Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Ən qatı mifləri sındıraq!

Hamı bilir ki, Arximed dahiyənə kəşfini edəndə vannadaydı və sevincindən çığırıb göyə atılmışdı. Onu da bilirik ki, Nyutonun başına alma düşüb, Leonardo da Vinçi hər şeyi qabaqcadan bilirdi, Enşteyn isə həmişə dilini bayıra çıxarırdı. Daha doğrusu özünü savadlı saymaq istəyən hər kəs bunları bilməyi özünə borc bilir. Bir növ «intellekt zəmbili» adlandırıla biləcək biliklər toplusunundan hər kəsin xəbəri olmalıdı ki, 3 dost, 5 düşmən arasında üzü qara olmasın. Lətifələşmiş bu əhvalatlarda həqiqətin nə qədər olduğunu isə dəqiq bilən yoxdu. Daha doğrusu kimsəni maraqlandırmır ki, burada həqiqət nə dərəcədədir. Axı biz mifləri sevənik…
Freyd psixoanalizin banisidir?
Freyd özünü Kopernik və Darvinlə müqayisə etməyi sevərdi. O, deyirdi ki, Kopernik Yer kürəsini Kainatın mərkəzi olmaqdan, Darvin isə insanı heyvanat aləminin şahı vəzifəsindən azad edib. Freyd özü isə əqlin psixikada rolunu ön plana çıxarıb. Freydin nəzəriyyələrindən şübhələnmiş və tədqiqat apararaq «Freydin səhvləri və fırıldaqları» adlı kitabı yazmış Yudjin Mallouv təkid edir ki, psixoanalizin banisi faktları saxtalaşdırıb. O, cəmi 6 pasientin üzərində təcrübə apararaq öz nəzəriyyəsini qurub. Kəllə sümüyünə görə adamların cinayətə meylliyini müəyyənləşdirmə prinsipini kəşf etmiş italyan psixiatrı Lombrozoya iş əsnasında yüzlərlə insanla təmasda olmaq lazım gəlmişdi. Amma Freydin «xəstə»ləri Vyananın pullu və hörmətli ailələrindən çıxmış cavan və psixi cəhətdən səbatsız qadınlar idi. Ona görə də indi Freyd nəzəriyyəsi ilə dərindən maraqlananlar düşünür ki, bəlkə qoca doktor «kişi şovunisti» olaraq bilərəkdən cavan adınlarda seksual pozuntular «aşkar edirdi» və sonra onların müalicəsi ilə şəxsən məşğul olurdu. Həm də ki, niyə kasıb adamlar psixoanalizə uyğun gəlməsin? Hətta danışırlar ki, Freyd illər keçdikcə öz nəzəriyyəsinin çat verdiyini anlayırdı. O, inanırdı ki, hipnoz altında səbəbi ortaya çıxarıla bilsə və sonradan həkimlə bu müzakirə edilsə əsəb xəstəlikləri yoxa çıxar. Amma tərs kimi pasientlər keçmişlərini hipnoz altında xatırlasalar da transdan çıxan kimi hamısını yenidən unudurdular. Onda hələ Freyd də bilmirdi ki, insan psixikası uydurulmuş ideyaları həqiqət kimi qələmə verməyə qadirdir. Onun kəşf etdiyi simvol və alleqoriya oyunu (yəni bir predmeti görəndə ilk ağla gələn fikri demək) özünün zəhləsini o qədər tökmüşdü ki, «Bəzən siqara sadəcə siqara deməkdir!» cümləsini dilinə gətirmişdi.
Nyutonun başına alma düşüb?
Tarixçilər bu faktı şübhə altına alır. Düzdü, Nyutonun dostu Stukeleyanın dediyinə inansaq Nyuton guya bunu öz diliylə demişdi. Ona görə də Nyutonun başına alma tullayıb onu Yerin cazibə qanununu kəşf etməyə məcbur etmiş alma ağacı alimin həyətində yüz il ərzində muzey eksponatına çevrilmişdi. Əfsanəyə görə bu 1666-cı ildə baş verib. Amma Nyuton bu qanunu çox sonralar kəşf edib. Əgər qanun mütləq başa alma düşməsi nəticəsində kəşf edilsəydi yəqin ki, alma alimin başına 1726-cı ildə, yəni ölümündən bir il əvvəl düşməli idi. Öz əsərlərində Nyuton tamam fərqli əhvalat nəql eləyir. Başa düşmüş alma haqqında əhvalatı o, sevimli bacısı qızı Katerina Kouduit üçün uydurub ki, onu məşhur etmiş qanunun tarixcəsini anlata bilsin. Deyilənə görə bu balaca qız Nyutonun yaxınlıq elədiyi və sevdiyi yeganə qadın olub.
Leonardo da Vinçi maşınlar quraşdırırdı?
«Universal adam»ın fantastik bacarıqlığını fransız fiziki Nikolo Vitkovski və tarixçi, riyaziyyatçı Çarlz Trusdell ilk dəfə şübhə altına alıb. Onun qeyd dəftərçələrini dərindən tədqiq edəndən sonra onlar belə nəticəyə gəliblər ki, dahi rəssamın çox yaxşı intuisiyası vardı, amma elmi kəşflər onun özününkü deyildi. O, müasirlərinin kəşfləriylə tanış olaraq mənimsəyib, bəzən isə onları təkmilləşdirmişdi. Tarixçi Bertran Jil «İntibah dövrünün mühəndisləri» kitabında yazır ki, «Son dərəcə nadan olub və fantaziyalara qapılmaq lazımdı ki, Leonardo da Vinçidən ixtiraçı yaradasan».
Nobel rəqibinin acığını bütün riyaziyyatçılardan çıxır?
Bu gün Nobel mükafatını fiziklər, kimyaçılar, bioloqlar, iqtisadçılır, hətta ədəbiyyatçılar da gözləyə bilər. Amma bircə riyaziyyatçılara bu mükafat heç vaxt düşməyəcək. Onlar Fils adına medalla qənaətlənməli olacaqlar. Deyirlər ki, mükafatçıların siyahısı müzakirə edilər zamana riyaziyyat üzrə mükafata layiq görülə biləcək adam isveç riyaziyaatsçısı Mittaq Leffler guya madam Nobelin məquşu imiş. Bunun qisasını Nobel bütün dünyanın rayaziyyatçılarından alıb. Amma heç kim demir ki , Nobel heç vaxt evli olmayıb və adamayovuşmaq həyat tərzi yaşayıb. Onun həyatındakı qadınları barmaqla saymaq olar. Adı çəkilən riyaziyyatçı isə ondan 15 yaş kiçik idi və belə bir əhvalat həqiqətən olsaydı o, mütləq bunu öz xeyrinə reklam kimi işlədərdi. Hamı bilir ki, vəsiyyətnaməsini tərtib edəndə Nobel bütün bəşəriyyətin taleyini düşünürdü və şəxsi maraqları bu ali duyğuların üstələyə bilməzdi. Sadəcə o, mühəndis olduğundan nəzəriyyələrlə yox, real eksperimentlərlə maraqlanırdı. Enşteyn də Nobel mükafatını nisbilik nəzəriyyəsinə görə yox, fotoeffekt nəzəriyyəsinə görə alıb. Riyaziyyatçılarsa təfəkkürün abstraklığına görə kənarda qalıblar.
Enşteyn məktəbdə 2 alırdı?
Artıq bir neçə nəsil uşaqlar bu miflə böyüyür,guya Nobel mükaftçısı, dahi fizik məktəbdə pis oxuyurmuş. Bəzən zəif uşuqların valideynləri də bu fikirlə özlərinə toxdaqlıq verirlər. Əslində Enşteyn məktəbdə yaxşı oxuyurdu. Xüsusilə də təibət elmləri və riyaziyyatdan onun dahi imkanları gözə çarpırdı. Dahi fizikin zamanından bəri Almaniyada qiymətlər cəbvəli dəyişdirilib. Ona görə də Enşteynin «dörd»ləri müasir sistemə görə «iki» kimi qəbul edilib.
Napoleon balacaboy idi?
Balacaboy və ambisiyalı adamın davranışını Napoleon kompleksi adlandırırlar. Nədənsə balacaboy kişilərin Fransa imperatoru ilə belə müqayisə edilmələri çox xoşuna gəlir. Əksəriyyəti əmindir ki, Napoleonun balaca boyuna görə natamamlıq kompleksi vardı. Əslində Napoleonun boyu 170 sm idi və 18-19-cu əsrlərdə bu orta fransız boyundan hətta 1-2 sm artıq sayılırdı. Onun balacabyoluluğu təsadüfən, səhv tərcümə nəticəsində elan edilib. Napoleonu «balaca kapral» adlandırırdılar. Hərbi karyerasının əvvəlində əsgərlər Napoleonu aşağı hərbi rütbəsinə görə lağa qoyurdular. Napoleon Fransanın hakimi olanda da bu ləğəb unudulmamışdı. Bir səbəb də var ki, fransız əsgərlərinin əksəriyyəti seçmə olduğundan 180 sm-dən hündür olurdu. Onların yanında Napoleon balaca görünə bilərdi.
Tomas Edison lampanı kəşf edib?
Edison bir çox gözəl və lazımlı şeyləri kəşf edib. Hətta bütün zamanların ən dahi iztiraçısı da sayıla bilər. O, 1093 kəşfə patent almaqla dünya rekordu qoyub. Amma lampanın kəşfinə dəxli yoxdur. Məktəblərdə öyrədirlər ki, kinofilm, elektrik və bir çox vacib şeyləri Edisson kəşf edib. Edissona qədər çox alimlər lampa kəşf etməyə cəhd ediblər. Xemfri Devi, Delaryu, Henrix Qebel kimi alimlər bu istiqamətdə vacib kəşflər ediblər. Bu kəşflərin nəticəsində alınan lampa çox baha idi və qısa zamanda sıradan çıxırdı. Edissonun nailiyyəti onda oldu ki, 12 saatdan artıq işığı saxlaya biləcək düzgün maddəni tapa bildi. Bununla da lampanın qiymətini aşağı saldı.
Mariya Antuanetta dedi ki, «Qoy pirojna yesinlər»?
Böyük Fransız İnqilabının əsas bəhanəsi sayılan bu gümləni guya ki, kraliçə Mariya Antuanetta deyib. Danışırlar ki, «Xalqın yeməyə çörəyi yoxdur» deyib ona müraciət edəndə kraliçə «Onda pirojna yesinlər» demişdi. Bu sözdən hiddətlənən xalq inqilab eləmişdi. Amma bundan hələ çox-çox əvvəl Russo bu əhvalatı əsərində təsvir eləmişdi. O zaman Mariya Antuanettanın 11 yaşı vardı. İnqilab hələ 23 il sonra olacaqdı. Fransız inqilabçıları bu əhvalatdan istifadə edərək kralların nə qədər laqeyd olduğunu göstərməyə calışmışdılar.
Müxtəlif kürələrdə su müxtəlif istiqamətdə burulur?
Vannada, ya da su kranında tıxacı açandan sonra suyun burulğan əmələ gətirərək dəliyə tökülməsinə baxmağı hamı çevir. Xüsusilə uşaqlar gözünü bu prosesdən ayıra bilmir. Nədənsə böyüklərin əksəriyyəti əmindir ki, o biri yarımkürədə, məsələn Amerikada su saat istəqamətinin əksinə burularaq axıb gedir. Amma bu belə deyil. Yerin öz oxu ətrafında fırlanma sürəti hətta ən balaca qabda suyun istiqamətini dəyişdirməyə kifayət etməz. Bu qabın relyefindən asılıdır, qlobal səbəblərdən yox.
İnsanlar meymundan əmələ gəlib?
Darvinin nəzəriyyəsi bunu təsdiq etmir. Alim sübut etməyə çalışırdı ki, məməlilər dəstəsinin uzaq keçmişdə ümumi əcdadı olub.
Siçanlar pendir sevir?
Bütün mültfilmlərdə siçanlar pendir görcək az qala bayılırlar. Onlar «Havayı pendir yalnız tələdə olar» məsəlini heç vecinə də almır. Amma alimlər bilir ki, siçanlar şirin ərzaqları daha çox sevir və araxis yağı, dənli bitkilərdən olan yeməkləri ləzzətlə yeyirlər.
Saçlar qırxılanda daha tez artır?
Keçən əsrin 20-ci illərindən bəri aparılan tədqiqatlar sübut edlir ki, bu tamamilə səhv fikirdir. Amma kişilərin əksəriyyəti və hər yay uşaqların başını keçəl qırxdıran analar əmindir ki, qırxılandan, ya da kəsiləndən sonra tük daha tez çıxır. Kəsilmiş tükün ucları küt olduğuna görə belə görünür və buna optik yanlışlıq da demək olar. Sonda saçlar əvvəlki tempində və həmişəki keyfiyyətində olur.
Kosmosda cazibə yoxdur?
Bu da yanlışlıqdır. Cazibə hər yerdə var. Cazibənin dərəcəsi kosmosda nisbətən azdır. Ona görə də kosmonavtlar yüngül görünürlər. Amma bu o demək deyil ki, cazibə tamamilə yoxdur. Yerdən uzaqlaşdıqca cazibə qüvvəsi də zəifləyir, amma itmir. İri, kosmik miqyasda cazibə bütün planetləri öz orbitində saxlayır və günəş ətrafında fırlanmağa məcbur edir. Bir sözlə, cazibə bütün Günəş sisteminini planetlərini «ovcunda» saxlayır.
İnsanlar beyninin 10 faizini işlədir?
Hələ 19-cu əsrdən bəri alimlər bu mövzuda mübahisə edir. Onda alim Uilyam Ceyms belə nəticəyə gəldi ki, insanlar əqli imkanlarının yalnız 5-10 faiz imkanlarından istifadə edir. Bu mif belə yarandı. Həqiqətən də çətin olmayan məsələlərin həllində insan beyninin çox az hissəsini işə salır, çünki bundan artığını işlətməyə lüzum yoxdu. Bu mifi çox vaxt psixiatrlar öz xeyirlərinə istifadə edirlər. Onlar intelektual güc nümayiş etdirərək adi insandan fərqli olduqlarını iddia edir.
Kişilər hər 7 saniyədən bir seks barədə düşünür?
Bu fikir çox geniş yayılıb. Amma onu sübuta yetirəcək elmi əsas yoxdur. Bu mifin müəllifi Alfred Kinzi sayıla bilər. O, müasir seksologiyanın banisidir. Hətta o da bu fikri bu dərəcədə qəti təsdiqləmirdi. Öz əsərlərindən birində Kinzi yazırdı ki, kişilərin 97 faizi seks haqqında gündə bir neçə dəfə düşünür. Əlbəttə, bu mövzuda sonsuzluğa qədər sübahisə etmək olar. Kişilər, yoxsa qadınlar bu barədə çox düşünür sualının başına milad yolkası kimi fırlanmaq da olar. Amma hər 7 saniyədən bir seks barədə düşünən kişini tapsaz mənə də göstərin. Onu paradokslar muzeyinə eksponat kimi qoyarıq və dəlisov ritmli həyatımızda, yem dalıyca qaçhaqaçda bu barədə intensiv düşünən bəxtəvərə həsədlə tamaşa edərik.

Yuxariya doğru