariya doğru