Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Bəşəriyyətin narkotik səhvləri

Deyirlər ki, nə əkərsən, onu da biçərsən. Bu məsəlin həqiqiliyini bağbanlar, əkin-biçinlə məşğul olanlar lap yaxşı bilr. Üzü yaza torpağı becərirsən, sonra bəh-bəhlə aldığın tərifli toxumu ora səpirsən və onün cücərəcəyi vaxtı gözləyirsən. Olur ki, səpdiyin yox, tamam başqa bir şey çıxır. Məsələn, Soçidə 73 yaşlı bir xalanı məsuliyytə cəlb ediblər. Guya ki, o, bağçasında çətənə becərirmiş. Amma xala and-aman edir ki, mağazadan keşniş toxumu alıb və göyərti alveri edəcəkmiş. Xala deir ki, hər gün su verdiyi bitkinin keşniş olduğunu bilməmişdi. Duymağı bacarsaydı yəqin ki, çətənə kolu bir dodaq büzüb inciyərdi ki, mən də bitkiyəm, özümə görə tarixdə yerim var. Hələ nə qədər insanların həyatına təsir göstərmişəm. Narkotik bitkinin mənfi təsiri barədə bəlkə də minlərlə kitab yazılıb. Amma narkotikin elm və incəsənətə təsirindən çox ehtiatla danışırlar, ya da bu mövzuda susmağa üstünlük verirlər. Ona görə də tarixin qırışığını açıb içində eşələnmək pis olmazdı.
Şüurun filterlərini vaxaşırı yumaq lazımdı
Frensis Krik DNT-ni LSD (Lizergen turşusunun diaetilamidi) təsiri altında kəşf edib. 1953-cü il, Kembric. Frensis Krik nəsə qışqıra-qışqıra evinin kandarından özünü içəri atdı. Arvadı düşündü ki, ərinin başna hava gəlib. Çünki bir-birinə sarılmış əks tərəfə fırlanan 2 spiral haqqında nəsə anlaşılmaz sözlər deyirdi. Arvadı Odil Krikin xahişiylə təsvir etdiklərinni şəklini çəkdi. Sonra həm evdə, həm də elmi fəaliyyətdə tərəfkeş olan bu iki nəfər bara gedib tam sərxoş olanacan içdilər. Odil nəyi qeyd etdiklərini anlamırdı, çünki bu, ərinin birinci hoqqabazlığı deyildi. Sonralar bilindi ki, bir az əvvəl çəkdiyi şəkildəki spirallar elm tarixində ən böyük hadisələrdən biri olacaq. O, insan DNT-sinin ikqat spiralının təsvirini çəkmişdi.
50-60-cı illərdə Frensis Krik elmi tapıntılardan və Nobel adına mükafatlar almaqdan azad qalan boş vaxtını narkotik çəkərək gecələrdə veyillənməkdə keçirirdi. Narkotik sevən olduğunu da heç vaxt gizlətməzdi. Bunu aludəçilik yox, narkotik eksperimentləri adlandırardı. Krikin bu kəşfini etmək üçün gərək insanın analitik, nəzəri və fəza anlayışları, bilikləri olsun. Əlbəttə, Krik məktəbi atıb özünü narkotikə vursaydı super dahi ola bilməzdi. O, Oldos Xakslinin insan şüuru haqqında nəzəriyyəsinə valeh olmuşdu. Xaksli hesab edirdi ki, şüurun bir neçə filtri var ki, abstrakt təfəkkürə mane olur. Bu alimlərin hər ikisi hesab edirdi ki, LSD və meskalin kimi narkotik effektli dərmanlar bu filterləri qısa müddətli olsa da aradan qaldıra bilər. Lazergen turşusunu lazım olduğundan artıq qəbul edən Krik əmindi ki, Yerdə həyat yadplanetlilərin təsiri altında baş qaldırıb.
Freydin kokain qoxulu psixoanalizi
Freydin psixoanaliz nəzəriyyəsi 20-ci əsrin ən ziddiyyətli və ən təsirli nəzəriyyələrindən biridir. Bu nəzəriyyənin müsbət və mənfi tərəfləri barədə uzun-uzadı mübahisə etmək də olar. Amma psixoanalizin təbabətdə yeni istiqamət yaratdığını etiraf etməmək olmaz. Fredin karyerasının ilk 10 ili başdan-başa kokain qoxulu idi. O, kokaini dostlarını məsləhət verir. Sehirli toz vasitəsilə baş ağrılarını, soyuqdəyməni müalicə edir. Hətta kiminsə yanaqlarının qızarmasını istədikdə təkidlə kokain iynəməyi məsləhət verirdi. Kokaindən sonra o, arvadına məzəli məktublar yazırdı. Burda o, söz verirdi ki, «damarlarında kokain qanı axan vəhşi kişinin» əlində mum kimi olacaq qadına həyatı başa sala bilər. Freyd hətta «On Cocaine» adlı kitab yazır və oxucuya əsas tezisini çatdırmaq isətəyir: «Kokain nəsə ağlagəlməz bir şeydir. Sən mütləq onun dadına baxmalısan». Dastlarından biri kokainin ucbatından vəfat edəndən sonra Freyd ağlını başına yığıb sonralar bir tək onun adıyla bağlı olan nəzəriyyəsini yaratmağa girişdi. Bioqraflar düşünür ki, bu nəzəriyyəninn yaranmasında Fredin kokainli 10 illik təcrübəsinin silinməz izləri var. Karyerasının ikinci aktında kokainin izləri hələ ki, silinməyib.
Arvadına yazdığı məktublarda Freyd deyirdi ki, o, kokainli seks maşındır. O, həmçinin yazırdı ki, «dilinin açılmasında» tamamilə narkotikə arxalanıb və heç peşman da deyil. Bəzi alimlər inandırmağa çalışır ki, Freyd kokainə başlamamışdın əvvəl emosional cəhətdən tamam boş, bir az da boz adam idi. Kokain Freydin dilini açdı və onu hər şey barədə hər kəsə danışa biləcək bir adama çevirdi. Ona görə də Freyd utanmadan anasına qarşı keçirdiyi duyğulardan belə abırsızcasına danışa bilirdi. Kokain öz fanatlarına fikir azadlığı, söz azadlığı bəxş edir. Bu azadlığı həyatın bahasına almaq ağıllı hərəkət olmazdı. Freydi psixoanaliz fikrinə təhrik etmiş dostu Fleyşil kokainin qurbanı oldu. Yaxud həm kokainin, həm də psixoanaliz ideyasının.
«Coca Cola» niyə sevilir?
Ola bilər psixoanalizin kəşfi DNT-nin kəşfi ilə bir sırada dayanmağa layiq deyil. Amma «Coca Cola» içənlər ikiqat spiralın nə olduğunu biləndərdən daha çoxdur. Dünyanın ən məşhur brendlərindən olan «Coca Cola» sadəcə şəkər və sudan ibarətdi. Amma onu ilə 400 milyard banka istehsal edib dünyanın 200 ölkəsində uğurla satırlar. Orta hesabla hər insan ilə 60 qab Cola içir. 1885-ci ildə əmələ gələndə isə Coca Cola apteklərdə satılırdı. Fərz edilirdi ki, bu fışıldayan mayenin müalicəvi keyfiyyətləri də var. İnsanlar inanırdı ki, Cola adamı həmişə şux və sevgidə iştahalı edir. Coca Colanı kəşf edən farmasept Con Pemberton icadnı hər şeyi sağalda bilən kol olan kokanın adına ithaf etmişdi. Cənubi Amerikanın məşhur kolu depressiyadan tutmuş, nevrozacan, hətta sofiyə aludəlikdən də qurtara bilərdi. Əslində koka kolunun yaraqlarından kokain alırdılar və Freyd kimi Pemberton da onun müalicəvi xüsusiyyətlərindən «qaladlanıb uçurdu». Freyd kimi Pemberton da «məcun»un keyfiyyətlərini öz üzərində təcrübədən keçirmiş və ona heyran idi. Sonralar «Kola tiryəkin ən yaxşı əvəzedicisidir» cümləsini ittihamlarda xatırladanda Con vaxtilə narkoman olub morfidə oturduğunu boynuna almalı olmuşdu. Deiyrlər ki, onun «məlhəminin» hər porsiyasındı 8, 45 milliqram kokain vardı. Bu kokain iyləyən narkomanların porsiyasının dörddə bir hissəsidir. Kolanın əsil fanatları bir oturuma 4-5 porsiya içməsələr ən çəkmirdilər. Amma Coca Colanın tərkibindən kokain çıxarılandan sonra da insanların bu içkiyə olan marağı nədənsə azalmadı. Əsil Coca Colanın təsiri altında azılan incəsənət əsərlərinin sayını isə müəyyən etmək mümkün deyil.
«Uğurlarımı xatırlamıram!»
Beysbol oyunları tarixində cəmi 247 oyun olub ki, topu atan rəqib komandaya ucundan tutacaq bir şans belə verməyib. Dok Ellis azsaylı beysbolçulardan idi ki, belə «sehr» yapa bilib. Amma o, bu hadisəni xatırlaya bilmir. Onun adını tarixə salacaq həmən gün Dok gün günorta ayağa qalxdı. Ona elə gəldi ki, cümə günüdür. 3 tablet turşu (LSD-nin küçədə bəzən belə adlandırırlar) qəbul etdi. Ona görə ki, «Wheaties» komandasından yaman bezmişdi. Sonra rəfiqəsi gəlib şəmbə gününün qəzetlərini gətirdi. Onda məlum oldu ki, bütün gümə cünü huşda olmayıb. Xəbərlər bölməsində özü üçün xoş olmayan məlumat oxudu: 6 saatdan sonra San-Diyeqo şəhərində beysbol oynamalıdı. LSD təsiri altında meydana çıxacağı ilk oyun deyildi. Əslində bu oyunçu heç vaxt ayıq başla oynamamışdı. Hələ məktəbdən bəri içir, amfitamin və kokain qəbul edirdi. Ona görə də oynadığı oyunlar barədə adətən heç nə xatırlamır. Oyun zamanı oyunçunun halını «zona» kimi təsvir edirlər. LSD təsiri altında ürək döyüntüləri tezləşir və ona görə də vaxt sanki yavaşıyır. Ellis də «zona»ya yolu belə açmışdı. İdmanda böyük potensialı olsa da Ellis imkanın reallaşdıra bilmədi. Çünki narkoman idi. Onu yalnız narkotik təsiri altında rəqibi quru yerdə qoyan əfsanəvi oyunçu kimi xatırlayırlar.
Peyğəmbər və hallusinasiyalı göbələklər
Din tarixin tənqidi yanaşa bilənlər Musa peyğəmbərin 10 qanunu hallisinasiya yaradan göbələkləri yedikdən sonra yazdığını deyir. Onsuz da İncil barədə mübahisələr səngimir. Amma biz, yəni təpədən dırnağa qədər müsəlman olaraq Musa peyğəmbərin yazdığı 10 qanunun həqiqətən də düzgün olduğunu etiraf edirik: qatillik, oğurluq, zinakarlıq pisdir, istirahət günləri isə yuxu üçün nəzərdə tutulub. Bu qanunları yazmağa Allah Musa peyğəmbəri layiq görüb.
Narkotikləri bu gün, dünən icad etməyiblər. Onlar da başqa bitkilər kimi torpaqda yetişir. Bəzi alimlər deyir ki, hallusinasiya yaradan bəzi bitkilər yəhudilərin İncil yazdıqları yamanda dini kəlamların yazılışı prosesində iştirak edib. Allah Musa peyğəmbəri gözəl natiqlik qabliyyətinə görə seçərək onun ilahi kəlamlarını camaata çatdırmağa layiq bilib. O vaxtlar, minnilliklər əvvəl nə televiziya, nə də İnternet vardı ki, camaatın başını qatsın. Adamların işi-peşəsi torpaqdan çıxan bitkiləri yeməkdən ibarət idi. Əgər bu bitki Allahın özüylə danışmağa imkan yaradırdısa ondan kim vaz keçərdi ki?
Dahi narkomanlar
Bulqakov «Master və Marqarita»sını nakotikin təsiri aliında yazıb. İndiyədək bu kitabı oxuyanda adamın tükləri biz-biz olur.
Pop-art tarixində kult persona sayılan Endi Uorxol obetrol adlı tabletləri nanəli konfet kimi atırdı. İndi «Adderal» kimi tanınan bu dərman diqqəti və iş qabliyyətini artırır. Bu keyfiyyət isə məşhurlarda çatışmır. Amma dərmanın təsiri tez başladığı kimi eləcə də tez btirdi. Ona görə də Endi Uorxol onları fasiləsiz atmalı olurdu.
«Cazın qara knyazı» adını daşıyan əfsanəvi musiqiçi Maylz Devis herainə oturmuşdu. 20-ci əsrin dahi musiqiçisi, trubaçalan və bəstəkarın narkotiklə problemi onu sevimli işindən də ayırdı.
Kofein hazırda naroktik sayılmasa da bir çoxları heab edir ki, Balzakın həddən artıq kofe içməyi onun ölümünə səbəb oldu. Özünü formada saxlamaq üçün Balzak həddən artıq kofe içir və yatmırdı. Balzak deyirdi ki, kofe onun beynini gözəl fikirlərlə doldurur. O, günə 20 fincan kofe içə bilərdi.
İngilis yazıçısı Düis Keroll isə opiumun spirtdə cövhərini qəbul edirdi. Bu içki Laudanum adlanırdı. Bu içkini dərman şəklində başağrıları zamanı məsləhət verirdilər. Yazıçının isə başağrıları ona əziyyət verirdi. Laudanum ona anadangəlmə kəkələməyini aradan götürməyə də kömək edirdi. Mütəxəssislər deyir ki, onun «Alisa - möcüzələr ölkəsində» əsərində onun hal üstə olması çox hiss olunur.
Bir vaxtlar bütün Fransanın kumiri olan Edit Piaf avtomobil qəzasına düşəndən sonra əlini və iki qabırğasını sındırır. Ağrıkəsici dərman kimi qəbul etdiyi morfin onu narkomana çevirdi. Sevimli adamını avto qəzada itirəndən sonra üstəlik alkoqola da aludə olmuş müğənniyə hər dəfə səhnəyə çıxmaq və ağrılarına qalib gəlmək üçün mütləq narkotik lazım olurdu.
Məşhur ingilis kimyaçısı, elmdə böyük ixtiraları olmuş alim Xemfri Devi hələ cavan ikən azotun aşağı oksidləşmiş qazının zəhərli olmadığını təcrübədən keçirməkçün onu özü qəbul etmişdi. Bu qaz onda o qədər gözəl duyğular yaratdı ki, qazı hər gün qəbul etməyə başladı. Şənləndirən qazın təsiri altında duyduqlarını o, hətta şeir formasında təsvir etmişdi. Bu marağı onu 50 yaşdan o yana yaşamağa imkan vermədi.
***
Nəzərə alın, nakomanlar milyonlarladı, dahiləri isə barmaqla saymaq olar.

Yuxariya doğru