Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

Cinayətkar pullular

Dünyanın ən bahalı ləzzətləri caniyətlərdi ki, onu pulla almaq olmur
Bəzən adamlar cinayət edib pullanır. Bəzən varlılar varidatını cinayətlər, fırıldaqçılıqla, kələklə əllərində saxlaya bilir. Bəzən milyonçuluq zirvəsindən enmiş zənginlər adətkarlıqda olduğu həyat tərzini saxlamaqçün dirsəyəcən qana bulaşırlar. Belə əhvalatlar mətbuatda yayılanda böyük qalmaqallar qopur. Bu cinayətlərin başında duran motivləri hamıya anlaşıqlı olur. Varlılar pulsuz yaşaya bilmir, ona görə də pul xətrinə aldatmağa, hətta öldürməyə əl bulaşdırır. Bir tək pul bütün cinayətlərin başında dayanmır. Çünki elə hadisələr var ki, varlılar pula görə deyil, tamma başqa, adi insanların anlaya bilməyəcəkləri səbəbdən cinayətkar olurlar. Halbuki onun varidatının yüzdə bir hissəsi də rahat və problemsiz yaşamağa bəs edərdi. Belə cinayətlər sensasiyadan artıq hadisələrdi, onlar əfsanələrə çevrilir və bəzən bir neçə nəsil təkrar danışılıb, təkrar heyrətləndirir.
Sevimli arvadının kolbasası
Bu qəbildən olan hadisələrdə biri arvadını kolbasaya qatmış Çikaqo milyonçusu Albert Luis Lütqertin əhvalatıdır. 19-cu əsrin sonunda Çikaqo Amerikanın kolbasa sənayesinin mərkəzi sayılırdı. Alman immiqrantı Albert Lütqertin balaca varidatı iri zavod qədər artdı. Sonra onu Amerikanın kolbasa kralı adlındırmağa başladılar. Lütqert arzuladığı həyat tərzini sürürdü və Çikaqonun sözükeçən adamlarından biri idi. Yaşı artdıqca bir az da cavan məşuqələr seçirdi. Amma arvadıyla da üzülüşmək istəmirdi. Çünki cəmiyyətin gözündə nümunəvi, ailəcanlı kişi obrazında qalmaq istəyirdi. Arvadı isə ərinin macəralarına dözmək fikrində deyildi. Nəhayət onlar ayrı yaşamağa başlayırlar. Arvadı Luiza boşanma tələb edirdi. Bu isə onun yaratdığı obrazı dağıda bilərdi. Lütqert əxlaq məsələsində adının sadalanmağından qorxurdu, çünki dini təşkilatlar həzırladığı ərzaqları baykot edə bilərdi. Onda o, çoxlu pul itirəcəkdi. Ətrafdakılar duyuq düşməyə başlamışdı, onu hətta əlində pistoletlə arvadnn dalıyca qaçan yerdə görmüşdülər.
Az sonra Luizanın qardaşı bacısınnı itməsi xəbərini alır. Polis Lütqertin evinə gələndə o, gözəl əhvalda idi və hamını inandırmağa çalışırdı ki, Luiza tezliklə qayıdacaq. Biznesmenin sakitliyi hamını daha diqqətli olmağa vadar etdi. Çünki bir neçə ay əvvəl onun iti yoxa çıxanda Lütqert bütün şəhər polisini ayağa qaldırmışdı. Amma arvadının axtarılması üçün heç barmağını da tərpətmək istəmirdi. İstintaqı aparan kapitan biznesmenin arvadına nifrət etməsinə dair çoxlu sübutlar toplamışdı. Amma əsas sübut, meyit tapılmırdı. Bir neçə gündən sonra fabrikin qaravulçusu polisə gəlib Luizanın yoxa çıxmasından əvvəl Lütqertin gecə sexlərdən birində bağlı qapı arxasında nəsə elədiyini və borudan qara tüstü çıxdığını gördüyünü danışdı. Fabrikdə axtarış aparandan sonra orda çənin bidində bir neçə insan dişi və qadın korsetinni qalıqları və Luiza Lütqertin üzükləri tapıldı. Daha sonra həmən gecə biznesmenin arvadını fabrik tərəfə apardığını görənlər də şəhadət verdilər. Amma Lütqerti birinci dəfədən məhkum etmək mümkün olmadı. İkinci dəfə Lütqertin məşuqələri də şahidlik edəndən sonra onun günahı sübut olundu. Lütqert ömürlük cəzaya məhkum edildi.
Lordlar boşanmanın nə olduğun bilmir?!
Boşanmaqdansa qatil olmağa üstünlük verən varlılar həmişə olub. Hətta damarlarında mavi qan axan lordlar da arvadıyla qatil kimi davranblar. 1974-cü ildə İngiltərənin peri lord Con Laken ailə problemlərini radikal yollarla həll etməyə cəhd etdi. Amma arvadının yerinə səhvən qulluqçunu öldürdü. Ser Con əsil aristokrat idi və onun nəslində nBritaniya İmperiyası tarixində şanlı iz qoymuş bir neçə nəfərin adını çəkmək olar. Cavanlıqda lord hərbi və bankir karyerası qurmağa çalışmışdı, amma hər ikisi alınmamışdı. Nəhayət uğur üzünə gülür və o, kartda 26 min funt udur. O vaxtdan bəri ağzı dada gəlmiş lord professional oyunçuya çevrilir. Nə qədər oynayırdısa, borcu da o qədər artırdı. Lord Londondakı malikanəsini satmağı düşünürdü, amma arvadı Veronika qəti etiraz edirdi.
Bir gün uşaqların dayəsi Sandra Rivett vaxtında gəlib çıxmadı. Evin xanımı onu axtarmağı çıxanda qaranlıqda kimsə ona hücum etdi. Qadın qaçıb polis çağırdı. Evin zirzəmisindən qulluqsunun meyiti çamodanın içindən çıxdı. Lord Laken evdə olmasa da ledi Laken əmin idi ki, ona əri hücum edib. Sonradan qohumlar lorddan çoxlu məktublar aldılar. Burada arvadını naməlum adamdan xilas etmək istəyən ərin etirafları yazılmışdı. Amma dəlillər başqa şey deyirdi. Laken sadəcə arvadını qulluqçu ilə səhv salaraq onu öldürür. İkinci cəhddə də uğursuzduq olanda o, ölkədən qaçmağa üstünlük verir. O vaxtdan Lord Lakeni hələ ki, gördüm deyən olmayıb.
15 yaşından cinayətkar
Pul heç də bütün cinayətlərin başında duran səbəb deyil. Bəzən qısqanclıq, ehtiras da cinayətə sürükləyən səbəblərdən olur. 1975-ci ildə hamı qolf meydanında öldürülmüş 15 yaşlı qız barədə danışırdı. Amma o vaxt qətlin səbəblərini tapmaq mümkün olmamışdı. Üstundən az qala 20 il keçmiş başqa bir klanın Kennedilərin nümayəndəsi zorakılığa görə məhkəmə qarşısında ifadə verərkən o vaxtkı cinayətlərin izləri tapılmağa başladı. Sən demə o vaxt hələ 15 yaşlı Maykl Skeykl Martanı sevirdi. Amma o ehtirasını mağara adamı kimi, yəni qızı qolf ağacıyla vurub yıxandan sonra söndürmək fikrinə düşmüşdü. Çünki Marta həmişə «yox» deyirdi. Həmin zərbədən qızın öləcəyini düşünmürdü. 15 yaşındakı cinayətinə görə ona 20 il təkzib etmək hüququndan məhrum etmək şərtilə ömrlük həbs cəzası verdilər.
Homoseksual qısqanclıq
Varidatı 80 milyon dollar sayılan və Amerikada ən nüfuzlu ailələrin birindən olan Con dü Ponun da başına oxşar iş gəldi. Birinci dəfə onun yolu məhkəməyə düşəndə onu eyni cinslilərə olan sevgisindən doğan seksual təngə gətirmə maddəsi üzrə ifadə vermişdi. O məsələni pulla həll etmək mümkün olmuşdu. Amma 56 yaşlı dyü Pon hamının gözü qarşısında olimpiya çempionu Devid Şultsu güllələyəndə bu işi pulla susdurmaq mümkün olmadı. Məhkum özünü dəliliyə vursa da inandırıcı alınmırdı. Qatil güllələyəndən sonra qaçıb hələ 1950-ci illərdə atom müharibəsi ehtimalı üçün qazılmış bomba sığnağında gizləndi. Onu əhatə etmiş polislər üçün o, gah dalay-lama, gah İsus rolunu oynayırdı. Sığınacaqdakı ərzaqlar atom müharibəsi üçün nəzərdə tutulduğundan uzun müddət bəs edərdi. Polislər bunkerin qızdırıcısını sıradan çıxartdılar və donmuş dü Pon üzə çıxmalı oldu. Türmədə o, təkcə kreker yeyir və saçını qırxmağa qoymurdu. Bütün zəhməti hədər idi, çünki hakim onun hoqqalarına inanmadı və 30 illik həbs cəzası kəsdi. İndi qısqanclıq zəminində olunmuş cinayətlərdən danışanda bu hadisənin adını çəkirlər. Çünki deyilənə görə dü Pon və Şults məşuqlar idi.
Nə etiraf, nə təəssüf
Bu günlərin cinayətlərindən Robert Derstin adını daha tez-tez çəkirlər. Onun varidatı 2 milyarda yaxındır. Onun uşaqlıqdan bəri psixi sapmaları olurdu, çünki anasını gözünün qarşısında öldürmüşdülər. O, adamlarla yola gedə bilmirdi. Evlənməyindən on il keçmiş arvadı yox çıxır. O vaxt, yəni hələ 1982-ci ildə onun günahını sübut etmək mümkün olmadı. 2000-ci ildə Derstin köhnə tanışı Syuzan Berman yoxa çıxanda yenə də məşhər ayağına Dersti çəkdilər. Yenə də sübutlar kifayət qədər deyildi. 2001-ci ildə Texas sahillərində parçalanmış qoca kişi tapıldı. Bu Derstin qonşusu Moris Blek idi. İstintaq aşkarladı ki, Derst qocanı güllələyib sonra parçaladı və sonra dənizə atdı. Dert günahını boynundan atmağa da çalışmırdı. Amma onun dediyinə görə mübarizə zamanı tüfəng təradüfən açılmışdı. Pulun hesabına türmədən çıxan Derst qaçmaq əvəzinə qəlyanaltıxanaya girib toyuqlu sendvic oğrlamaq üstündə tutuldu. Qəribə idi, onun cibində 300 dollar olan zaman oğurlamaq nəyənə lazım idi ki? Ən yaxşı vəkillərin çalışması nəticəsində o yenə də azadlığa çıxa bildi.
«Fövqəlbəşər insan»lar
Qısqanclıqdan, əsəbdən, pul üstündə olunan cinayətlər bəzən təbii görünür və insan ehtiraslarıyla izah edilir. Cinayətlər tarixində elə hadisələr var ki, heç cür izah edilmir. Keçən əsrin əvvəllərində Amerikada 2 dostun törətdiyi mənasız cinayətləri indiyədək danışır və dəhşətə gələirlər. 19 yaşlı Natan Leopold və 18 yaşlı Riçard Loeb çox varlı və harınlamış bir yəhudi nəslindən idilər. Çikaqo universitetinin ən yaxşı tələbəlrindən olan bu oğlanlar 5 dildə danışa bilirdi . Üstəlik Loeb isə Miçiqan Universitetinin ən gənc məzunu oldu. İlk dəfə oğurluq edəndə Loebin 9 yaşı vard. Bunu ləzzət xətrinə etmişdi. Leopold isə elə həmin yaşda qardaşlarının qarlstuklarını oğurlayıb sataraq puluna siqara alırdı. Dostlar hər ikisi homoseksuallığı meylli olduğundan rastlaşan kimi sevişirlər. Leopold və Loeb Nitşeni dərindən öyrənirdilər, xüsusilə onun qanun və xeyir-şərdən üstün olan «fövqəlbəşər insan» ideyasından ləzzət alırdılar. Özlərinin başqalarından yüksəkdə durmasını düşünən oğlanlar cinayətlər edir və seçilmişlərdən olması fikrindən ləzzət alırdılar. Kiçik oğurluqlardan, mağaza və mehmanxanalardan başladılar. Bir neeçə dəfə maşın oğurlayıb mağaza vitrinlərini kərpiclə çındırmaqdan ləzzət aldılar. Bu kifayət etmirdi. Sonra onlar qıfılı sındırmaqla oğurluqlara girişdilər. İlk əvvəl öz kurs yoldaşlarının yataqxanasını soydular və çap maşınını xatirə kimi özləriylə apardılar. Amma fikirləri ideal cinayət törətmək idi. 14 yaşlı Bobbi Frenksi oğurlayıb, başından vurub sonra boğanda deyəsən istədiklərinə yaxınlaşırdılar. Şəhərdən qırağa çıxıb meyiti turşu ilə tanınmaz hala salıb sonra su axarında gizlətdilər. İlk dəfə səhvi burada buraxdılar. Leopold çox bahalı eynəklərini burda salıb itirdi. Öldürdükləri uşağın atasına onu oğurladıqlarını və əvəzində 10 min dollar istədiklərin yazdılar. Amma pul əldə eləmək mümkün olmadı , sünki meyiti tapdılar. İdeal cinayət arzulayanlar pul almayacaqlarından məyus olmadı, çünki bu oyunun özü onlara maraqlı gəlirdi. Cinayət axtarışı getdikcə hamı onlardan danışırdı. Oğlanlar hamıya qoşulub qəzetlərdən oxuduqları faktları müzakir edir və hətta Loeb şəxsi əməliyyat aparacağını hamıya söz verdi. Polis kimi axtardığını bilirdi. Çünki yazdıqları məktub savadlı tərtib edilmişdi və tapılan eynək o qədər bahalı idi ki, hər adamın ona imkanı çatmazdı. Tutulanda «fövqəlbəşərlərin» tutarlı izahı yox idi. Onlar günahı bir-birinin boynuna ataraq olanlardan bir qram də peşman deyildilər. Millət şok içindəydi. İşi yenə də pul həll elədi. Varlı ailələr zamanın ən istedadlı və bahalı vəkilini kirələdi. Vəkil oğlanları günahlarını etiraf etməyə məcbur etdi ki, prisyajnı məhkəməsi olmasın. Prisyajnılar oğlanlara mütləq ölüm cəzası kəsərdi. Məhkəmədə vəkil 20 saatlıq məruzəsində hakimləri inandırdı ki, cinayətdə oğlanlar yox, onlara məktəbdə ziyanlı fəlsəfəni tədris edən insanlar günahkardı. Hər ikisi ömürlük cəza ilə canını qurtardı. Loeb türmədə öz kamera yoldaşlarının əliylə öldürüldü. Amma Leopold isə 1958-ci ildə əff edildi. Azadlığa çıxanda onu illər uzunu xərclənməmiş ailə pulları gözləyirdi. Bu hadisə hamını inandırdı ki, qanun varlılarçün yazılmayıb. Bu cinayətləri adi adamlar etsəydi onlar elektrik stuluna mütləq oturdulacaqdılar.
Milyonçu oğruları tutmurlar
Varlıların etdiyi cinayətlərin başında hansı səbəb durursa dursun, onları bir fikir birləşdirir. Varlılar cəzalanmayacağını, ya da onlar üçün hər şeyin keçərli olduğunu düşünür. Tarix göstərir ki, bu, həqiqətən də belə olur. Yunan milfonçusu Yefromos Moskoxlaidis bir neçə qiymətli tabloların oğrusu olsa da heç məhkəməyə cəlb edilməyib. 1983-cü ildə Budapeşt muzeyindən Rafaelin «Madonna Esterqazi» tablosu ilə bərabər bir neçə əsər oğurlandı. Oğrular tutulanda sifarişçinin adını, milyonçu Moskoxlaidisin adını çəkirlər. Onu dindirirlər və hətta əsərləri monastrların birindəki zeytun bağlarından tapırlar. Milyonçunu rahat buraxırlar. Amma heç kim anlamır ki, əsər oğurlağdırmaq onun nəyinə lazımdı. Axı çox məşhur əsərlərdi və satıla bilməyəcək. O kolleksiyaçı da deyildi. Çox guman ki, zeytun maqnatı başqa varlı cinayətkarlar kimi cinayətin özündən ləzzət alırdı. Axı bu ləzzəti pulla almaq mümkün deyildi.
***
Heyvanlar yalnız ehtiacı ödəməkçün öldürür. Ya yeməkçün, ya da müdafiə məqsədilə. Heyvan tox olanda onun ərazisinə girməsən heç vaxt öldürməz. Öldürdü- yedi – ləzzət aldı. Burdakı ləzzət anı motiv deyil, instikti. Bu an ləzzət baş verirsə də heyvanın beynində yox, mədəsində olur. İnsan isə instiktinə varıb da öldürə bilir, ləzzətinə görə də. Yalnız ləzzət almaq naminə öldürən bir heyvan varsa da o, İNSANdır. Deyəsən, bu keyfiyyətimizi biz təkamül naticəsində qazanmışıq.

Yuxariya doğru