Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Tarixin qadın dərsləri

Kişiləri sevdirməyin sınanmış üsulları
Kişini yoldan çıxarmağın, onu əldə saxlamağın, onu yedirməyin, doyurmağın yolları elə bil ki, çoxdan məlumdu. Amma həyat bizə sürprizlər verməkdə davam edir. Yəqin ki, bəşəriyyət tarixində uğurlu cütlüklər, sevgi əhvalatları olub. Dərs almağa gələndə, onu da görkəmli adamlardan almaq lazımdı.
Lenin və Krupskaya
Üzücü həsrətdənsə bir aylıq sevgi macərası
İnqilabi mübarizə, sürgün, gizlin görüşmələr – bunlar heç biri proletariatın rəhbərinə öz şəxsi həyatını uğurla qurmağa mane olmamışdı. Superaktiv İliç soyuqqanlı Nadejda Konstantinovna ilə çox uğurlu bir cütlük idi. Bu uğurun arxasında isə qadın əli, qadın sığalı aydın görünür. Krupskaya bu qədər kasad təbii keyfiyyətləri ilə o boyda inqilabı eləmiş, çarı taxtdan sala bilmiş kişini əlində saxlaya bilib. Sürgün olunmuş Lenin taxta daxmada yerləşən kimi gizli şifrovka ilə (Deyilənə görə bu mətndə bir tikə də romantika yoxuydu) Nadenkasına evlənmə təklifi göndərib onu yanına çağırmışdı. Nadenka isə təmbəllik eləmədən anasını (bəs təzə evlənənlərə yeməyi kim hazırlamalıymış?!), royalı və kitablarını «qoltuğuna vurub» çağırılan istiqamıtdə yollanır. Royal könül açmaqçün, kitablar isə sevgilisi üçün nəzərdə tutulmuşdu.
Sevgililər bütün günü şaxtalı gündə bərq vuran donmuş çayın üstündə konki sürür, kənd uşaqlarıyla birgə qar topu oynayır, qarda dombalaq aşıb mazaqlaşırdılar. Axşam çay içib qızınır, royalda çalır və bir-birinin gözünə baxmaqdan ləzzət alırdılar. Bu idilliyanı ucuzvari nişan üzükləri bir qədər pozurdu. Partiya tarixçiləri proletariatın rəhbəri və onun xanımının həyatını çətinliyini və sürgün həyatının «dözülməz» şəraitini təsvir eləməkçün dəridən qabıqdan çıxsalar da dahi ərindən sətiraltı fikir yürütmək qabliyyətin mənimsəmiş Nadyuşa memuarlarına bir neçə cümlə sala bilib: «... Axı biz təzə evlənmişdik. Mən xatirələrimdə bunu yazmıramsa bu o demək deyil ki, həyatımızda nə poeziya, nə də ehtiras olub...»
Bizimçün nəticə: kişinin məcburi sürgünündən də səmərəli istifadə eləyib onə ərə getməklə sürgünü Sevgi ayına çevirmək də olar.
Puşkin və Nataliya Qonçarova
Müdrik yönəltmə
Nataşa Qonçarova gənc olsa da yaxşı əqli imkanı və məişət müdrikliyinin sahibiydi. Ərinə olan məktublarını məhv eləməsi bu siyasətin bir hissəsiydi. İndi biz oturub başımızı sındırmalıyıq ki, Puşkin ona «Mən sənin qəlbini sifətindən çox sevirəm...» deyəndə ürkək gözəl nə cavab verirmiş. Adam heç inana bilmir ki, o, həmişə susurmuş. Amma dəcəl, avara, arvadbaz şairi o necə vertuozcasına idarə edirmiş ki, şair öz istəyilə Boldina kəndində soyuq komada yarıac vəziyyətdə yazıb ailəsinə bir tikə çörək qazandıra bilirmiş. Axı Nadejda cehizsiz qız idi. Çox hayıf ki, biz heç bilməyəcəyik ki, o Puşkinə nə yazırmış ki, məktubu alan kimi o, «İndi məktubunu aldım. O qədər mənə toxundu ki, bu dəqiqə sənə 900 rubl yollayıram» cavabını göndərirdi.
Bizimçün nəticə:
Bu qadının təcrübəsi sübut eləyir ki, kəskin hərəkətlər edib, kəskin fikirlər də söyləmək lazım deyil. Necə deyərlər, bir az incə,... lap incə,.. hə,bir az da...

 

7-ci Edvard və Uollis Simpson
Bir ömür uzunluğunda psixoanaliz

Kim bilə bilərdi ki, sərxoş ərinin kötəklərindən qaçan, cibində bir senti də olmayan yöndəmsiz, kifirçə Uollis kralın könlünə girə biləcək? Amma Uollisis bütün ömru boyu öz üzərində işləyib. Gözəl olmadığını yaxşı bilən bu amerikalı xanım qeyri-adi və incə zövq sahibiydi. Bunlar onun kostyumunda da, orijinal replikalarında da, əməllərində, hətta şlyapalarında da özünü göstərirdi. Özünü Uollisin tam sahibi olmasını hiss etməyə imkan verməyən qadının qarşısındı Britaniya krallığının varisi davam gətirərdimi? Çünki o, həmişə əlçatmaz, əldə olunmamış bir zirvə kimi qalmaqdaydı. Uşaqlıqdan baş əyən insanlardan bezmiş şahzadəyə Əlçatmaz Zirvə o qədər lazımıydı ki... Krallığı varis alacağı gün Edvard xalaqa belə bir müraciət etdi: «Mən üzərimə düşən ağır vəzifəni sevdiyim qadın yanımda olmayacağı halda daşıya bilməyəcəyəm». Taxtdan imtina edərək kral tacını sevgiyə dəyişdirdi. Sonralar birlikdə yaşadığı illər ərzində də Uollis öz cazəbəsini itirmədi.
Bizimçün nəticə:
Psixoanaliz əcaib Freyd babanın tərsliyi, qəribəliyi deyil. Bəlkə sevdiyin kişinin qəlbinin xəlvətli yerlərində eşələnməkdə nəsə bir məna tapmaq olar? Məqsəd nəticə ilə mükafatlandırılır, dünyada o qədən subay şahzadə və krallar var ki!..
Napaleon və Jojefina
Yataq otağını Kainatın mərkəzi kimi
Hamı bilir ki, Jozefina və Napaleonun nigahı ona görə dağılır ki, Jozefina imperiyanını varisi olacaq uşaq doğa bilmirdi. Bundan əvvəl isə bu imperator cütlüyün arasında nə söz –söhbət olardısa gərgin ailə müharibələrindən sonra barışmağı bacarırdılar. Başqa imperatorlar kimi ayrı-ayrı yataq otaqlarında yatsaydılar, yəqin ki, kiçik bir söz uzun küsmələrə gətirə bilərdi. Amma onlar davalarını da elə bil ki, eyni ssenari əsasında qururdular. Napaleon bağıraraq otaqda gəzişib, əlinə keçənləri qırıb tökürdü. Jozefinanın sevdiyi, kolleksiya elədiyi kiçik cəh-calal predmetlərinin sadstcəsinə onun gözləri qarşısında xıncım-xıncım edirdi. Bu səhnəyə baxmağa taqəti olmayan Jozefina üzüqoyulu yatağa sərilib hönkürürdü. Amma səhər açılanda yataq otağından şən səslər, hənirti, gülüş səsi gəlir və nəhayət qapıda xoşbəxt, saç-başı pırtlaşıq imperator görünürdü.
Taxtını itirmiş, qohumlarının xəyanətini yaşamış, ikinci arvadının da, Jozefinanın da ölümünü yaşamış sonuncu dəfə Parisi tərk edən Napaleon onu edamını arzulayan kütlənin əlindən qaçarkən qiymətli dəqiqələri Kainatın mərkəzinə çevirdikləri yataq otağında keçirmək istədi. Malmezon sarayı Jozefinanın sağlığındakı kimi gül-çiçək içindəydi. Onu təqib edənlər yaxında olsalar da imperator gecəni səhərəcən burda qaldı. O ağlayırdı. Dünyanın yarısını ram eləmiş insan üçün bura dünyanın ən xoşbəxt yeri idi...
Bizimçün nəticə:
Təsəvvür edin ki, sevgiliniz qaçaqdır. Onu killer- sneyperlər təqib edən vaxt o sizin yataq otağınıza gəlib səhərədək ağlayır, xatirələrə dalır... Qorxuram ki, belə tapşırığı hər qadın boynuna götürməz. Ah, Jozefina, sən axı niyə dəqiq instruksiyalar qoyub getmədin?!


Marçello Mastroyani və Katrin Denyov
Ən soyuq aktrisa və ən qızğın aktyor
Mastroyaninin daimi xəyanətləri, coşğun məhəbbət macəralarına artıq adətkar olmuş arvadı Flora cəmi bir nəfər haqqında danışanda nifrətini gizləyə bilmir. Axı təkcə ona görə onun Marçellosu saatlarla diz üstə oturub boşanma ərizəsinə imza etməyi xahiş etmişdi: «Başa düş, mən onsuz yaşaya bilmirəm!..» Katrin Denyova, soyuq, təkəbbürlü, əlçatmaz reputasiyalı gözələ rast gələndə Marçellonu xəbərdan eləmişdilər ki, ürək məsələlərindən onun yanında danışmasın. Xasiyyətcə Mastroyaninin tam əksi olan Katrinə baxanda heç kim deməzdi ki, bu qəribə qadının həyatında bir xeyli sevgi macərası olub. Yumşaq baxışı və cəzbedici görkəmiylə kontrastlıq yaradan təkəbürlü davranışı Marçelloya çox erotik görünmüşdü. Birgə film çəkilişlərində yaxınlaşandan sonra soyuq gözəl gözlənilmədən Mastroyaninin vaqonuna köçdü. Sonra Katrin Parisdə Marçello Romada yaşayanda dünya qadınlarının ürəklərində yer tapmış aktyor hər gün bir dəstə gül alıb «sevir, ya sevmir» deyib ləçəkləri yolmaqla fala baxırdı. Nadir halda görüşəndə də soyuq nəvazişləri Katrini daha da cazibədar və arzulanan edirdi. Katrinin başqalarından yaxşı gizlədilmiş ehtiraslığı arvadbazın ürəyində yanğın törətmişdi. Ən bahalı hədiyyələri də, məsələn Nitsedə dəniz kənarında zəngin villanı hədiyyə alarkən də təmkinini pozmadan «Niyə belə xərc çəkirsən?» deyib evin məhəbbət ocağı olacağına inanan Marçellonun ürəyini sındırırdı. Amma Katrinin bu villada verilən qonaqlıqların heç birində dodağı da qaçmadı. İkinci dəfə qızları doğulanda da evlənmə təklifini rədd edəndən sonra münasibətləri saxlamaq mümkün olmasa da, artıq ahıl yaşda sayılan Mastroyani arvadının yanına qayıtsa da arabir gizlincə qızıyla Katrini evdən çıxarkən görməkçün kolluqda gizlənib həsrətlə arzularının xanımına, onu rədd edən yecanə qadına bir də baxmağı çox sevərdi. Qızı bir az boyüyəndən sonra Katrinin iştirakıyla filmə tamaşa edəndə axır qızcığaz dözməyib deyir: «Gedək, ata. Sən daim ağlayırsan deyə sənə baxa bilmirəm».
Bizimçün nəticə:
Kişini əldə eləmək, onu özünə bağlamaqçün bəzən ayzberq kimi soyuq olmaq da keçir. Xüsusilə də bizim isti iqlimimizdə bəzən əlçatmazlıq, təkəbbürlük çox erotik görünə bilər.
Ekzüperi və Konsuela
Balaca şahzadənin qızılgülü

Deyirlər ki, elit gecələrin birində Konsuela Ekzüperinin başına boşqabları tolazlayır, kişi isə sadəcə gülümsəyərək ehtiyatla onları tutub yerinə qoyurdu.
Onlar tapışanda Kansuela iki dəfə dul qalmağa macal tapmışdı. Hətta şaiyələr də gəzirdi ki, sonuncu əri onun ucbatından özünü öldürüb.
Son dərəcə dəlisov olan Kansuelada real həyatla maraqlanmayan qadın kimi Ekzüperinin qadınlarda qorxduğu keyfiyyətlər tamam yoxuydu. Onların evi də, bəzən yaşamağa rulları da olmayanda Kansuela onun boynunu qucaqlayıb «heç ürəyini sıxma, düzələcək» deyirdi. Ekzüperi isə xanımına gülləri arabayla alıb ayaqlarının altına sərirdi. Axı o, adilikdən bezmiş bir insan idi. Sonuncu arvadının ona görə atmışdı ki, evə gələndə onun corablarını yamamasının şahidi olmuşdu. İndiysə onun uçmağa qanadları vardı sanki. Ona görə də Konsuela onu doğrayacağını çığırıb, qonşuları başına yığdığı anları da ona həvəslə bağışlaryırdı. Amma yazı yazmaqçün hərdənbir sakitlik də lazım olurdu. Belə vaxtlarda qadın yoxa çıxır, sonra onu gecə barlarından axtarıb çıxarmaq lazım gəlirdi. Əsəbindən ərinin impotent olduğunu aləmdə danışan Kansuelanın acığına Ekzüperi bunun səhv olduğunu bütün Parisə sübut eləməli olurdu. Ekzüperi yazırdı ki, sevgi əzab qatılmış xoşbəxtlikdir. Bütün dünyanın valeh olduğu təyyarəçi-yazıçı yarı dəli, yalançı xanımına olan vəhşi sevgisini qisməti kimi qəbul eləmişdi. 1998-ci ildə Fransa balıqçıları dənizdən Ekzüperi və Konsuelanın adı yazılmış bilərzik çıxarmışdılar. Falçının 1944-cü ildə dediyi kimi Ekzüperi dənizdə həlak olmuşdu.
Bizimçün nəticə:
Heç də həmişə tikansız balıqları, dilsiz insanları, səssiz gözəlləri sevmirlər. Təlatümlü dənizi, burulğanlı həyatı sevən kişilər başıaşağı qadınları necə sevsin?! Gorab yamayan qadınla yaşamaq bəzən dəlisov sevgiliylə yaşamaqdan daha çətin olur...

Yuxariya doğru