Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Ah, bu sərsəm dünya!

Maks Nordau: «Hər dəli dahi deyil, amma hər bir dahi dəlidir».
Çünki dünyanın ağırlığını çiyinlərində daşımalı olurlar.
Hindistanda deyirlər ki, «Həddən artıq ağıllı axmaqdan o qədər də fəqlənmir». Qırğızlar deyir ki, «Ağıl sox olarsa adam cinli olur». İngilislər hesab edir ki, 5 yaşında uşaq özünü böyük kimi aparsa 15 yaşında havalanacaq. Platon dahiliyi «Allahların bəxş etdiyi sayıqlama, sərsəmləmə» hesab edirdi. Frensis Qilton isə deyir ki, dahilik də normadan sapmadır, amma əks tərəfə».
Klassiklər adi həyatda tərbiyəsiz olublar
Bir az başqa bucaq altında baxsaq yüksək sənət anlayışı özü də bir sərsəmlikdir. Əgər ciddi qara frak geymiş əmilər giddi sifətlə səhnəyə çıxıb pafosla nəsə çalır və ağıllı görkəmlə nota baxırlarsa və pauzalarda əsnəyirlərsə bunun yüksək sənətə nə dəxli var? Ona görə də klassik musiqiçiləri əzəldən qəribə adlandırmaq daha düzgün olur. Axı akademik musiqi də əvvəldən, yəni yarandığı vaxtlarda akademik deyildi. Sadəcə bu adamlar bank işçiləri, dövlət çinovniklərindən fərqli olaraq özlərinə bir çox şeylərdə azadlıq vermiş adi adamlar idi. Onlar səhnəyə çıxıb öz duyğularını tribunadan deməyə utanmırdılar. Hamı bilir ki, Mosart gündəlik həyatında xuliqanlıq və şuluqluq edir, özünü biabırçı şəkildə pis aparırdı. Baxın klassik olmağa vaxtı yox idi, çünki 20 uşağı vardı və işdə kilsə xadimləriylə yola getmirdi. Onun pul verənləri düşünürdü ki, Bax musiqisi kifayət qədər konservativ deyil. Bethoven isə özünü səhnədə bizim şou müğənnilərindən betər aparırdı. Qəribə akkordları guruldadır, icazə verilməmiş harmoniyalar səsləndirir, qəribə fınxırmaqlar, kəskin forte və pianolar etməklə oyun çıxarır və musiqi formasını lap başayaq çevirirdi. Hətta həyatsevər kimi tanınan bəstəkar Haydn da sürprizlər edə bilirdi. Londona gələn kimi onu xəbərdar etmişdilər ki, tamaşaçılar konsertlərdə həzin musiqi sədaları altında yatmağı sevir və əsərin uğuru onun bərk, ya da yavaş olmasından çox asılıdır. Nökər vəziyyətindən təzəlikcə aralanmış və arabir ağasının saqqalını da qırxan saray bəstəkarı Haydn dünyanın ən sakit və həzin simfoniasını yazır. Amma sona yaxın böyük bir pauza verilir və birdən bütün mis alətliyinin gücüylə təntənəli sonluq səslənir ki, tamaşaçılar diksinib yuxudan ayılsın və qorxudan al çalmağa başlasınlar. Dahi musiqiçilərin bioqrafiyasını vərəqləsək görərik ki, onlar nəinki qəribə, hətta tərbiyəsiz adamlardır. Ona görə də konsertlərdə sakit Bethoven, ya da həlim Mosartı eşidirsizsə burda hər şey saxtadır. Çünki əsil ali sənət başdan ayağa dəlilikdir.
Qarabasma, epiplepsiya, vasvasılıq, isterika, sərxoşluq, hiperseksuallıq…
Van Qoq əcinnələrin əsarətində olduğunu düşünürdü. Hofmanın təqib edilmə maniyası və hallusinasiyaları vardı. Qobbs qaranlıq otaqdan qorxurdu, çünki gözünə əcaib şeylər görünmyə başlayırdı. Qonçarov ipoxondrik idi, Vrubel və Xarms isə psixatrik xəstəxananın pasientləri idilər. Dostoyevski epilepsiyadan və qumara aludəçilikdən əziyyət çəkirdi. Mendelştam isə ağır nevroz keçirərək intihara meylli idi. Mosart, Şuman, Bethoven və Hendel kimi bəstəkarları da dahi dəlilərə aid edirlər. Mosart təqibdən qorxurdu və inanırdı ki, italyanlar onu zəhərləmək istəyir. Onun bu qoxusundan Mosart və Solyeri əfsanəsi yarandı. Anna Axmatovanın aqrofobiyası, yəni açıq məkanlardan qorxmaq xəstəliyi vardı. Mayakovski panik dərəcədə infeksiyadan qorxurdu, ona görə həmişə yanında sabunqabı gəzdirirdi. Bu faktlar kifayətdi ki, dahilərin dəliliyi barədə fərziyyə irəli sürəsən. Psixatriyanın bu bölməsinə patoqrafiya deyirlər.
Patoqrafik tədqiqatlarda maraqlı faktlar aşkarlanır. Skryabinin isterik tutmaları yaradıcı təkandan əvvəl gəlirdi. Berliozda isə əksinə, musiqi əsərləri onda isteriya tutması yaradırdı. Şahidlərin dediklərinə inansaq Lev Tolstoyda epileptik tutmalar olurdu. Aleksey Tolstoyda isə tutmalar isterik xarakterli idi. Belə bir isterik tutması zamanı yazdığı şeri ayılan kimi xatırlaya bilmirdi. Rafaelin gördüyü (elmi dildə desək hallusinasiya zamanı gördüyü) Madonna obrazını o, sonradan əsərlərində təcəssüm etdirib. «Çarmıxa çəkilmiş İsus» əsərini işləyən Kramskoy da bəzən hallisunasiyanı reallıqdan ayıra bilmirdi. Mopassan bəzən evdə öz oxşarı ilə rastlaşırdı. Qlinkanın da hallisunasiyalara çatan qədər əsəb pozuntusu olurdu. Şuman 46 yaşında danışan masalar, düzülüb akkordlara çevrilən görünən səslər əhatəsində yaşayırdı. Bethoven və Mendelson isə qəbirdən ona melodiyalar diqtə edirdi. Şiller yazmaqdan əvvəl masaya çürük alma qoyurdu. Şair və bəstəkar Hofman isə yalnız sərxoş olarkən yarada bilirdi. Edqar Po alkoqolik idi və içməkdən öldü. Yesenin isə alkoqoldan doğan psixozun nə olduğunu çox yaxşı bilirdi. Mopassan narkotik qəbul edərək bütöv səhəifələri birnəfəsə yaradırdı. O, efir, kokain, həşiş işlədirdi ki, nevralgiyalarının qarşısını ala bilsin. Molyerin melanxoliya tutmaları onu yaşamağa qoymurdu. Rossini özünə saray alarkən kasıblıq qorxusuna düşdü və musiqi səslərini bir daha eşitmədiyindən həkimə müraciət etməli oldu. Hətta Puşkin də psixiatrların nəzərindən qaça bilməyib. Onun hiperseksuallığı, psixi natarazlığı, əhvalının tez-tez tam ziddiyyətli bürclərə qədər dəyişməsi həkimləri şizofreniya və maniakal depressik psixoz diaqnozunu dilə gətirməyə imkan yaradır. Ən yumşaq halda ona siklvari psixopad diaqnozunu qoya bilərlər. Necə olmasa da klassikdir.
Yuxulu, ya da yarıyuxulu vəziyyətdə olarkən Höte, Mosart, Rafael, Koltsov yaradırdılar. Valter Skott «Ayvenqo» romanını xəstəhal olarkən diqtə edirdi. Sonra romanın əsas ideyasından başqa hər şeyi unudur və necə diqtə etdiyini də xatırlamırdı. Amma romanın ideası ağlına xəstəlikdən əvvəl gəlmişdi. Emin Zolya isə düşünürdü ki, gəncliyində keçirdiyi beyin iltihabı beynini inkişafına təsir edib və onun istedadını üzə çıxarıb. Hofman dostlarına deyirdi ki, fortepiano arxasında olarkən o, yalnız ona diqtə ediləni səsləndirir. Floberin qəhrəmanı xanım Bovarinin zəhərləndiyi arsen preparatının dadını müəllif o qədər real hiss edirdi ki, düz iki dəfə ürəyi bulanmış və səbəbsiz qusmuşdu. Dikkens etiraf edirdi ki, öz qəhrəmanlarını görür və danışıqlarını eşidir, sonra isə bütün bunları qələmə alırdı. Pozitiv fəlsəfənin banisi Oqüst Kont illər uzun psixatrik xəstəxanada müalicə alırdı. Sağalan kimi illər uzunu onun qayğısına qalan arvadını evdən qovladı, özünü materialistik dinin həvarisi və rahibi elan etdi.
Dahi adamların dahiyanə səhvləri
Bəlkə də ona görə italyan xalq məsələi deyir: «Bütün istedadlar dəliliyə çox yaxındı». Bu məsəli uşaqlıqdan eşitmiş italyan nervopatoloqu Çezaro Lombrozonu dahi adamların taleyi və xəstəlikləri ilə maraqlanmağa vada edib. Nəticədə «Dahilik və dəlilik» adlı kitab yarandı. Bu kitab indiyədək bu sahədə ən tutarlı tədqiqat işi sayılır.
Lombrozo kitabında sübut edir ki, əhvalın əsassız şəkildə tez-tez dəyişmsi, seksual sahədə sapmalar, absurda çatan orijinallıq, yazı və fikir yürütmələrinin ziddiyyətliliyi dahilik əlamətlərindəndir. Dahaliyin ən çox yayılmış simptomu ekstaz və ruh düşgünlüyü vəziyyətlərinin növbələşməsidir. İlk baxışdan Lombrozonun ideası o qədər də orijinal görünmür. Çünki hələ Demokrit deyirdi ki, «Dəliliksiz bir şair da ola bilməz». Həmin bu fikirlər Platonun, Aristotelin, Şekspirin, Didronun, Şopenqauerin və Nitşenin də ağlına gəlib.
Bəziləri Lambrozonun nəzəriyəsini dəstəkləyir, bəziləri isə əksinə, pisləyir. Apponentlər hesab edir ki, dahilik dəlilik və istedadın qarışığıdır. Dahiliyi norma saymaq olmaz, çünki sərhədlərə sığmır. Bəzi psixiatrlar isə düşünür ki, psixi xəstəliklər əslində dərin ruhi sarsıntını kəskin keçirdiyindən qabaran normal bir vəziyyətdir. Bu fikri əlimizdə bayraq eləsək fərz etmək olar ki, dahilər o insanlardır ki, hansısa kritik nöqtəni, sərhəddi keçməyə ürək ediblər. Ona görə də dahilərin öz səhvlərinə hüququ çatır. Axı daha adamların səhvləri də dahiyanə olur.
Lombrozo isə çoxlu sübut-dəlil toplayaraq «Dahilik deqenerativ psixozdur» deyir. Lombrozo bütün dahiləri dəli saymırdı. «Saçın ağarması, dazlaşma, bədənin son dərəcə arıqlığı, əzələ zəifliyi, cinsi zəiflik bütün dəlilərin ümumi keyfiyyətidir və tez-tez dahilər arasında da rast gəlinir». Onun fikrincə dahilər haqqında onu demək olar ki, ömrünün sonuna kimi tənha, soyuq, etinasız, ailə və cəmiyyətin problemlərinə biganə olurlar. Mikelancelo deyirdi ki, sənət ona arvadı əvəz edir. Amma Höte, Heyne, Bayron, Çellini, Napoleon, Nyuton öz əməlləriylə tamamilə əks və daha da pis yozulan fikri sübuta yetirirdilər. Lombrozo deyir: «Tutmalar zamanı insan və öz əsərinin detallarını düşünən adam arasında şübhəsiz oxşar cəhətlər var». Sübut kimi o, dahi dəliliyin 16 fərqləndirici cəhətini ortaya atır. Məsələn, o, düşünürdü ki, dahilərin möhkəm, əzmkar xasiyyəti olmur. Misal kimi Russonun başqalarına, hətta özünə böhtan atmasını, uşaqlarını atmasını, Sviftin ruhani insan olmasına baxmayaraq dini ələ salıb gülməsini gətirir. Çox gənc yaşlarında istedadın üzə çıxmasını da əlamətlərdən sayırlar. Tasso 6 aylığında danışıb, Amper 13 yaşında yaxşı riyaziyyatçı idi. Dahilərin əksəriyyətində cinsi sferada qəribəlikləri var. Onların əksəriyyəti gənclikdən əxlaqsızlıq edir və sənət uğurları cinsi sahədə uğurlarıyla birbaşa əlaqədardı. Dahilərin çoxu səyahətə meyllidir (Tasso, Çellini, Po), tez-tez fəaliyyət sahəsini dəyişdirirlər (Russo, Hofman, Qoqol), orijinal üslubları bəzən absurdluğa qədər gedib çıxır, əksəriyyəti dini şübhələr və tərəddidlər içində yaşayır, öz yuxularına həddən artıq qiymət verir, onlardan çoxunun böyük və qəribə kəllə sümüyü olur, çox vaxt yazdıqları şəxsi həyatlarıyla ziddiyyət təşkil edir. Məsələn, Russo kəndi sevir amma şəhərdə yaşayırdı, tərbiyə haqqında traktat yazır amma uşaqlarını yetimxanaya verirdi. Bəşəriyyətin qen fondunu arıtlayıb təmizə çıxararkən demək lazımdır ki, məişətdə fərasətsizlik, şizofreniya, alkoqolizmə meyllik insanların verdiyi ən yüksək xəracdır. Yoxsa ki, dahilər olmasaydı tərəqqi də olmazdı.
Adi adamlar o qədər ağıllı deyil ki, ağıllarını itirib sərsəm olsunlar
Qanında şizofreniya və ya başqa ruhi xəstəlik daşıyıcısı olan dahilər çoxdu: Dekart, Paskal, Nyton, Faradey, Darvin, Platon, Kant, Şopenqauer, Emerson, Spenser, Nitşe, Ceyms və başqaları. Tennessi Uilyams hesab edir ki, yalnız 2 tip insanlar reallıqdan uzaqlaşıb öz dünyasında yaşaya bilir: bir dahilər, bir də dəlilər. Amma etiraf etmək də lazımdı ki, bəzən işinə fanatik sədaqət, yaradıcılıq alovu, unutqanlıq, qeyri standart davranız da tarix boyu dəlilik kimi qiymətləndirilib. Məsələn, Jorj Sand kişi şalvarı geyirdi. O zaman bu böyk şok yaradır və az qala dəlilik kimi qiymətləndirilirdi. İndi belə hərəkətlərə ayrı ad verir, etopaj yapmaq kimi dəyərləndirirlər. İngilislər onu da deyir ki, adi adamlar o qədər ağıllı deyil ki, ağıllarını itirib sərsəm olsun.
Qəribə davranışıyla seçilən Salvador Dali dəfələrlə qeyd edib ki, həyatın müdrikliyi elə axmaq görünüb təlxəklik etməkdədir. Qəribəlikləriylə rekord vurmuş rəssam (küçəyə çılpaq çıxmaqdan tutmuş 150 min dollara Allahın şəklini çəkməyi vəd edənə qədər) müsahibələrin birində deyir ki, bütün bunlar mətbuatın mif yaratmaq istəyindən doğur: «Dəlidən məni bir şey fərqləndirir ki, mən tamamilə normalam».
Sərgidən dəlixanaya yol var
Bir neçə l əvvəl «Sənət, dahilik, dəlilik» adı altında sərgi keçirilmişdi. Siyendə Santa Mariya della Scala sərgi salonunda 300 sənət nümunəsi sərgiləndi. Müəlliflər arasında Van Qoq, Kirxner, Munk, Ernst, Diks, Qros, Quttuzo, Mayai və Liqabyenin adı gedirdi. Avropa muzeylərinin məşhur salonlarının iştirakı ilə keçirilən bu sərgidə ən məşhur kolleksiyalardan nümunələr yer almışdı. Sərginin qonaqları istəsəydi «San Niccolo» dəlixanasına da gedə bilərdi, bu səfər biletin qiymətinə daxil idi. Bu yəqin ki, tamaşaçıda dəlilik və dahiliyin sərhəddi barədə hansısa təsəvvürləri oyada bilərdi.
Bir az dəli, bir az sərsəm, bir az da dahi
İnsanın yaratdığı ölmə məhkumdur. İnsanı öz yaratdığı məhv eləyir. Rekviyemi Mosartı, 6-cı simfoniyası Çaykovskini, son əsərləri Şumanı məhv elədiyi kimi. Səhnədə dəlilik edən Kreysler isə saralmış notlarda və musiqi barədə yazılmış maraqsız mədhiyyə məqalələrində öldü.
Dahiləri adi adamlardan, adi psixi xəstələrdən nə fərqləndirir? İstedadın dahilikdən fərqi nədədir? Təssüf ki, bu suallara hələ ki, dəqiq cavab verən yoxdu. Mövzuya uyğun bir lətifə də var: «Psixiatrların fikricə hər dörd nəfərdən birinin psixi xəstəliyi var. Əgər dostlarınızdan üçü sağlamdırsa deməli dördüncü siz özünüzsüz». Biz hamımız bir az dəli, bir az sərsəm, bəlkə də bir az dahiyik. Bəziləri bunu gizləyə bilir, bəziləri isə yox.

Yuxariya doğru